"Təhlükəsizlik təminatı Qarabağ nizamlanmasının elementi olmalıdır. Buraya beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi məsələsi daxildir”. APA-nın məlumatına görə, bunu "Vedomosti”yə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
"Torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq”, - deyə o vurğulayıb.
Hələlik sülhməramlı qüvvələrin formalaşdırılması mərhələsinə gəlinmədiyini deyən həmsədr sülhməramlı kontingentin ATƏT, yaxud BMT himayəsi altında olacağını münaqişə tərəflərinin müəyyənləşdirəcəyini və bunun müzakirə predmeti olacağını bildirib.