Bazar günü günü, 08 noyabr 2026
     

Ermənilər Qarabağa, azərbaycanlılar Ermənistana eyni vaxtda qayıtmalıdır...

Image


Qarabağda yaşayan ermənilərin İrəvana köçünü təşkil edən qüvvələr indi də onları yenidən Azərbaycana qaytarmağa çalışırlar. Bizim əraziləri könüllü şəkildə tərk etdiklərini dəfələrlə etiraf edən ermənilər indi İrəvanda tamamilə başqa bir mövqe tutublar. Guya onları Azərbaycan torpaqlarından zorla çıxarıblar.

Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan könüllü köçüb gedən ermənilərə “qaçqın” stusu verilməsi haqda qanun imzalayır. O da məlumdur ki, onlara nə qaçqın, nə də məcburi köçkün statusu düşür. Əvvəla, onlar  Azərbaycanın Qarabağ bölgəsini öz xoşlarına tərk ediblər, ikincisi də, onların bu statusu almasının heç bir hüquqi əsası yoxdur. Amma Ermənistan və onun havadarları beynəlxalq hüququn təlqin etdiyi məqamları tapdalayırlar. Necə ki, illər əvvəl torpaqlarımızı işğal edib xaricdən, ordan-burdan erməni ailələrini şirnikləndirici təkliflərlə qanunsuz şəkildə bizim torpaqlara yerləşdirmişdilər, indi yenə o qanunsuz əmmələri davam etdirmək istəyirlər. 100 min erməni iddiasında olanlar heç olmasa onların yalanlarını ifşa edən faktlara bir diqqət yetirəydilər. Çünki onlar vaxtilə qanunsuz məskunlaşdırma siyasəti nəticəsində ora xeyli erməni ailəsi gətirmişdi, sonradan o ailələr köçüb getdilər, çünki Qarabağ onların torpağı deyildi. Hazırda Fransa başda olmaqla ermənipərəst güclər Qarabağdan könüllü getmiş erməniləri geri qaytarmaq üçün gecə-gündüz çalışırlar. Paşinyan hökuməti də dərindən-qabıqdan çıxır ki, onları geri qaytarsın. Qarabağdan getmiş şəxslərin geri qayıtması məsələsini qabardanlar nədənsə vaxtilə Qərbi Azərbaycandan zorla deportasiya edilən soydaşlarımızın geriqayıdış haqqını dilə gətirmirlər. Təbii, əgər ermənilərin Qarabağa qayıtmaq məsələsini vacib buyururlarsa, onda  Qərbi Azərbaycandan olan soydaşlarımızın da öz torpaqlarına qayıtmaq hüququ barədə danşmalıdırlar, onların da geri qayıtmaq haqqını tanımaldırlar. Heç şübhəsiz, ermənilər Qarabağa, azərbaycanlılar Ermənistana eyni vaxtda qayıtmalıdırlar, proses eyni vaxtda getməlidir. Yəni burada başqa variant yoxdur.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın Qafqazda söz sahibinə çevrilmək üçün göstərdiyi bütün cəhdlərə, istifadə etməyə çalışdığı bütün bəhanələrə baxmayaraq, atılan addımlar uğursuzlağa məhkumdur. “Bu əsasən iki məsələdən qaynaqlanır. Birincisi, Fransa regiondakı güclər nisbətini, yaranmış yeni geosiyasi şəraiti ya düzgün şəkildə hesablamır, ya da qəbul etmək istəmir. İkincisi, Fransa hansısa əhalinin hansısa əraziyə qaytarılması ilə bağlı dünyada söz deyə biləcək ən son ölkələrdən biridir. Əgər əhalinin, yaxud həmin əhali ilə bağlı “vurulmuş ziyanın” təzminatının ödənilməsi lazımdırsa, bunu ilk növbədə Fransa etməlidir. Fransa nəinki Afrika qitəsinin ayrı-ayrı ərazilərində müstəmləkəçilik dövründə əhalini bir ərazidən digər əraziyə köçürüb, ümumiyyətlə bir çox ölkələrdə yerli əhalini kökündən məhv edib, soyqırıma məruz qoyub. Yaxşı olar ki, Fransa əvvəlcə həmin ölkələrə vurduğu ziyanın, eyni zamanda əhaliyə qarşı o ölkələrdə yürütdüyü diskriminasiya, etnik təmizləmə siyasətinin kompensasiyasını ödəsin, Afrika ölkələrindən taladıqlarını, oğurladıqlarını qaytarsın, sonra hansısa bir qrup erməninin Azərbaycan ərazilərinə qayıtmasından bəhs etsin. Bir əhalinin hansısa əraziyə köçməsi, əraziyə yerləşməsi məsələsi Azərbaycanla Ermənistan, o cümlədən Azərbaycan dövləti ilə onun erməni vətəndaşları arasında həll ediləcək məsələdir. Açıq şəkildə qeyd etmək lazımdır ki, əvvəlcə azərbaycanlıların indi Ermənistan adlandırılan tarixi Qərbi Azərbaycan torpağına qayıtması təmin edilməlidir. Çünki onların deportasiyası, zor gücünə hazırda Ermənistan adlanan ərazilərdən təmizlənməsi daha əvvəl həyata keçirilib. Bununla bağlı hər hansı bir təzminat ödənilməlidirsə, əvvəlcə Ermənistan bu təzminatın ödənilməsinə başlamalıdır. Çünki onlar 35 ildir ki, öz doğma dədə-baba yurdlarından ayrı düşüblər. Bu problem həll olunduqdan və azərbaycanlıların pozulmuş hüquqları bərpa edildikdən, onlara dəymiş ziyan Ermənistan dövləti tərəfindən ödənildikdən, onların orada mənzil, daşınmaz əmlak hüquqları təmin edildikdən sonra Ermənistanın ermənilərlə bağlı hansısa tələblərinə baxmaq mümkündür. Necə ola bilər ki, tarixi Qərbi Azərbaycan torpaqlarının (indiki Ermənistan) aborigen sakinlərinin, azərbaycanlı soydaşlarımızın hüquqları pozulsun, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalsınlar, illər boyu Azərbaycan dövləti Qərbi Azərbaycandan olan soydaşlarımızın yaşaması, fəaliyyət göstərməsi üçün vəsait xərcləsin, amma Ermənistan onlara vurmuş olduğu ziyanın təzminatını ödəməsin, bununla bağlı məsələlər Fransa kimi dövlətlər tərəfindən diqqət mərkəzinə gətirilməsin, Azərbaycandan isə hansısa ermənilərin qayıdışı ilə bağlı nələrsə tələb olunsun”-deyə E.Kəlbizadə qeyd etdi.

Azərbaycan dövlətinin Qarabağ iqtisadi zonasında vaxtilə məskunlaşmış erməni əhalisinin o ərazidən zor gücünə köçürülməsi prosesini təşkil etmədiyini, ermənilərin o əraziləri könüllü tərk etdiyini deyən E.Kəlbizadənin sözlərinə görə, gedərkən verdikləri müsahibələrdən aydın görsənir ki, onları bu ərazilərdən köçməyə Ermənistan dövləti, Ermənistanın təsiri altında olan siyasi terror təşkilatları məcbur ediblər, bir qismi də özləri köçərək gediblər. “Yəni bu onların fərdi seçimləridir, insanların yaşamaq, bir ölkənin ərazisini tərk edərək digər ölkənin ərazisində məskunlaşmaq hüquqları var. Bu baxımdan, Azərbaycanın əlində kifayət qədər böyük faktlar mövcuddur. Təsadüfi deyil ki, Qarabağı tərk edən ermənilərin çoxu bunu həm də bir fürsət kimi dəyərləndiriblər. Ermənilər, guya Azərbaycan tərəfindən hansısa “ayrıseçkiliyə məruz qaldıqlarını” iddia etməklə, əslində Qərbi Avropa, Qərb  ölkələrində sığınacaq almaq hüquqlarının yaranmasına çalışırdılar. Bu, ənənəvi erməni hiyləgərliyinin bir hissəsidir. Bu baxımdan təbii ki, əhalinin qayıtması prosesi müzakirə olunursa, ilk növbədə bizim Qərbi Azərbaycandan olan soydaşlarımız öz doğma yurdlarına, el-oblarına qayıtmalıdırlar, onların daşınmaz əmlak hüquqları təmin olunmalıdır. Vaxtilə ermənilər, Ermənistan tərəfindən qanunsuz şəkildə mənimsənilən mülkiyyətləri özlərinə qaytarılmalıdır. Bütün bunlardan sonra hansısa məsələlər müzakirə oluna bilər” - deyə E.Kəlbizadə qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ