"Bu qədər ağ yalan danışmaq üçün insan gərək məlumatsız olsun”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini, Müsavat Məclisinin sabiq üzvü Vurğun Əyyub deyib.
Xatırladaq ki, Müsavat başqanı Arif Hacılı partiya Məclisinin son iclasında Müsavat Partiyasından qopan bir qrupun yaratdığı ADR-in faktiki özünü doğrultmadığını, heç bir fəaliyyət ortaya qoya bilmədiyini bildirib.
Bu fikri əsassız sayan V. Əyyub isə qeyd edib ki, ADR indiyə iqtisadi və təhsil məsələləri ilə bağlı dinləmələr keçirib və bu dinləmələrin hər biri cəmiyyətdə böyük maraqla qarşılanıb: "Bundan başqa, ADR ölkədə baş verən siyasi, mədəni, ictimai məsələlərlə bağlı mövqe bildirib, bəyanatlarla çıxış edib”.