Bazar günü günü, 01 noyabr 2026
     

Qarabağ Dirçəliş Fondunun yalnız universitetlərdə görüşü kifayət edir?..

Image


Məhərrəm Zülfüqarlı: "Tələbənin maddi yardım göstərmək üçün heç bir imkanı yoxdur, amma biznes qurumlarının, şirkətlərin maliyyə imkanı genişdir"

Oktyabrın 1-də gənclərin maarifləndirilməsi məqsədilə Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə "Qarabağın dirçəlişində həmrəyliyin rolu" mövzusunda görüş keçirilib.

Tədbirdə Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra qarşımızda duran əsas vəzifələrdən də danışılıb. Bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşdüyü, Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin də fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğu, işğaldan azad edilmiş ərazilərin bərpasında tələbələrin və gənclərin rolundan danışılıb. Fondun tələbələrlə, gənclərlə mütəmadi görüşlər keçirməsinin böyük əhəmiyyət daşıdığı, gənclərin bu işdə fəal iştirak etməli olduğu deyilib.  

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu daha öncə Bakı Ali Neft Məktəbində (BANM), Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dillər Universitetində (ADU), Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib.

Sözsüz ki, tələbələrlə belə görüşlərin keçirilməsi lazımdır. Ancaq daha yaxşı olmazmı ki, belə görüşlər həm də iri və orta biznes dairələri ilə keçirilsin? Çünki tələbənin nəyi var ki, Fonda yardım etsin, ancaq biznesmenlərin imkanları genişdir. 

"Bu prosesdə tələbələrin iştirakı mümkün deyil, çünki tələbələr maddi baxımdan imkanlı təbəqə deyil"

Professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı görülən işlərlə bağlı gənclərin məlumatlandırılması çox müsbət haldır. M.Zülfüqarlının fikrincə, bu işlərin görülməsi vətənpərvərlik ruhunun güclənməsinə, gənclərin gələcəkdə bu işlərdə fəal iştirakına kömək edə bilər. "Qarabağ Dirçəliş Fondunun ali məktəblərdə belə görüşlər keçirməsi təqdirəlayiq haldır. Bu, gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə dəstəkdir, Qarabağda gedən işlərlə onları tanış etməkdir. Qaldı gənclərin bu prosesdə iştirakına, fikrimcə, hazırkı dövrdə tələbənin o işdə iştirakı ağlabatan deyil. Çünki tələbələr oxumaqla, təhsil almaqla məşğul olmalıdırlar. Onlar gələcəkdə mütəxəssis kimi formalaşdıqdan sonra hansısa müəssisədə, özəl sektorda çalışa, prosesə cəlb oluna  bilərlər. Yəqin o tədbir keçirənlərin məqsədlərindən biri də odur ki, onları gələcəyə hazırlasınlar. Amma hazırkı dövrdə universitetlərdə bunu keçirmək, tələbələri də bu işə cəlb etmək hardasa Sovet dövrü ənənələrini xatırladır. Bilirsiz ki, Sovet dövründə tələbə-inşaat dəstələri təşkil olunur, Rusiyanın ayrı-ayrı şəhərlərinə, işçi qüvvəsi çatışmayan vilayətlərə göndərilirdi. Bu, yay tətilləri vaxtı baş verirdi. Bu prosesdə bir müəllim kimi mən də iştirak etmişəm. Gələcəkdə kimsə bu cür təşəbbüs göstərsə, bunun müsbət qarşılanmayacağına indidən zəmanət verirəm. Çünki bu, Sovet rejiminin bilavasitə inzibati qaydada tələbələri zorla tələbə-inşaat dəstələrinə göndərməsi idi ki, buna da o vaxt tarix fakültəsinin tələbələri divar qəzeti çıxarmaqla etiraz etmişdilər. Yəni demək istəyirəm ki, bəzi şəxslərin o cür tədbirlərdə durub təkliflərlə çıxış etməsi bizə lazım deyil. Biz gələcəkdə gənclərimizin yaxşı təhsil almasının, mütəxəssis kimi bu işlərə cəlb olunmasının tərəfdarıyıq, nəinki tələbə vaxtı. İndi tələbənin nə o fonda pul köçürmək üçün maddi, nə də gedib orada işləmək üçün fiziki imkanı var. Təhsil proqramı çox sıxdır. Ona görə də, mənə elə gəlir ki, bu tədbirləri keçirənlər əsas diqqəti gənclərin vətənpərvərlik tərbiyəsinə və 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində xüsusi əməliyyatlarda əsgərlərimizin qəhrəmanlığının təbliğinə yönəltməlidirlər. Onların qəhrəmanlığı geniş şəkildə təbliğ olunmalıdır. 

Fondun işi isə birbaşa bura maliyyə vəsaiti toplamaq və Qarabağın dirçəlişinə kömək etməkdir. Qeyd etdiyimiz kimi də, bu prosesdə tələbələrin iştirakı mümkün deyil, çünki tələbələr maddi baxımdan imkanlı təbəqə deyil".

M.Zülfüqarlı hesab edir ki, Fond maliyyə toplama kampaniyasını iri şirkətlərdə, biznes qurumlarında keçirərsə bunun daha böyük faydası olar. Tələbənin maddi yardım göstərmək üçün heç bir imkanı yoxdur, amma biznes qurumlarının, şirkətlərin maliyyə imkanı genişdir. "Fond bu cür tədbirləri şirkətlərdə keçirərsə bunun maddi cəhətdən effekti daha yaxşı olar" - deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ