çərşənbə günü, 04 noyabr 2026
     

Qərb-Gürcüstan münasibətləri gərginləşir - arada əzilən Ermənistan olacaq...

Image


Qərblə Gürcüstan arasında vəziyyət sürətlə gərginləşməkdə davam edir. Artıq bu fonda Avropa İttifaqı Gürcüstanın inteqrasiya prosesini dayandırıb. Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib ki, bu, ölkədə genişmiqyaslı etirazlara baxmayaraq, Gürcüstan hakimiyyətinin "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etməsindən sonra baş verib. 

Qerçinskinin sözlərinə görə, Aİ 2024-cü il üçün Gürcüstan hökumətinə 30 milyon avronun ayrılmasını da dondurub: "Və bu, yalnız ilk addımdır, Gürcüstan hökumətinə başqa yardımlar da azalacaq və biz bu birbaşa yardımı vətəndaş cəmiyyətinə və mediaya yönəltməyə çalışacağıq".

"Xarici təsirin şəffaflığı haqqında" qanun və ya Gürcüstanda onun əleyhdarlarının "Rusiya qanunu" adlandırdığı sənəd xarici təsirin aparıcıları olan təşkilatların reyestrinin yaradılmasını nəzərdə tutur ki, burada illik büdcəsinin ən az 20 faizi xarici mənbələrdən maliyyələşən bütün QHT və KİV qeydiyyatdan keçməyə məcbur olacaq. Mayın sonunda Gürcüstan parlamenti prezidentin vetosunu aşaraq qanunu qəbul edib, iyunun 3-də isə sənədi parlamentin spikeri Şalva Papuaşvili imzalayıb. Qanunun müzakirəsi və qəbulu Tiflisdə kütləvi etiraz aksiyaları ilə müşayiət olunub. ABŞ qanunun qəbulunda iştirak edənlərə qarşı viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb. Viza məhdudiyyətlərinin ilk siyahısına hakim "Gürcü arzusu" partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və Gürcüstanın sadə vətəndaşları daxildir. Məhdudiyyətlər təkcə deputatlara və məmurlara deyil, onların ailə üzvlərinə də tətbiq olunur. Qeyd edək ki, ABŞ Konqresi qanunu gürcü xalqının hüquq və azadlıqlarını pozan başqa təşəbbüsləri geri götürməyəcəyi halda Gürcüstana sanksiyalar tətbiq edəcəyini bildirmişdi. Ştatlar bu ölkəyə münasibəti fundamental olaraq dəyişəcəyini gizlətməmişdi. "Gürcü Arzusu" partiyasının deputatı Beka Davituliyani bildirir ki, böyük genişlənmə dalğası reallaşdıqda, Gürcüstan mütləq onun bir hissəsinə çevriləcək: "Gürcüstan böyük genişlənmə dalğasının bir hissəsi olacaq. Təəssüf ki, hazırda heç bir böyük genişlənmə dalğası planlaşdırılmır. O dalğa reallaşanda Gürcüstan mütləq onun bir parçası olacaq, dünya siyasətində çox şeylər baş verir və bütün bunlardan sonra uyğunlaşma aydınlaşacaq. Ümid edirəm ki, zamanla bunu başa düşəcəklər və müvəqqəti ehtiraslardan, emosiyalardan qaçıb praqmatik düşünəcəklər. Dəhşətli heç nə yoxdur, müvəqqəti olaraq dayanacağıq və gələn ildən davam edəcəyik". Gürcüstanın Aİ tərəfindən hərbi maliyyələşdirməsinin dayandırılmasına gəlincə, Davituliyani söyləyib ki, bu qərar təkcə ölkəsinə yox, həm də Qərbin maraqlarına ziyan vurur: "Son bir neçə ildə Gürcüstan eyni vaxtda öz maraqlarını qorumağa və Aİ-yə doğru irəliləməyə çalışır. Təəssüf ki, bəziləri bunun qarşısını almağa cəhd edir və Gürcüstanın öz maraqlarını qorumasını geri itələyir, Qərb institutları ilə münasibətlərin dərinləşməsinə mane olur. Bizim öz yolumuz var. İndi müdafiə büdcəsini kəsib, qəbul edilmiş qanunu bəhanə edərək həmin vəsaiti mülki sektora yönəltmək istəyirlər. Amma bu, qərarımızı dəyişməyəcək. Kimsə bunun yalnız Gürcüstan hökumətinə ziyan vurduğunu düşünürsə, yanılır. Bu, təkcə Gürcüstan hökumətinə yox, həm də Qərbin maraqlarına ziyan vurur. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır. Əminəm ki, gec-tez bunu anlayacaqlar". Bir müddət öncə Gürcüstan parlamentin sədri Şalva Papuaşvili Qərbin sərt davranışı ilə bağlı belə münasibət bildirib: "Çox təəssüf ki, bu gün nə ABŞ, nə də bəzi Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəyir". Beləliklə, proseslərin gedişi Qərb və Gürcüstan arasında münasibətlərin gərginləşən xətt üzrə inkişaf etdiyini göstərir. Bundan narahat olanlardan biri isə Ermənistandır.

Ermənistanda hesab olunur ki, hadisələrin indiki inkişaf axarında Qərbin İrəvana dəstəyi çətin hala  gələcək. Polşalı politoloq Voytsex Quretski bunun səbəblərini belə izah edir: "Əgər Gürcüstan Qərbdən ayrılsa və ya başqa istiqamətdə getməyə başlasa, Qərbin Ermənistanı dəstəkləməsi çox çətin olacaq". Onun sözlərinə görə, belə dəyişikliklər Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracaq.
 Ekspert qeyd edib ki, hətta indiki zamanda Gürcüstan vasitəsilə bu əlaqəni saxlamaq o qədər də asan deyil: "Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, Ermənistana dəstək problemi çox mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki baxımdan bunu etmək çox çətin olacaq".  Quretski vurğulayıb ki, Gürcüstanda bu cür dəyişikliklər Qərbdən silah tədarükünə mənfi təsir göstərə bilər. O əlavə edib ki, Gürcüstanda baş verən proseslər nəticədə Ermənistana Qərb silahlarının verilməsini çətinləşdirəcək. Gürcüstan məsələləri üzrə erməni ekspert Conni Melikyan da vəziyyətin çətinləşdiyini bildirir: "Mən dərin proseslər görmürəm, bəli, deyə bilərik ki, bəzi sanksiyalar Aİ tərəfindən Gürcüstana tətbiq olunacaq və artıq tətbiq edilir". Onun sözlərinə görə, Gürcüstanın Müdafiə Nazirliyinə 30 milyonluq yardım dondurulub, ABŞ tərəfindən hərbi təlimlər dayandırılıb, rəsmilərə qarşı ABŞ bəzi viza sanksiyaları tətbiq edib, Aİ  bundan sonra da daha bir neçə addım atacaq: "Amma burada məsələ ondadır ki, bu gün anlaşma var. Bütün partiyalar başa düşürlər ki, oktyabrda Gürcüstanda seçkilər keçiriləcək və daha kəskin addımlar atmayacaqlar. Payızda Gürcüstanda keçiriləcək seçkilərin nəticələrindən çox şey asılıdır. Bütün bu proseslər Ermənistan üçün çox önəmlidir və aydındır ki, istər mənfi, istərsə də müsbət təsir bütün regionda vəziyyəti ciddi şəkildə dəyişə bilər". 

İstənilən halda, Gürcüstanın Qərblə əlaqələri artıq çat verib və bu, regionda Ermənistana da təsir edəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ