Cümə günü, 27 noyabr 2026
     

Miqrant azərbaycanlılar üçün Rusiyanın əhəmiyyəti azalmağa başlayıb

Image


İkitərəfli maraqlı prosesin kökü nədədir?

Rusiyada iqtisadi sahədə yaşanan problemlər, miqrasiya qanunlarının sərtləşdirilməsi bu ölkədə çalışan xaricilərin durumunu da ağırlaşdırır. Elə bu səbəbdəndir ki, iş üçün Rusiyaya üz tutanların çoxu geri qayıdır və ya başqa ölkələrə üz tutur. Rusiyanı tərk edənlər sırasında soydaşlarımız da var və onların sayı artmaqda davam edir. Digər tərəfdən, Rusiyaya gedən azərbaycanlıların sayı da azalır.

2015-ci ilin ilk dörd ayı ərzində 178,8 min daha çox xarici vətəndaş gəlib. Bu xarici vətəndaşlardan təxminən 162,6 mini MDB ölkələrindən gəlib. Rusiya Statistika İdarəsinin yaydığı məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan gələn miqrantların sayı 2,5 min nəfər azalıb.

Miqrasiya qaydalarının sərtləşdirilməsi də prosesə təsir göstərmir. Elə bu günlərdə Rusiyada əcnəbilərin bu ölkədəki hüquqi durumları ilə bağlı daha bir qanun qəbul edilib. Rusiya prezidenti Vladimir Putin xarici ölkə vətəndaşlarının Rusiyadakı hüquqi statusları ilə bağlı yeni qanun imzalayıb. Buna görə əmək patentində göstərilən fəaliyyət növündən kənar işlə məşğul olan əcnəbilərin 100 dollar miqdarında cəzalandırılması və patentin ləğvi nəzərdə tutulur. Bundan sonra əmək miqrantları fəaliyyət sahəsini dəyişdikdə rəsmi məlumat verməlidir. Rusiya Miqrantlar Federasiyasının prezidenti Məhəmməd Amin Madjumder isə yeni qanunun miqrantlara daha çox təzyiq göstərməkdən başqa heç bir məqsəd daşımadığını düşünür: «Rusiya əmək miqrantlarını qəbul edəndə onların peşəsini əsas götürmür. O halda hansı əsasla belə bir qanun qəbul edildiyini anlamaq mümkün deyil. Belə çıxır ki, patentində peşəsi aşçı yazılan bir miqrant ofisiant işləsə, patentsiz qalacaq. Belələri isə deportasiya edilir. Bütün bu qanunlar miqrantları daha çox əzmək üçün qəbul edilir». Rəsmi rəqəmlərə görə, Rusiyada 2015-ci ilin ilk beş ayında əcnəbilərə 1 milyon əmək patenti verilib ki, bu da dövlət büdcəsinə 150 milyon dollar gəlir gətirib. Amma buna rəğmən, Kreml miqrantlara qarşı sərt davranır və bu hal hüquqi müstəvidə özünü daha çox göstərir. Xatırladaq ki, daha əvvəl əmək miqrantlarına Rusiyaya girişi 10 illik qadağan edən qanun qüvvəyə minib. Bu qanun Rusiyada nizam-intizamı pozan miqrantlara qarşı tətbiq edilir.

Qeyd edək ki, Rusiyada iqtisadi vəziyyətin çətinləşməsi və miqrantlar haqqında qanunun sərtləşdirilməsinə görə, bu ilin ötən dövrü ərzində miqrantların sayı keçən illə müqayisədə 20 faiz azalıb. Əvəzində Rusiyaya gələn ukraynalıların sayında artım olub. Bununla belə, Rusiya rəsmiləri ölkənin əmək miqrantlarına ehtiyacı olduğunu bildirir. Lakin iqtisadi vəziyyətin ağır olması da miqrantları Rusiyadan qaçırır.

Ekspertlər deyir ki, 1998-ci ildə yaşanan defoltdan sonra ən dramatik iqtisadi böhranın yaşandığı indiki dövrdə işçi miqrantlar üçün qazanc dalınca Rusiyaya getmək artıq sərfəli deyil. Onların qazandığı pullar sürətlə dəyərdən düşür. Ticarətlə məşğul olanlar isə rublun kursunun tez-tez dəyişməsindən ciddi ziyana düşür və vəziyyətin yaxın tezlikdə düzəlməsi də gözlənilmir. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirir ki, 2015-ci ilin 5 ayı ərzində ümumi daxili məhsul (ÜDM) 3,2% enib. Nazirin sözlərinə görə, iqtisadiyyatın durğunluğu üç rüb davam edəcək. «IV rübün əvvəlində artım baş verəcək. Növbəti ilin II rübündən başlayaraq ÜDM-də 2% artıma nail olacağıq». Lakin rusiyalı ekspert Aleksey Arestoviç qeyd edir ki, Rusiya 2015-ci ilin sonunda iqtisadiyyatda çox böyük problemlərlə üz-üzə qalacaq. O, Rusiya iqtisadiyyatının 2015-ci ilin payızında tamamilə məhv olacağını bildirib: «Rusiya Ukraynaya genişmiqyaslı hücum etsə, o zaman iqtisadiyyatı 9 aya yox, üç aya məhv etməyə qadir olan 144 səviyyədə sanksiyalar tətbiq ediləcək». Ötən ay isə Avropa İttifaqının daimi nümayəndələri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin 2016-cı ilin yanvar ayına kimi uzadılmasına dair qərarı təsdiqləyib. Sanksiyalar neft və hərbi sektorlara, ikili təyinatlı malların və həssas texnologiyaların ixracına təsir edir. Rusiyanın dövlətin iştirakı 50 faizdən çox olan bankları da Avropa bazarlarında qiymətli kağızlar yerləşdirə bilmir. Bundan əlavə, əsasən neft hasilatı ilə bağlı olan yüksək texnologiyalı avadanlıqların ixracı da qadağan edilib. Belə vəziyyət Rusiyada iqtisadi durumu ağırlaşdırmaqla miqrantların da qazancını azaldır. Bu da Rusiyanı tərk edən miqrantların sayının artması ilə müşayiət olunur.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ