Cümə günü, 04 sentyabr 2026
     

İsrailin savaşı enerji bazarında Qərbi çətinə saldı - Azərbaycana ehtiyac artır...

Image


Yaxın Şərqdə kəskinləşən müharibə fonunda İranın da savaşa girmə ehtimalı artır. Məsələ burasındadır ki, İsrail ordusu Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatı mərhələli şəkildə genişləndirir. İsrail ordusunun nümayəndəsi Daniel Haqari bu fonda qeyd edir:

“Məqsədlərimizə çatmaq üçün planlara uyğun olaraq əməliyyatı mərhələli şəkildə genişləndirməyə davam edirik”.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini İbrahim Əzizi isə qeyd edir ki, Tehran üçün İsrailin Qəzza zolağında quru əməliyyatı qırmızı xətt olacaq: “İsrail Qəzzanın işğalının qırmızı xətt olduğunu, Fələstinin də onlardan bu kobud səhvi gözlədiyini dərk etməlidir. Əgər İsrail rejimi belə bir addım atsa və Qəzza zolağına raket hücumlarını dayandırmasa, indiki kimi ona qarşı təkcə bir deyil, bir neçə hərbi əməliyyat cəbhəsinin yarandığını gözləməli olacaq”. Onun sözlərinə görə, Fələstin müqavimət cəbhəsinin, demək olar ki, sərhədləri yoxdur və İsrail onunla harada qarşılaşsa, mütləq hücuma məruz qalacaq.  İran prezidenti İbrahim Rəisi isə bildirir ki, İsrail hər kəsi hərəkətə keçməyə məcbur edə biləcək qırmızı xətləri keçib. Rəisi qeyd edib ki, Vaşinqton Tehrandan heç bir addım atmamağı xahiş edir, ancaq İsrailə hərtərəfli dəstək göstərməyə davam edir. İran ABŞ ordusunun İsrail tərəfdən müharibədə iştirak etdiyini də iddia edir. İran parlamentinin Hüquq Məsələləri Komissiyasının üzvü Həsən Novruzi “Didban-e İran” saytına müsahibəsində qeyd edir: “Vəziyyət kritikdirsə və bizdən istəsələr, İsraillə müharibədə “müqavimət qüvvələrini” dəstəkləyəcəyik. Amerika birbaşa müharibəyə girsə, Hörmüz boğazını bağlayacağıq”. Yeri gəlmişkən qeyd edək ki, Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi ilə əlaqədar enerji böhranı keçirən Avropa İttifaqına (Aİ) daxil olan dövlətlər Yaxın Şərqdə baş verən silahlı toqquşmadan sonra daha çox təşvişə düşüblər. Quruma üzv dövlətlərin əsas qorxusu İrandır. Onlar hesab edirlər ki, İsrail-Fələstin münaqişəsinə qoşulan İran Hörmüz boğazını bağlaya və neft tankerlərinin boğazdan keçməsinə icazə verməyə bilər. Hesab olunur ki, dünya bazarının 20 faizdən çoxu Yaxın Şərq ölkələrində hasil edilən neftlə təmin olunur. Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlara görə Avropa İttifaqı bu ölkədən neft və qaz almaqdan imtina edib. Qış aylarının yaxınlaşması Aİ-yə üzv ölkələri daha dərindən düşünməyə vadar edib. “Reuters” agentliyi vurğulayıb ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun iştirakı ilə üzv dövlətlərin enerji nazirlərinin geniş tərkibdə iclası keçirilib. İclasda qeyd edilib ki, Yaxın Şərqdəki münaqişə genişlənib region dövlətlərinin müharibəsinə çevrilsə, o zaman dünya bazarında neft qıtlığı yaranacaq və bazarın tələb-təklif prinsipinə uyğun olaraq qiymət kəskin surətdə artacaq. Maliyyə baxımından o qədər də problem yaşamayan Aİ üçün qiymət artımı böyük bəla sayıla bilməz. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya bazarında neft qıtlığı yaranacağı təqdirdə, Aİ Rusiyadan yenidən neft almaq məcburiyyətində qalacaq.

İclasda iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib ki, əgər Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul olunmaq üçün müzakirəyə çıxarsa, rəsmi Budapeşt veto hüququndan yararlanacaq. Onun sözlərinə görə, sanksiyalar Macarıstanın milli iqtisadiyyatına onsuz da çox mənfi təsir göstərir. Əlavə sanksiyalar isə enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb olacaq ki, dövlət bu yükü daşıya bilməz. Göründüyü kimi, Aİ hazırda təkcə enerji böhranına deyil, siyasi böhrana da qədəm qoymaq ərəfəsindədir. Bəzi Avropa dövlətlərinin destruktiv mövqeyini nəzərə almasaq və məsələyə geosiyasi baxımdan yanaşsaq, Azərbaycanın Avropa üçün siyasi və iqtisadi əhəmiyyətinin artdığını görərik. Belə ki, Azərbaycan Avropaya neft və qaz satışını artırır. Bu, indiki halda Avropa üçün çox mühümdür. Azərbaycan 2025-ci ildən başlayaraq Avropaya ildə 20 milyard kubmetr qaz ixrac edəcək və bu son deyil. 2027-ci ildə isə ixrac həcminin daha da artacağı gözlənilir. Neftlə bağlı da Azərbaycan Avropa üçün böyük önəm kəsb edir. Yaxın Şərqdə müharibənin genişlənməsinin ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanından və Körfəz bölgəsindəki digər əsas istehsalçılardan nəqliyyata təsir edə biləcəyi düşünülür. Ekspertlər qlobal neft hasilatının 20 faizinin keçdiyi Hörmüz boğazı üzərindən ticarət kəsiləcəyi ehtimalı qarşısında qiymətlərin 20 faiz arta biləcəyini bildirirlər. Həmçinin Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər davam etdirəcəkləri tədarük kəsimlərinin qlobal bazarları daraldacağını və qiymətlərin yüksəlməsinə səbəb olacağını da qeyd edirlər. Bu halda Azərbaycan nefti Avropa üçün daah böyük önəm kəsb edəcək. Yaxın Şərqdə isə vəziyyət gərginləşir. Rəsmi Təl-Əviv HƏMAS tam məğlub olmayana və ya təslim olmayana qədər dayanmaq niyyətində olmadığını bildirib. Bu isə təkcə HƏMAS-la yox, ona dəstək verən digər qüvvələr, yəni  Livanda “Hizbullah”, Suriyada İrana bağlı qruplaşmalarla, sonda da İranla qarşıdurma deməkdir. Buraya İsrailin Qəzzadakı fələstinliləri Sina yarımadasına köçürmək cəhdinə qarşı çıxan Misir, İordaniya kimi dövlətləri də əlavə etsək, o zaman vəziyyətin daha kəskin xarakter alacağını deyə bilərik. Çünki belə olacağı halda İsrail də öz ətrafında beynəlxalq koalisiyanın yaranmasına nail ola bilər. Bütün bunlar enerji bazarında qiymətləri fantastik həddə artırmaq iqtidarındadır.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:19
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - MEDİA bəyanat yaydı....

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

03.09.2026 / 15:15
Azərbaycana gələn turistlərin coğrafiyası əsaslı dəyişilir - sektorun iç problemləri isə qalır...

03.09.2026 / 15:08
Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

03.09.2026 / 14:52
Paşinyan Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatının baş tutduğunu açıqladı

03.09.2026 / 14:47
Vətən üçün yaşayanlar unudulmur...

03.09.2026 / 14:42
Valeh leriklilərin qürur yeridir...

03.09.2026 / 14:40
Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi

03.09.2026 / 14:36
Tramp İranla "əbədi müharibə"yə başladı - onlarla münaqişəni bitirməyə çalışmayacağam...

03.09.2026 / 14:20
Yol polisi "Diqqət, uşaqlar!" devizi altında təhlükəsizlik aylığı keçirəcək

03.09.2026 / 14:17
Putin Ukrayna ilə sülh danışıqları üçün şansın olduğunu bildirir...

03.09.2026 / 13:52
Paşinyan 102-ci bazanın Ermənistandan çıxarılmasından danışdı - Rusiya qərar versə, etiraz etməyəcəyik…

03.09.2026 / 13:28
ABŞ-İran müharibəsi uzunmüddətli münaqişəyə çevrilir - Vaşinqtonun İran adalarını ələ keçirmək üçün yerüstü əməliyyat planı ortaya çıxdı…

03.09.2026 / 13:11
Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək? - Rusiya XİN-dən açıqlama…

03.09.2026 / 12:50
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il iş verildi

03.09.2026 / 12:38
ABŞ məhkəməsi Trampın "doğum turizmi"ni qadağan edən fərmanını dayandırdı...

03.09.2026 / 12:21
Mərkəzi Bank “İşgüzar Kredit İttifaqı”nın lisenziyasını ləğv etdi

03.09.2026 / 12:08
"Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır" - UN-Habitat-ın regional direktoru

03.09.2026 / 11:56
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlandı....

03.09.2026 / 11:44
Zelenskinin xəbərdarlıqlarından sonra Moskva aeroportları ikinci gecə də uçuşları dayandırdı

03.09.2026 / 11:35
Azərbaycan Ermənistana 989 ton dizel göndərdi...

03.09.2026 / 11:22
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi - FOTO

03.09.2026 / 11:17
Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

03.09.2026 / 10:45
Üç yaşlı uşağın qopmuş əli 8 saatlıq mikrocərrahi əməliyyatla bərpa edildi

03.09.2026 / 10:31
"Mina təhlükəsi heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər böyük bir çağırışdır" - Elçin Əmirbəyov

03.09.2026 / 10:25
AKİ-də nə baş verir? - “İttifaqa girməyə icazə verilmir”

03.09.2026 / 10:12
Azərbaycan neftinin qiyməti 101 dolları keçdi

03.09.2026 / 10:04
Tramp müharibənin sonuna yaxın Putinlə görüşmək istəyir…

03.09.2026 / 09:48
Lavrov Avrokomissiya prezidentini “fürer” adlandırdı…

03.09.2026 / 09:22
Sabunçuda avtomobildən 78 min manat apardılar...

03.09.2026 / 09:05
Ərdoğan Putini Türkiyəyə dəvət etdi…

03.09.2026 / 08:49
İran Küveytə hücum edib - raket və PUA-ları vurmağa çalışırıq...

02.09.2026 / 23:01
Tramp Hörmüz boğazına da sahibləndi - adını Tramp Strayt qoymalıyıq...

02.09.2026 / 22:09
Rusiya Almaniyanı təhdid etdi - birbaşa hücuma "layiqdirlər"...

02.09.2026 / 21:55
Tramp Avropada ifrat sağçıların hakimiyyətə gəlişinə 4 milyon dollar ayırdı...

02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var - neftin qiyməti və... Sanksiyalar iflas etdi...

02.09.2026 / 21:26
"Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir" - Vüqar Rəhimzadə

02.09.2026 / 21:23
Moskva ilə Berlin arasında gərginlik artır – alman diplomat Rusiya XİN-ə çağırılıb sərt xəbərdarlıq edildi...

02.09.2026 / 21:10
Şanxay zirvəsi İrana hərbi zərbələri qətiyyətlə ittiham etdi...

02.09.2026 / 20:53
Azərbaycan hələ uzun illər bloklara qoşulmayacaq - Bişkekdən Prezidentin dəqiq mesajı...

02.09.2026 / 20:40
Sosial mediada özünü “həkim-diyetoloq” kimi təqdim edənlərin “arıqlama çayı“ saxtakarlığı - Bu məhsullara diqqət edin... VİDEO

02.09.2026 / 20:33
Azərbaycan-Ermənistan ticarətinin nomenklaturası Bişkekdə ŞƏT sammitində müzakirə olundu...

02.09.2026 / 20:18
Bakıda görünməmiş anomaliya - Bağça uşağının qanında narkotik hamını çaşdırıb...

02.09.2026 / 20:03
Əliyevlə Paşinyan Komunikasiyalarla bağlı yeni razılığa gəldilər...

02.09.2026 / 19:40
Kremldən erməni gənclərinə maraqlı mesaj var - Paşinyanla yox, Rusiya gəncləri ilə bir olun...

02.09.2026 / 19:23
Azərbaycanın BMT-yə heç bir "siyasi borcu" yoxdur - əsaslı bəyanat Quttereşin gözü qarşısında səsləndi...

02.09.2026 / 19:08
Bişkek zirvəsi BMT-yə özünüxilas resepti verdi - reseptin müəllifi İlham Əliyevdir...

02.09.2026 / 18:48
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır...

02.09.2026 / 18:41
Niderland Səfirliyi Azərbaycana təşəkkür etdi

02.09.2026 / 18:37
Mehriban Əliyevanın təşəbbüsü region səhiyyəsindəki xeyli köhnə problemləri də həll edəcək...

02.09.2026 / 18:20
Avtobuslara qət edilən məsafəyə görə ödəniş ediləcək - sərnişindaşımada YENİLİK...

02.09.2026 / 18:06
Zelenskinin təhdidləri Moskvanı ayağa qaldırdı - hər hansı bir mülki təyyarə vurulsa...

02.09.2026 / 17:50
Sosial şəbəkələrdə gəlir imkanları artır: Emin Abdullayev TikTok fəaliyyətinin yeni imkanlarından danışır

02.09.2026 / 17:40
Ukrayna Rusiyanın hava nəqliyyatını çökdürür - Zelenski təhdid etdi, Moskva aeroportlarında 80 reys ləğv edildi...

02.09.2026 / 17:25
Hörmüzdən keçməyə çalışan iki tanker partladıldı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ