Bazar günü günü, 01 noyabr 2026
     

Makron 2027-də özünün ən güclü rəqibinə və onun 96 yaşlı atasına cinayət işi açdırdı...

Image


Fransa parlamentinin aşağı palatasında "Milli Birlik" fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Fransanın yeni hökuməti təxminən 10 ay işləyəcək, bundan sonra ölkəni yeni növbədənkənar parlament seçkiləri gözləyir. Le Pen Fransa prezidenti Emmanuel Makronun Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri yeni baş nazir təyin etmək qərarını yenidən tənqid edərək, həmin partiyanın "Milli Birlik"dən daha az səs topladığını qeyd edib.

O, həmçinin vurğulayıb ki, partiyası çoxdandır majoritardan proporsional seçki sisteminə keçidin tərəfdarıdır. Eyni zamanda, Le Pen "Milli Birlik" fraksiyasının konstruktiv müxalifət rolunu oynayacağını və ilk növbədə dövlətin maraqlarına diqqət yetirəcəyini vəd edib: "Aydındır ki, vəziyyət belə davam edə bilməz. Bu, Makrondan başqa hamıya aydındır. Aydın görünür ki, bir il sonra bizi qanunverici orqana yeni növbədənkənar seçkilər gözləyir. Əvvəl-axır Fransaya mütləq çoxluq lazımdır və biz buna yalnız yeni proporsional seçki qanununun köməyi ilə nail ola bilərik". Qeyd edək ki, bundan öncə Avropa Parlamentinə və Fransada növbədənkənar parlament seçkilərində "Milli Birlik" xeyli yer qazanıb. Bütün bunlar, o cümlədən Marin Le Penin Emmanuel Makronu sərt tənqid etməsi hakimiyyət tərəfindən ciddi qorxu ilə qarşılanır. Məhz bunlar fonunda Parisdə Avropa Parlamenti deputatlarının köməkçisi kimi vəzifələr vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan "Milli Birlik"  partiyasının 27 nümayəndəsinə qarşı məhkəmə prosesi başlayıb. Onların  arasında bu partiyanın lideri Marin Le Pen, həmçinin onun atası 96 yaşlı Jan-Mari Le Pen də var. Siyasətçilər çətin ki həbsxanaya düşsünlər, lakin onları eyni dərəcədə dəhşətli cəza gözləyir: siyasi fəaliyyətdən xaric olunmaq. Bu o deməkdir ki, Marin Le Pen prezident seçkilərində iştirak edə bilməyəcək. İttihamlar sübuta yetirilərsə, partiya üzvlərini 10 ilə qədər həbs və 1 milyon avro cərimə, həmçinin 10 il müddətinə seçilmək hüququndan məhrum etmə cəzası gözləyir. İstintaqın Le Pen üçün "ciddi siyasi sınaq" olacağı qeyd edilir. Məhkəmə ilə bağlı fikirlər haçalanır. Bəziləri hesab edir ki, ittiham siyasi oyundur və prezident Emmanuel Makronun getdikcə populyarlaşan sağçı populist qüvvələri mübarizədən kənarlaşdırmaq cəhdidir. Amma Makrona yaxın olanlar iddia edirlər ki, "Milli Birlik" və Le Pen ailəsi qəsdən cinayət törədiblər və qanunla cəzalandırılmalıdırlar.

İşin mahiyyəti qısaca belədir: 2004-2017-ci illərdə Marin Le Pen Avropa Parlamentinin üzvü olub. Avropa Parlamentinin deputatlarına köməkçilərinə maaş vermək üçün ayda təxminən 21 min avro ayrılıb. Le Pen və onun fraksiyasının üzvləri bu vəzifələri "Milli Birlik"   funksionerlərinin tutmasını təşkil etdilər. Həmin şəxslər, ittiham tərəfinin fikrincə, faktiki olaraq, Avropa Parlamentinə getmədən və köməkçi kimi heç bir vəzifə yerinə yetirmədən, demək olar ki, bütünlüklə Fransada qalıblar. Əslində isə iddia olunur ki, partiya öz daxili ehtiyacları üçün Avropa büdcəsindən pul alıb. Ümumilikdə, ittiham tərəfinin fikrincə, Avropa Parlamentinin xəzinəsinə dəyən ziyan 3 milyon avro təşkil edib. Bu il "Demokratik Hərəkat" partiyası da eyni halla üzləşib.  Onun üzvləri və lideri Fransua Bayru da eyni ittihamlarla ittiham olunub. Lakin onlar şərti cəza alıblar. Hüquq-mühafizə orqanlarının əlində Le Penin ən azı bu sxemdən xəbəri olduğuna dair sübutlar olduğu iddia edilir. Le Pen isə iddia edir ki, əksinə, günahsızlığına dair sübutları var. Onun sözlərinə görə, heç bir uydurma iş olmayıb. Parisdəki məhkəmə prosesi bu yay seçkilərində parlamentdə çoxluğu qazanmaq üçün ciddi şansa malik olan "Milli Birlik" partiyasının təsirinin artmaqda davam etdiyi bir vaxta təsadüf edir. Buna mane olan yeganə şey sol qüvvələrin və makronistlərin sövdələşməsi oldu: onlar səsləri "qazanmaq" üçün parlament seçkilərinin ikinci turuna ümumi namizədlər irəli sürməyə razılaşdılar. İkinci turda Le Pen tərəfdarlarının məğlubiyyəti fransızların sağçılara daha çox rəğbət bəsləməsi faktını dəyişmədi. Ona görə də çoxları məsələni siyasiləşmiş hesab edir. Müstəntiqlər ittiham üzərində hələ 2015-ci ildə işləməyə başlayıblar, lakin ittihamları yalnız indi irəli sürmək qərarına gəliblər: 2027-ci il prezident seçkilərinə namizədlərin irəli sürülməsinə az qalmış bir vaxtda. Bundan başqa, iyul ayında Paris prokurorları Le Penə qarşı 2022-ci il seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması şübhəsi ilə bağlı istintaq başladıb. Səbəb seçkilər zamanı namizədlərin xərclərinin ödənilməsinin qanuniliyini yoxlayan Kampaniya Hesabatları və Siyasi Maliyyə üzrə Milli Komissiyanın müraciəti olub. Onlar "təşviqat kampaniyasının maliyyə mənbələri ilə bağlı" problemlərin olduğu barədə danışıblar.Le Pen bu prezident seçkilərində nəhayət ki, Makronun varisi olmaq şansının yüksək olacağına ümid edir. Hələ mərkəzçilərdən güclü namizədlər yoxdur. Bu arada, Le Pen seçkidən seçkiyə getdikcə daha çox şey əlavə edir. 2017-ci ildə ikinci turda Le Pen 33%, 2022-ci ildə isə artıq 41% səs aldı   Kiçik uğur deyil...

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ