Bazar günü günü, 01 noyabr 2026
     

İsrail İranın nüvə zavodlarını vuracaq - yeni dünya savaşı başlayır...

Image


İsrailin baş naziri Benyamin Netanyahu İsrailə  ballistik raket hücumu həyata keçirən İranın böyük səhv etdiyini və bunun əvəzini ödəyəcəyini bəyan edib: "İran böyük səhv etdi və bunun əvəzini ödəyəcək. İrandakı rejim bizim özümüzü müdafiə etmək və düşmənlərimizdən qisas almaq əzmini anlamır. Qarşıya qoyduğumuz qaydaya əməl edəcəyik: kim bizə hücum etsə, biz də ona hücum edəcəyik".

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İranın zərbələrini əhəmiyyətli eskalasiya adlandırıb və bildirib ki, Tehran ümumilikdə 200-ə yaxın ballistik raket atıb. Ceyk Sallivan Vaşinqtonun Tehrana cavabının sanksiyalardan kənara çıxa biləcəyi ilə bağlı məsələnin qaldırılmasını qanuni adlandırıb. "Tamamilə qanuni məsələdir. Cavab isə israilli həmkarlarımızla danışıqlar və məsləhətləşmələrə əsaslanacaq. Burada sizin qarşınızda dayanaraq cavab verməyim hələ tezdir. Biz bunun hücum olduğunu açıq şəkildə bildirdik. Bunun dəhşətli fəsadları olacaq və biz israillilərlə birlikdə bunun belə olduğuna əmin olmaq üçün işləyəcəyik". İran hakimiyyəti iddia edir ki, onlar yalnız İsraildəki hərbi hədəflərə hücum ediblər və genişmiqyaslı müharibə istəmirlər. Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İsrailə endirilən zərbələr HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə, həmçinin Beyruta hücum nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın ölümünə cavabdır. İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq edib ki, İsrail cavab verərsə, daha dağıdıcı hücumlarla üzləşəcək. İran prezidenti Məsud Pezeşkian bildirib ki, zərbənin məqsədi İsrailə İranın öz maraqlarını və vətəndaşlarını müdafiə etməyə hazır olduğunu göstərməkdir. Onun sözlərinə görə, İran öz imkanlarının yalnız bir hissəsini nümayiş etdirib və İsrail hakimiyyətini daha da gərginləşməyə qarşı xəbərdar edib. Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət 7 oktyabr 2023-cü ildə kəskin şəkildə pisləşib. Avropa İttifaqı və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hücum həyata keçirib. Qruplaşma İsrailə böyük raket zərbəsi endirib, onun ərazisinə soxulub və müasir İsrail dövlətinin tarixində ən böyük mülki əhali qırğını həyata keçirib, 1200-ə yaxın insan həlak olub. Yaraqlılar həmçinin 250-yə yaxın şəxsi girov götürərək Qəzza zolağına aparıblar. Girovların bəziləri dəyişdirilib və ya azad edilib, bəziləri isə qətl olunub. İsrail HƏMAS-a müharibə elan etməklə cavab verib . HƏMAS-ın nəzarətində olan ərazilərdə quru əməliyyatı və Qəzza zolağının bombalanması nəticəsində 41,5 mindən çox fələstinli həlak olub. Fələstin yaraqlılarına Livanın radikal şiə "Hizbullah" hərəkatı dəstək verib. "Hizbullah" mütəmadi olaraq Livandan İsrailə atəş açır. 2024-cü ilin sentyabr ayının ikinci yarısında İsrail "Hizbullah"a qarşı önləyici hərbi əməliyyata başlayıb. İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində qruplaşmanın bir neçə lideri öldürülüb. Sentyabrın 30-da İsrail Livanın cənubundakı sərhəd bölgəsində "Hizbullah" hədəflərinə qarşı quru əməliyyatına başlayıb. Bu fonda İranın İsrail ərazilərini ikinci dəfə raket atəşinə tutması vəziyyəti daha da mürəkkəbləşdirib və Yaxın Şərqi genişmiqyaslı müharibə astanasına çatdırıb.

Belə bir vaxtda iddialar səslənir ki, İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin öz ərazisini qarşı tərəfdən raketlərlə atəşə tutulmasına cavab ola bilər. Britaniyanın "The Economist" nəşri və "Sky News" telekanalı hadisələrin belə ssenarini mümkün hesab edir. "The Economist" yazır: "Əvvəllər İsrailin baş naziri Binyamin Netanyahu ölkənin generallarını İrana zərbənin strateji əhəmiyyətinə inandırmağa çalışsa da, bu, uğursuz alınıb. Amma İranın son zərbələrindən sonra o, generallara belə addımın üstünlüklərinin olduğunu sübut edə bildi". Nəşr qeyd edir ki, İsrail 20 ildir, İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalına hazırlaşır. İsrail ordusu apreldə İsfahandakı hərbi bazada hava hücumundan müdafiə radarını zədələdikdən sonra İrandakı hədəflərin həssas olduğu təəssüratı yarada bilər. "Sky News" həmçinin hesab edir ki, Netanyahu indi İranın raket hücumundan nüvə obyektlərinə hücum üçün bəhanə kimi istifadə etmək istəyi ilə mübarizə apara bilər və ABŞ-nin dəstəyinə arxalanacaq. Əgər İsrail İslam Respublikası ilə münaqişəni gücləndirsə, Yaxın Şərq ballistik raketlərdən istifadə etməklə müharibə astanasında qala bilər: "İsrail liderləri hiss edə bilərlər ki, indi İranın nüvə təhlükəsini neytrallaşdırmaq üçün ən yaxşı fürsətdir". İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirir ki, ölkə hərbçiləri İranın kütləvi raket hücumuna cavab vermək üçün münasib vaxt seçəcək, ordunun hücum imkanları sürprizlərlə dolu olacaq. Burada bir məqamı da qeyd edək ki, İranın raket hücumu İsrail ordusunun Livanda quru əməliyyatına başlamasından 24 saat sonra baş verib. İsrail Müdafiə Qüvvələrinin bölmələri ölkədəki "Hizbullah"la mübarizə aparmaq üçün Livan sərhədini keçib. Baş verənlər artıq 1982 və 2006-cı illərdəki münaqişələrə bənzətməklə üçüncü Livan müharibəsi adlandırılır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ