Cümə günü, 27 noyabr 2026
     

ABŞ - Rusiya müharibəsi reallığa çevrilir

Image


Dünyanın ən böyük hərbi gücünə malik ölkələr kimi dəyərləndirilən ABŞ və Rusiya arasında yaranan ziddiyyətlərin sonda tərəflərin bir-birinə qarşı müharibəyə başlamasına gətirib çıxaracağı haqda verilən proqnozlar təsdiqini tapmaqdadır. Hər halda, mümkün müharibə üçün görülən intensiv hazırlıqlar bu qənaətə gəlməyə əsas verir.

Yaranmış gərgin durumda ABŞ Quru Qoşunlarının komandanı, general Reymond Oderino The Wall Street Journal» qəzetinə müsahibəsində bildirib ki, Rusiya ilə müharibə ehtimalına görə Birləşmiş Ştatların Avropaya təcili göndərməli olduğu qüvvələrin miqdarı ciddi ölçülərdə artırılmalıdır. Onun sözlərinə görə, Amerika qoşunları Almaniyada briqadaları tanklar və PDM-lərlə, sursatla təchiz etməyə imkan verən xüsusi texnika yerləşdirməlidir. Bu texnika ABŞ-ın Avropada maksimal sürətlə qüvvə cəmləşdirməsinə imkan verəcək. Generalın bildirdiyinə görə, hazırda ABŞ ordusunun Kolorado ştatında dislokasiya olunmuş 4-cü piyada diviziyası Avropaya göndərilmək üçün hazırlıq keçir. R.Oderino ABŞ-ın quru qoşunlarının Avropaya əlavə qüvvələr göndərməyə hazır olduğunu deyib. Ekspertlər isə ABŞ və Rusiya arasında birbaşa hərbi münaqişə ehtimalının artımının ilk dəfədir belə yüksək səviyyədə etiraf olunduğunu bildirir.

Hazırda ABŞ Rusiya ilə sərhəd bölgələrə intensiv şəkildə ağır texnika cəmləşdirir. Pentaqonun rəsmi nümayəndəsi Ceyms Brindl isə etiraf edir ki, Şərqi Avropada ağır hərbi texnika yerləşdirmək planı NATO-ya yox, yalnız ABŞ-a məxsusdur. Qeyd edək ki, bir neçə gün əvvəl «The New York Times» nəşri rəsmi mənbələrə istinadən dərc etdiyi məqalədə bildirirdi ki, Pentaqon Şərqi Avropada beş min hərbçisini təmin edə biləcək sayda ağır texnikasını yerləşdirmək imkanlarını nəzərdən keçirir. Nəşr qeyd edir ki, Pentaqon Avropada mümkün Rusiya təcavüzünün qarşısını almaq məqsədilə Baltikyanı və Şərqi Avropa ölkələrində beş min amerikalı hərbçinin təmin edilməsinə kifayət ola biləcək sayda tanklar, PDM və sair ağır texnika yerləşdirə bilər. Nəşr bildirir ki, ABŞ hərbi texnikası regiondakı müttəfiq ölkələrin hərbi bazalarında müxtəlif sayda yerləşdirilə bilər. Belə ölkələr arasında Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstan qeyd edilir.

ABŞ Qərargah rəislərinin birləşmiş komitəsinin başçısı vəzifəsinə namizədlərdən biri, dəniz piyadaları generalı Cozef Danford bütün bunları onunla əsaslandırır ki, Rusiya Amerikanın milli təhlükəsizliyi üçün ən böyük təhlükədir: «Əgər siz ABŞ-a real təhlükə kəsb edən ölkədən danışmaq istəyirsinizsə, mən Rusiyanı qeyd eləməliyəm. Moskvanın davranışına nəzər salsanız, bu narahatlıq doğurur. Rusiya bizim milli təhlükəsizliyimizə ən böyük təhlükədir». Xatırladaq ki, daha öncə ABŞ Hərbi Hava Qüvvələrinin naziri Debora Ceyms də Rusiya təhlükəsi haqda eyni fikri söyləmişdi. Bütün bunların nəticəsidir ki, ABŞ müdafiə naziri Eşton Karter Avropada Birləşmiş Ştatların nüvə başlıqlı raketlərinin yerləşdirilməsinə dair danışıqlar aparıb. Rusiya da, öz növbəsində, ABŞ-ın hava sərhədləri yaxınlığında tez-tez nüvə raketləri daşıyan strateji bombardmançılarla reydlər keçirir, NATO ölkələrinin hüdudları yaxınlığında hərbi manevrlər keçirir və ölkənin qərb sərhədlərinə əlavə qoşunlar cəmləşdirir. Belə bir vaxtda «Amerikanın səsi»nin rus xidməti xəbər verir ki, NATO Gürcüstanda təlim-məşq bazası açır. Bazaya bir neçə təlim-taktiki rayon, Tiflisdəki Krtsiani milli təlim mərkəzi və Vaziani hərbi bazasının obyektləri daxil olacaq. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Vaxtanq Kapanidze bildirib ki, bu qərar NATO ekspertləri ilə birgə qəbul olunub. Onun sözlərinə görə, bir neçə hərbi obyektin vahid təlim-məşq bazasında birləşdirilməsi hərbi təlimlərin intensivliyini artırmağa imkan verəcək. General deyib ki, təlim-məşq bazasının açılışı avqust ayında olacaq, NATO-nun baş katibi Yens Stoltenberq açılışda iştirak etmək üçün Gürcüstana səfər edəcək. Adının açıqlanmasını istəməyən NATO nümayəndəsi bildirib: «NATO Gürcüstanda alyansa üzv ölkələr və tərəfdaş dövlətlər üçün nəzərdə tutulan hərbi təlim mərkəzləri yaratmaq niyyətindədir. Gürcüstan unikal coğrafi məkana malik olduğundan, bu çox əhəmiyyətli məsələdir». Aydındır ki, Rusiya NATO-nun Gürcüstanda təlim-məşq bazası açmasını cavabsız qoymayacaq. İlk növbədə Abxaziya və Cənubi Osetiyaya daha çox rus qoşunlarının yerləşdirilməsi gözlənir. Bu isə Qafqazda da vəziyyətin qarışması deməkdir. Bununla yanaşı o da məlumdur ki, cari ildə ABŞ Gürcüstanın müdafiə sahəsinə 30 milyon dollar ayıracaq. Vaşinqtonun maliyyə yardımı ilə yanaşı, Gürcüstan həm də «Avropanın dəstəklənməsi təşəbbüsü» dotasiyasını alacaq. Bu proqram çərçivəsində Ukrayna, Moldova və Gürcüstana ümumilikdə 57 milyon dollar yardım ayrılıb. Digər tərəfdən o da məlumdur ki, ABŞ və Gürcüstan hökumət nümayəndələri silah alınmasına dair danışıqlar aparıblar. Gürcüstan ABŞ-dan daha çox silah almağa çalışır. NATO qüvvələrinin Gürcüstana gəlişi isə vəziyyəti daha da gərginləşdirir. Bütün bunlar Rusiya tərəfindən xoş qarşılanmır. Vəziyyətdən çıxış yolu kimi, Kreml Gürcüstanın separatçı rejimləri ilə işbirliyini dərinləşdirir.

Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 07:57
Zaxarova Vadefulu “ağ yudu, qara sərdi” - “… səsləndirdiyi bəyanatlar yeni heç nə ifadə etmir”

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ