Bazar günü günü, 01 noyabr 2026
     

İran İsraildən açıq-aşkar qorxdu - 10 ədəd nüvə bombası müzakirə olunur...

Image


İranın Yaxın və Orta Şərqdə ən güclü proksi qüvvəsi kimi bilinən "Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra siyasi təhlilçilər bununla regionda münaqişənin daha da alovlanacağı və daha geniş coğrafiyaya yayılacağı risqlərinin olduğu qənaətindədir. 

Xatırladaq ki, Nəsrullah sentyabrın 27-də İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Siyasi təhlilçilər ən pis ssenaridə İranın nüvə silahını əldə etmə cəhdi və ABŞ-ın İrana hücumu ehtimallarını da istisna etmirlər.

İranın ali dini lideri ayətullah Əli Xamneyi Nəsrullahın ölümünun qisassız qalmayacağına söz verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun  sabiq bir komandiri BBC-yə deyib ki, İsraili təhdid edib heç nə etməməsi SEPAH-ın daxili və xarici müttəfiqləri qarşısında etibarını daha da zədələyib. İndi bu şəraitdə hesab olunur ki, İran cavab olaraq İsrailə birbaşa hərbi zərbə endirərsə, bu, onun köhnə və qatı düşməni ilə tammiqyaslı müharibəsi olacaq. Amma Tehran çəkinmək yolunu tutsa, regiondakı müttəfiqləri və düşmənlərinin qarşısında öz reputasiyasına zərbə endirmiş olacaq. Burada qeyd edək ki, "Hizbullah" silahlı və siyasi təşkilat kimi Livanın cənubundakı böyük ərazilərə nəzarət edir. O, İranın "müqavimət xətti" adlandırdığı proksi və müttəfiqləri şəbəkəsinin aparıcı üzvüdür. Vaşinqtondakı Yaxın Şərq Sülh İnstitutundan Metyu Levit deyir ki, İran həqiqətən də çətin vəziyyətə düşüb: "İran çox qəliz bir situasiyaya düşüb. O, həm nəyin bahasına olursa-olsun cavab vermək iqtidarında olmaq istəyir, lakin həm də bunu belə açıq etməyin nəticələrindən qorxur". ⁠İran İsrailə çətin ki, birbaşa hərbi zərbə endirsin. Ekspertlər deyir ki, bu, İranın daim yan keçmək istədiyi ağır tammiqyaslı müharibəyə səbəb olardı. Ekspertlərin fikrincə, tammiqyaslı münaqişə təqdirində İsrail İran üzərində, onun nəhəng dron və raket cəbbəxanasının olmasına baxmayaraq, böyük hərbi üstünlüyə malik ola bilər. Vaşinqtonda mənzillənmiş Demokratiyaları Müdafiə Fondunun eksperti Behnam Talıblı bu qənaətdədir ki, burada İranın malik olduğu variantlar "pislə betər" arasındadır. İran ötən apreldə İsrail üzərinə misli görünməmiş dron və raket hücumu etmişdi. Bu, Suriyadakı İran komandirlərinin raket zərbələri nəticəsində həlak olmasından az sonra baş vermişdi. Tehran həmin hücuma görə İsraili ittiham edirdi. Amma Talıblı düşünür ki, İran yalnız ölkənin varlığına birbaşa təhdid olarsa İsrail üzərinə birbaşa hücum qərarı qəbul edə bilər. Ekspertlərin fikincə, beləliklə, birbaşa qarşıdurmanın variant hesab olunmadığı bir situasiyada İran İsrailin əsas müttəfiqi ABŞ-a ziyan vurmaq məqsədilə "müqavimət xətt"i adlandırğı proksiləri və müttəfiqlərinə, o cümlədən İraqdakı iranyönlü şiə yaraqlılarına, Yəməndəki husi qiyamçılarına, Suriyadakı şiə silahlılarına üz tuta bilər. Amma İsrail 2023-cü ildə Qəzza zolağında müharibəyə başlayandan bəri İranın proksiləri bir xeyli zəifləyib və onların İsrailə cavab vermək üçün hərbi qüdrətləri yoxdur. Məsələn, ABŞ-da və bir sıra ölkələrdə terrorçu təşkilat kimi tanınan HƏMAS Qəzza zolağında xeyli zəifləyib. İsrail bu arada Livanda "Hizbullah"ın çox sayda komandanını sıradan çıxarıb. İndi bunlar fonunda Livan paytaxtında Həsən Nəsrullahın ölümünə İran, adətinin əksinə olaraq, təmkinli reaksiya verir.

Qeyd edək ki, Tehran  HƏMAS lideri İsmayıl Haniyənin ölümünə xeyli sərt reaksiya vermişdi. Behnam Talıblı bunu belə izah edir: "İran Haniyənin qətlinə görə sərt qisas və qətliam vədindən ona görə geri çəkilib ki, regionda ən azı siyasi baxımdan vəziyyət onun istədiyi istiqamətdə hərəkət edib. Lakin son iki həftədə İsrailin Livanda "Hizbullah"a qarşı cəsarətli və ölümcül addımları islam respublikası və onun müttəfiqləri üçün bu vəziyyəti son həddə çatdırıb". Amma belə görünür ki, İran artıq çəkinmə strategiyasını qəbul edib. İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran Livana və Qəzza zolağına qoşun çıxarmayacaq. Lakin Tehran bunu onunla izah edir ki, Livan və Qəzza zolağında HƏMAS və Hizbullah özlərini təcavüzdən müdafiə üçün kifayət qədər qüvvəyə malikdirlər. Cenevrədə mənzillənmiş ekspert Fərzan Sabit deyir ki, buna baxmayaraq İsrailin onun müttəfiqləri üzərinə hücumlarına cavab verməkdən boyun qaçırması, Tehranın regiondakı nüfuz və reputasiyasına ziyan vurur: "Belə başa düşülür ki, Tehran İsrailə qarşı qoyduğu "qırmızı cızıqları" reallaşdırmaq iqtidarında deyil. Bu, hətta belə olmasa da, İran yenə də bu vəziyyətdə zəif görünür. Bu da var ki, kənardan görünən zəiflik daha böyük çətinliklərə yol aça bilər". Amma İranın bəzi sərt xətt-hərəkət tərəfdarları İsrailə qarşı hərbi hərəkətə çağırırlar. Onlardan bəziləri Tehranı, hətta ölkənin nüvə proqramını hərbiləşdirməyə çağırıblar. Onlar deyirlər ki, yalnız nüvə silahı İsraili İran üzərinə birbaşa hücumdan çəkindirə bilər. İran mediası bildirir ki, ölkənin hazırkı zənginləşdirilmiş uran ehtiyatı 10 atom bombasının hazırlanmasına imkan verərdi. Lakin ekspertlərin fikrincə, İranın belə etməsi üçün aylar və hətta bir ildən də çox vaxt lazım gələ bilər. Fərzan Sabit  bu qənaətdədir ki, İran bir çəkindirici faktor kimi Hizbullahın gücdən düşdüyünü qət edərsə, Tehranın nüvə silahına münasibəti də dəyişə bilər. Ekspertin sözlərinə görə, hadisələrin indiki inkişafı İranı dinc və ya hərbi nüvə proqramı arasında seçimə yaxınlaşdıra bilər. Belə bir vaxtda İsrail ABŞ-a Livana qurudan müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq edib. "Hizbullah" liderinin müavini Şeyx Naim Qasım deyib ki, İsrailin qurudan hücumuna hazırdırlar və qruplaşma İsraillə savaşına davam edəcək.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ