Bazar günü günü, 01 noyabr 2026
     

ABŞ-ın Ukrayna siyasəti dərin ziddiyyətə düşdü - Karib böhranı təkrarlanır

Image


Dünya supergüclər arasında total qarşıdurmaya doğru gedir. Belə bir açıqlama ilə məşhur "The Washington Post"  nəşri çıxış edib. Qəzet yazır ki, ötən həftə ABŞ prezidenti Co Bayden "Rusiyadan qisas almaq əvəzinə" Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın daxilindəki hədəfləri vurmaq üçün Amerika raketlərindən istifadə etmək xahişindən yayınıb: 

"Ukraynalı tərəfdarlar Baydenin ehtiyatlılığını lağa qoyur və bunun zəiflik əlaməti olduğunu iddia edirlər. Amma bu tənqid çox sərtdir. Biz Ağ Evdə qızğın baş istəməməliyik. Gərginlik risqindən qaçaraq Bayden kəşfiyyat məsləhətçilərinin tövsiyələrinə əməl edib və nüvə müharibəsi təhlükəsini azaltmaq üçün istənilən prezidentin etməli olduğu öhdəliklərini yerinə yetirib". Eyni zamanda qəzet yazır   ki, Bayden ATACMS raketlərindən istifadə etməklə uzaq mənzilli zərbələrdən imtina etsə belə, Ukraynaya dəstək vermək üçün digər aqressiv addımlar atmalıdır:

"Çünki  yorğun Ukrayna bu dəhşətli müharibənin gərginliyi altında özü əzilməyə başlayır. Zelenskinin siyasi bazası parçalanır və uzun sürən müharibə Ukraynanı parçalayacaq. ABŞ və onun müttəfiqləri kömək etməlidirlər. Kiyev tezliklə ədalətli sülhə nail ola bilər, hətta bu, Zelenskinin çalışdığı tam qələbə olmasa belə".  "The Washington Post"  həmçinin qeyd edir ki, Rusiya getdikcə uzaq mənzilli raket zərbələrinin "qırmızı xətt" olduğuna işarə edir: "Eyni zamanda, Ukrayna artıq öz dronları və raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirir. Lakin prezident Vladimir Putin nüvə dövləti tərəfindən dəstəklənən qeyri-nüvə dövlətinin hücumlarını "Rusiya Federasiyasına birgə hücum" kimi qiymətləndirmək üçün nüvə doktrinasında dəyişiklik edildiyini elan etdi. Rusiya lideri hesab edir ki, Qərb Ukraynanın itkisinin qarşısını almaq və mümkünsə, Kremli məğlub etmək üçün səylərini ikiqat artırır. Rusiya ABŞ-ın Ukraynaya silah tədarükü üçün Polşadakı tranzit qovşaqlarına zərbələr endirə bilər və ya Ukraynadakı Qərb əməliyyatlarını daha aqressiv şəkildə - müdafiə şirkətlərini və ya Kiyevə kömək edən kəşfiyyat əməliyyatlarını hədəfə ala bilər. Ukraynadakı münaqişə  göstərir ki, biz 1962-ci ilin oktyabrında Kuba raket böhranından sonra supergüclər müharibəsinin astanasına gəlmişik". Xatırladaq ki, Karib böhranı SSRİ ilə ABŞ arasında baş verən, hər iki ölkənin bir-birini təhdid etməsi və bu istiqamətdə təhlükəli addımlar atması nəticəsində 16-28 oktyabr 1962-ci il tarixləri arasında meydana gələn böhrandır. Bu tarixlərdə SSRİ və ABŞ arasında gərginlik maksimum həddə çatmış və hər iki ölkə bir-birinə hər an nüvə silahı atmağa hazır vəziyyətə gəlmişdi. Belə ki, ABŞ-a məxsus ballistik raketlər İtaliya və Türkiyədə yerləşdirilmiş, buna cavab olaraq isə Sovet raketləri Kubaya aparılmışdı. O zaman dünya nüvə müharibəsinin astanasında idi.

Bunlar fonunda ABŞ-ın hər iki partiyasının təmsil olunduğu Helsinki Komissiyası  yaydığı hesabatda bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır. Bu, prezident Vladimir Putin siyasi səhnədən getməyincə bitməyəcək. Qurum bildirir ki, Ukraynanın cəbhədə Rusiyanı məğlub etməsi bu qarşıdurmanı udmaq üçün vacibdir, Vaşinqton Kiyevin qalib gəlməsindən ötrü hər şeyi etməlidir. Xatırladaq ki, Helsinki Komissiyası 1975-ci ildə keçmiş Sovet İttifaqında insan haqlarına nəzarət məqsədilə qurulub. Onun 18 üzvü olan konqresmenlər bərabər şəkildə Nümayəndələr Palatası və Senatı təmsil edir, icraedici qanaddan üç təmsilçi də var. Komissiya barəsində bəhs olunan hesabatında bildirir: "Rusiya qonşuları ilə müharibə apardığı, onları işğal etdiyi müddətdə dinc və sabit Rusiya ilə bağlı heç bir ümid olmayacaq. Ukraynanın rusiyalı işğalçıları məğlub etməsi Rusiyanı düşünməyə və islahatlara getməyə vadar etmək, Rusiyanın təsirini kökündən kəsmək, Rusiyanın təcavüzü ilə daha geniş mübarizədə vacibdir, ancaq yetərli deyil". Helsinki Komissiyasının sədri respublikaçı Co Uilsondur. Bu hesabat prezidentliyi qazanacaq istənilən partiyaya öyüd-nəsihət sayıla bilər ki, Ukraynaya yardımı davam etdirsin. Uilson Ukraynanı dəstəkləyən respublikaçılar sırasındadır. Rusiya üç ilə yaxındır Ukraynada müharibə aparır. Komissiyanın hesabatının yayıldığı vaxtda isə ABŞ-ın Kiyevə hərbi dəstəyinin gələcəyi müəyyən deyil. Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın başçılıq etdiyi qanad maliyyə öhdəliyinin məbləğini sual altına alır. Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan Konqres 175 milyard dollarlıq dəstək ayırıb. Bu məbləğin böyük hissəsi ABŞ-ın özündə silah, digər məhsul və xidmətlərin istehsalına xərclənib. Ukrayna Rusiya qüvvələrini öz ərazisindən çıxarmağa ümid edirsə, gələn ilin əvvəlində ABŞ-dən daha bir böyük yardım paketi almalıdır. Putinlə yaxşı münasibəti olduğunu iddia edən Tramp deyib ki, prezident seçilərsə, müharibəni bitirmək üçün dərhal danışıqlar aparacaq. Hazırda Rusiya Ukrayna ərazisinin 20 faizə yaxınına nəzarət edir və istənilən razılaşma Kiyevin ərazi güzəştlərinə getməsini nəzərdə tuta bilər. Demokratların namizədi, vitse-prezident Kamala Harris Ukraynaya yardımı dəstəkləyir, ancaq onun da indiki rəhbəri, prezident Co Baydendən nə qədər irəli gedəcəyi aydın deyil. Ukraynanın tərəfdarları Bayden administrasiyasını Kiyevə hərbi yardımı ləng ayırmaqda, ona qalib gəlmək üçün deyil, ayaqda qalmağa yetəcək qədər yardım göstərməkdə tənqid edir. Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Ağ Evə səfər edərək Baydenə "qələbə planı"nı təqdim edib və Rusiyanın dərinliklərində hərbi hədəfləri ABŞ raketləri ilə vurmağa icazə istəyib. Ancaq Ağ Ev bu görüşdən sonra siyasətində hər hansı dəyişikliyin baş verdiyini açıqlamayıb.

SAMİRƏ SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ