çərşənbə axşamı günü, 25 avqust 2026
     

3-cü deportasiyanın qurbanlarının Qərbi Azərbaycana qayıdışı barədə tarixi söz deyildi...

Image


Ermənistan adlandırılan tarixi Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların sonuncu deportasiyası 1988-1990-cı illərdə baş verib və XX əsrdə üçüncü dəfə soydaşlarımız erməni separatçıları, şovinistləri, monoetnik Ermənistan tərəfindən öz evlərindən qovulublar. Amma Qərbi azərbaycanlılar bu illər ərzində geriyə qayıdacaqlarına, yenidən ev-eşiklərinə, yurd-yuvalarına sahib olacaqlarına qətiyyən şübhə etməyiblər. 

Bu gün soydaşlarımızın Qərbi Azərbaycana, öz tarixi yurdlarına qayıdışı günün ən aktual məsələlərindən biridir. Prezident İlham Əliyev dəfələrlə çıxışında Qərbi azərbaycanlıları əmin edib ki, onlar mütləq öz yurdlarına qayıda biləcəklər. 

Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb. 

XX əsrdə xalqımızın üç deportasiya dalğasına məruz qaldığını xatırladan Prezident Əliyev  deyib: "1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar".

Aydın Quliyev: "Qərbi Azərbaycana dönüşümüz "Ən Böyük Qayıdış" olacaq" 

"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Prezidenin Qərbi azərbaycanlıların tarixi qayıdışı ilə bağlı fikirlərinə maraqlı şərh verib: "Qərbi Azərbaycandan deportasiya edilmiş 100 minlərlə soydaşlarımızın doğma yurdlarına dönüşü bəzilərinə xəyali görünsə də, mütləq gerçək olacaq. 1918, 1948-53 və 1988-1989-cu illərin 3 deportasiyasından sonra 4-cü deportasiya daha olmayacaq".

A.Quliyev daha sonra yazır: "Qərbi Azərbaycana dönüşümüz "Ən Böyük Qayıdış" olacaq. Nə vaxt olacağını da deyim.

Ermənistanın üzərində hərbi, siyasi, ideoloji və diplomatik Zəfərimiz Hüquqi Zəfərə çevriləndə Qərbi azərbaycanlı soydaşlarımızın tarixi vətənimizə Ən Böyük Qayıdışı real olacaq. 8 noyabr və 20 sentyabr düşmən üzərində hərbi, siyasi, ideoloji və diplomatik Zəfərimizin rəmzləridir. Tam və hərtərəfli Sülh sazişinin imzalandığı gün isə Hüquqi Zəfərimizin rəmzi olacaq. Bu andan başlayaraq Ermənistandan müharibə təzminatının alınmasına və soydaşlarımızın Ən Böyük Qayıdışına hüquqi təminat olan Beynəlxalq Məhkəmə qərarlarının yolu açılacaq. Real olaq. İndiki geosiyasi reallıqlar və beynəlxalq düzən hələlik belə məhkəmə qərarlarının alınmasına imkan vermir. Bu gün "Arsax erməniləri"nin geri qaytarılmasını gündəmdən düşməyə qoymayanlar və Ermənistanı sülhə yox, silahlanmaya təşviq edənlər Beynəlxalq Məhkəmələrdə ədalətin təcəlli etməsinə hələlik imkan verməzlər. Lakin bu, indilik belədir. Dəyişəcəyi an mütləq gələcək. Yetər ki, Qərbi azərbaycanlıların Ən Böyük Qayıdışına inamımızı itirməyək".

Qasım Hacıyev: "Bu onların əbədi qayıdışı olacaq və bir daha deportasiya ilə üzləşməyəcəklər" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Prezidentin sözündə böyük həqiqət var: "Bu olduqca vacib bir bəyanatdır. Gerçəklikdir ki, erməni şovinistləri XX əsrdə üç dəfə soydaşlarımızı deportasiya etsə də, onlar sonradan heç nədən çəkinməyərək, tərəddüd etməyərək öz yurdlarına qayıdıblar. Ermənilər bizim torpaqlara sahiblənmək üçün xalqımızı deportasiya ediblər, amma onların sevincləri uzun sürməyib, müəyyən zaman keçəndən sonra soydaşlarımız Qərbi Azərbaycana qayıdıblar. Təbii ki, bu dəfə də belə olacaq. "Böyük Qayıdış"a böyük hazırlıq gedir və hamımız inanırıq ki, gün gələcək, dəfələrlə deportasiya olunan, qovulan Qərbi azərbaycanlılar öz yurdlarına dönəcək. Cənab Prezidentin də dediyi kimi, 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəlində isə üçüncü deportasiya baş verib. 1918-ci il mart qırğınları zamanı da, ondan sonra da ermənilər azərbaycanlılara qarşı soyqırmlar törətdilər, Qərbi Azərbaycan əhalisinin xeyli hissəsini qırdılar. Eyni zamanda həmin dövrdə Qərbi Azərbaycan ərazisindən Azərbaycan türklərini deportasiya etdilər. O deportasiyadan xeyli müddət keçdikdən sonra bu, Sovet hökuməti dövründə də davam etdi. Mərkəzi Komitə tərəfindən 1948-1953-cü il qərarı qəbul olundu, azərbaycanlıların Ermənistan adlanan respublikanın ərazisindən çıxarılması barədə bədnam qərarın əsasında onlar növbəti dəfə öz ata-baba yurdlarından, tarixi torpaqlarından deportasiya edildilər. Bununla da Azərbaycanda ağır şəraitdə yaşayan yerli əhalinin üzərinə ağır bir yük qoydular, həm də onların gətirilib onlara yad olan iqlim şəraitinə malik aran yerlərində yerləşdirilməsi də əhalinin müəyyən hissəsinin qırılmasına, məhv olmasına səbəb oldu. Hətta tədqiqatlar göstərir ki, 1948-1953-cü il deportasiyasından sonra onların ev-eşiklərinə, yurdlarına xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdi. Onların da çoxu qaçıb yenidən xaricə getdilər, onlara yad olan yerlərdə yaşaya bilmədilər, o yerlər yenidən boşaldı. Azərbaycanlıların yenidən öz yerlərinə qayıtması prosesi baş verdi. Qərbi azərbaycanlılar Azərbaycan Respublikası ərazisinə köçürülsələr də, onların əsas məqsədi öz yurdlarına qayıtmaq idi. Ona görə də, ilk fürsətdə geriyə döndülər. Azərbaycanlılar orada əsasən kənd təsərrüfatı ilə məşğul olurdular. Onlar deportasiya ediləndən sonra kənd təsərrüfatı tamamilə ifliuc olmuşdu. Çünki ermənilər kənd təsərrüfatı ilə, işlə-güclə məşğul olmurlar, onların əsas işi fırıldaqçılıqdır, onun-bunun hesabına yaşamaqdır. Zəhmətkeş azərbaycanlıların öz yurdlarına qayıdışına icazə veriləndən sonra ordan deportasiya edilənlərin cəmi 30 faizi ora qayıtdı. Çünki 20-30 faizi məhv olmuşdu, yerdə qalanlar isə bir daha qayıtmaq istəmədilər. Ona görə ki, ermənilərin xislətinə bələd idilər. Bilirdilər ki, nə zamansa yenə deportasiya edilə bilərlər. Ermənilərin xisləti heç zaman dəyişmir. Keçən əsrin 80-ci illərinin sonlarında ermənilərin Azərbaycan kəndlərinə hücumları başladı, talanlar, qırğınlar törətdilər, nəticədə Qərbi azərbaycanlılar növbəti dəfə deportasiya edildilər. İndiki Ermənistan ərazisindən sonuncu azərbaycanlılar 1991-ci ildə Nüvədi kəndindən çıxarıldılar.   Onlar uzun müddət dirəniş göstərsələr də sonda erməni şovinistləri nüvədililəri də çıxarmağa nail oldular. Ona qədər də, dediyim kimi, azərbaycanlılar Qərbi Azərbaycanın müxtəlif ərazilərindən qovulmuşdu". 

Q.Hacıyev qeyd etdi ki, Prezidentin də dediyi kimi, bir əsrdə soydaşlarımıza qarşı üç deportasiya dalğası baş verib və bir əsrdə üç dəfə ağır deportasiya edilməsi xalqımıza böyük zülmlər yaşadıb. Q.Hacıyev bildirdi ki, tarixi ədalətin tezliklə bərpa ediləcəyinə inanır: "Bu böyük haqızlığa yalnız onlar öz doğma torpaqlarına qayıtdıqdan sonra ədalətli şəkildə son qoyula bilər. Hesab edirəm ki, Prezident çox haqlıdır. Qərbi Azərbaycandan deportasiya edilən nəsillər, tayfalar, insanların davamçıları durur, gələnlərin əksəriyyəti yaşayır, onlar öz doğma ata-baba yurdlarına qayıtmağa hazırdırlar. Mənə elə gəlir ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı gerçəkləşəcək, Azərbaycan türkləri öz doğma torpaqlarına qayıdıb orda yerləşəcəklər. Bu onların əbədi qayıdışı olacaq və bir daha deportasiya ilə üzləşməyəcəklər"-deyə Q.Hacıyev bildirdi.

Professor Hacıyev bildirdi ki, Azərbaycan dövləti çox gücülüdür və dünyanın hər yerində yaşayan azərbaycanlılara sahib çıxır, onların arxasında dayanır. "Dövlətimizin dəstəyi ilə Qərbi azərbaycanlılar da öz əzəli yurdlarına qovuşacaqlar, o gün uzaqda deyil. Prezident tarixi bəyanat verdi və bu bəyanat da Qərbi azərbaycanlıların qarşısında böyük yollar açdı"-deyə Q.Hacıyev əlavə etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ