Cümə günü, 23 oktyabr 2026
     

Putin böyük psixoloji çətinlikdə - Zelenski təkbətək görüşə israr edir...

Image


Abutalıb Səmədov: "Görüşün baş tutma ehtimalı çox yüksəkdir"

Məlum olduğu kimi, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında Türkiyədə birbaşa görüş keçiriləcəyi gözlənilir. Tramp da iki prezident arasında görüşün keçiriləcəyi İstanbula gələcəyini deyib.

Zelenski deyib ki, mən Putini mayın 15-də İstanbulda şəxsən gözləyirəm.

Şəxsən Putinlə Zelenski arasında görüş alınacaq, yoxsa alınmayacaq? Şəxsən iki prezidentin görüşü baş tutacaqmı?

Şəxsən birincilərin görüşü nə dərəcədə realdır? Baş tuta bilərmi? Birinci dəfə bu görüş baş tutsa danışıqlar necə gedəcək? Bunlar bir-birinə necə müraciət edəcək? Ümumiyyətlə, o söhbət necə gedə bilər? Putin Zelenski ilə şəxsən görüşməyə gedəcəkmi?

"Bu şəraitdə yalnız bir halda görüş nəticə verə bilər, o da Tramp ABŞ-ın mövqeyini, sülhə baxışını Zelenskiyə qəbul etdirsin"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Putinlə Zelenski arasında şəxsən görüş keçirilsə də, bunun nəticələri müsbət olmaya da bilər. A.Səmədov qeyd etdi ki, Türkiyədə Putinlə Zelenskinin görüşünün baş tutması Trampın təzyiqləri nəticəsində ola bilər. "Görüşün baş tutma ehtimalı çox yüksəkdir, nəzərə alsaq ki, Trampın özü də İstanbula gəlməyi planlaşdırır. Çox güman ki, Putin görüş barədə bəyanat verməzdən əvvəl bu məsələni Trampla danışıb. Ondan sonra gecə yarısı çıxıb və mətbuat konfransı keçirib. Bu onu göstərir ki, Putinin İstanbula gəlmək ehtimalı çox yüksəkdir. Ancaq burda bir şey də var ki, hələlik Moskva dəqiq demir ki, Putin iştirak edəcək, yoxsa yox. Putinin köməkçisi deyib ki, İstanbulda kimin iştirak edəcəyini prezident müəyyən edəcək. Yəni hələ ola bilsin ki, tam əminlik yoxdur. Tam əminlik yoxdur ki, mütləq orda prezident iştirak etsin, ya yox. Çünki görüş əgər nəticəsiz başa çatacaqsa ora getməyə ehtiyac yoxdur.

Ola bilsin ki, son anda artıq qəti qərar veriləcək ki, Putin getsin, yoxsa yox. Bunun üçün də Zelenskiyə təzyiqlər göstərilməlidir ki, o, Putinin və Trampın verdiyi planı qəbul etsin. Zelenskinin bu şərti qəbul etmək imkanı çox azdır. Onda gərək geri qayıtmasın. Belə bir mürəkkəb vəziyyətdir. Ona görə də indidən Putinin orda iştirak edəcəyini demək mümkünsüzdür. Son ana qədər yəqin ki, danışıqlar gedəcək və ola bilsin, qərar da 14-ü axşam qəbul olunsun. Son qərar. Bax, Putinin iştirakı ilə bağlı vəziyyət belədir".

A.Səmədov bildirdi ki, əslinə qalsa bu görüşün keçirilməsi mənasızdır, çünki əvvəlcədən nümayəndə heyətləri işləməlidirlər, saziş layihəsini hazırlamalıdırlar və son nöqtəni prezidentlər qoymalıdır: "İndi nəzərə alsaq ki, iki dövlətin mövqeləri arasında yerlə göy qədər fərq var, demək olar ki, heç bir məsələdə onlar nəinki eyni, heç yaxın mövqedə də deyillər. Bu halda keçirilən görüş nə verə bilər? Onların bir-biri ilə necə necə davranması, bir-birinə necə müraciət etməsi, təbiidir ki, axırıncı məsələdir. Əsas odur ki, burda nəticə ola bilərmi? Təklif Putindən gəldi, "heç bir ilkin şərt qoymadan İstanbul danışıqlarını davam etdirək" dedi və cəbhədəki reallıqlar nəzərə alınmaqla dərhal da şərti qoydu. Yəni İstanbul danışıqlarında nümayəndə heyətlərinin razılaşdığı məsələlər qüvvədə qalır. Orda hansı məsələlər razılaşdırılmışdır? Ukraynanın NATO-nun üzvü olmayacağı, neytral olacağı, Ukraynanın təhlükəsizliyinə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, o cümlədən də Rusiya və eyni zamanda bir neçə əlavə ölkə təminat verməli idi. Bunların içərisində İsrail və Türkiyə də var. Bu məsələdə də razılaşma əldə olunmuşdu. Eyni zamanda o da razılaşdırılmışdı ki, prezidentlər həm Krımı, həm Donetski və Luqanskı müzakirə etməlidirlər. Ancaq indi Putin deyir ki, cəbhədəki reallıqlar nəzərə alınmalıdır. O dövrdə söhbət Doneskdən, Luqanskdan gedirdisə, indi Zaporojye və Xerson da işğal olunub və ABŞ Krımı Rusiyanın ərazisi kimi tanımağa hazırlaşır. Bu şəraitdə təbiidir ki, nə Krım, nə Donesk, nə Luqansk müzakirə oluna bilməz. Rusiya çalışacaq ki, Krımın və dörd vilayətin ən azı Rusiyanın de-fakto ərazisi olması tanınsın, bunu Zelenski tanıya bilməz. Ukrayna NATO üzvü olmaqdan imtina etsin, Zelenski belə bir məsələyə də qol çəkə bilməz. Baxmayaraq, o da dərk edir ki, Ukraynanın NATO-nun üzvü olmaq şansı ən azı yaxın 20-30 ildə yoxdur. Bu şəraitdə yalnız bir halda görüş nəticə verə bilər, o da Tramp ABŞ-ın mövqeyini, sülhə baxışını Zelenskiyə qəbul etdirsin. Əslinə qalsa, Putinə qəbul etdirməyə heç bir ehtiyac yoxdur. Çünki Trampın planı Putinin sülh planıdır".

A.Səmədovun qeyd etdiyinə görə, ötən il Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasında Putin sülh planını ortaya qoyub və tələb edib ki, Ukrayna NATO üzvlüyündən imtina etsin, işğal olunmuş ərazilərin ən azı de-fakto Rusiyanın olduğu qəbul edilsin. "Məlumdur ki, Krım, Sevastopol və Luqansk tamamilə, Donetsk, Zaporojye və Xersonun isə hardasa 75 faizi Rusiyanın nəzarətindədir. İndi Rusiya tələb edir ki, yerdə qalan ərazilərdən də Ukrayna qoşunları çıxarılsın və o ərazilər Rusiyaya təhvil verilsin. Zelenski buna gedə bilməz. Ancaq Tramp da bu mövqedədir. Burda danışıqlara mane olan bir mühüm cəhət də var. Avropa ölkələri və son anda buna Tramp da razılığını verdi, Rusiyadan tələb edirlər bu gün elan etsin ki, o atəşkəs təklifini qəbul edir. Əks halda sanksiyalar tətbiq olunacaq. Sanksiyalarla Rusiyanı qorxutmaq bir az qeyri-ciddi səslənir. 20 mindən artıq sanksiya tətbiq olunubsa, əlavə tətbiq olunacaq 100-200 sanksiya Rusiyaya nə zərər vuracaq? Üstəlik elə təsirli sanksiyalar var idisə indiyə qədər niyə tətbiq olunmadı? Üç ildir müharibə gedir, Avropa yenimi ayılıb? Bu da çox ciddi bir sualdı. Niyə indi ayılıb? Aydındır ki, Rusiya atəşkəs təklifini qəbul etməyəcək. Rusiya istəyir ki, hərbi əməliyyatları davam etdirə-etdirə müəyyən əraziləri işğal etməkdə davam etsin və bununla da Ukraynaya təzyiq imkanlarını saxlasın. Əslinə qalsa, Tramp da bu varianta etiraz etmir. Çünki o dərk edir ki, sülhə nail olmağın yeganə yolu Ukraynanı məcbur etməkdən keçir. Başqa halda Trampın sülhə nail olmaq şansı yoxdur. Bu səbəbdən güman edirəm ki, Rusiya atəşkəsə getməyəcək. Əgər Ukrayna Trampın sülh planını qəbul etsə, ondan sonra təbiidir ki, atəşkəs mütləq olmalıdır.

Görünür, bu səbəbdən də Putin deyib ki, atəşkəs məsələsinə danışıqların gedişində İstanbulda baxarıq.

Mən güman edirəm ki, bu danışıqlar nəticəsiz başa çatacaq".

A.Səmədovun fikrincə, çünki Zelenski bir tərəfdən anlayır ki, vəziyyət çıxılmazdır, ABŞ yardımı kəsərsə Ukraynanın 6 aydan çox dayanmaq şansı olmayacaq. "Hərçənd, indi də dayana bilmir. Hər gün Rusiya 1-2 yaşayış məntəqəsini ələ keçirir. Əgər ABŞ yardımı kəsərsə, silahları verməsə, kəşfiyyat məlumatlarını verməsə Ukraynanın vəziyyəti çox ağır olacaq. Çünki silahların ən vacibini verən ABŞ-dır. Baxmayaraq ki, onun Ukrayna ordusunun silahları içərisində payı təxminən 20 faizdir. 25 faizini də Avropa verir. Ancaq Avropanın 25 faizinin də hardasa 68 faizi Amerika silahlarıdır. Bu səbəbdən Zelenski anlayır ki, ABŞ-ın təklif etdiyi Tramp - Putin sülh planını qəbul etmək məcburiyyətindədir. Ancaq nə cür qəbul etsin? Bundan qat-qat əlverişsiz şərtlərlə təklif olunan planları darmadağın vəziyyətə salıb, ölkəni xarabazara çevirib. Bu şəraitdə Zelenski nə cür qol çəkə bilər? Belə bir çıxılmaz vəziyyət yaranıb. Zelenskinin nə razılaşmaq, nə etiraz etmək imkanı var. Ancaq çox güman ki, etiraz etmək yolunu seçəcək və İstanbul danışıqları nəticəsiz başa çatacaq. Ancaq təbiidir ki, biz arzu edərdik nəticə əldə olunsun, müharibəyə son qoyulsun, Zelenski buraxdığı səhvlərin girovuna çevrilməsin, Ukrayna xalqını düşünsün, hakimiyyətdə nəyin bahasına olursa-olsun qalmaq barədə yox, Ukrayna xalqının bundan sonra üzləşəcəyi faciələr barədə düşünsün və məsuliyyəti öz üzərinə götürüb məcburi sülh planını qəbul etsin. Burda təbiidir ki, Ərdoğanın elə böyük rolu yoxdur. O yalnız görüşləri təşkil edir, şərait yaradır. Onun nə Rusiya, nə Ukraynaya təzyiq göstərmək imkanı var. İndiki şəraitdə təzyiq vasitəsi ikidir. Bir Tramp təzyiq göstərə bilər, bir də cəbhədəki vəziyyət. Cəbhədəki vəziyyət də hələ Ukraynanın xeyrinə deyil, Rusiya irəliləməkdə davam edir və artıq Dnepropetrovski vilayətinin həndəvərinə, 800 metrliyinə qədər gedib çıxıblar. Qarşıda Ukraynanı ağır döyüşlər gözləyir" - deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ