"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri barədə paylaşım edib.
Paylaşımda deyilir: "Tramp Səudiyyə Ərəbistanında şahzadə Salmanla "Tanrı Amerikanın qorusun" mahnısının sədaları altında 142 milyard dollarlıq silah satışı sazişi imzaladı. İlon Mask tarixin bu ən böyük silah ticarəti müqaviləsinin imzalanması mərasimində Şahzadə Salmanla yanaşı əyləşib. Salman çox məmnun görünür. Tramp ona xitabən "artıq Amerika sənin də ölkəndir " dedi...
Dünya hara gedir? Bu qədər silah satan və alan ölkə nəyə hazırlaşır?
Söz var - dərman satan sağlamlıq, silah satan sülh istəməz...
Yazıq dünya..."
Mətləb