Bazar günü günü, 08 noyabr 2026
     

Hindistanla Fransa Qafqazda vəziyyəti birlikdə qarışdırmağa başladı...

Image


Bu gün Cənubi Qafqazda destabil durumun yaranmasında maraqlı olan ölkələrdən biri qismində, Fransa ilə yanaşı, Hindistanın çıxış etdiyi müşahidə olunur. Hər halda Hindistanın fəal şəkildə Ermənistanı silahlandırması da bunun təsdiqidir.

“The Economic Times” nəşri yenidən bu məsələyə qayıdaraq yazır ki, Hindistan ötən il ilk silah partiyasını uğurla tədarük etdikdən sonra Qafqazdakı strateji müttəfiqi Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi düşünür.

Qeyd olunur ki, bu yaxınlarda Ermənistanın yüksək rütbəli rəsmisi bu məsələni müzakirə etmək üçün Nyu-Dehliyə səfər edib: “Hindistan Ermənistanın tələblərinə cavab verə biləcək etibarlı silah tədarükçüsü kimi özünü təsdiqləyib. Yeni tədarüklərin təfərrüatları açıqlanmasa da, erməni müşahidəçilər yeni partiyada Pakistan və Türkiyənin dəstəyi ilə Azərbaycanla davam edən münaqişədə Ermənistanın imkanlarını gücləndirməyə yönəlmiş avadanlıqların ola biləcəyinə inanırlar. Hindistanın Ermənistana əvvəlki göndərişinə “Pinaka” Yaylım Atəşli Reaktiv Sistemləri, tank əleyhinə stansiyalar, raketlər və döyüş sursatları daxil idi. Silahın İran ərazisindən tədarük edildiyi bildirilir. Təchizatlar Azərbaycanda narazılıq yaradıb. “Pinaka” sistemi Ermənistan üçün xüsusilə Azərbaycanın pilotsuz uçuş aparatlarindan istifadəsinə münasibətdə vacibdir, çünki “atdım-unutdum” qabiliyyəti ona zenit atəşindən yayınmağa imkan verir. Sistemin iqtisadi cəhətdən səmərəliliyi və istifadə asanlığı, onun Rusiya istehsalı olan “Qrad” sisteminə bənzədiyini nəzərə alsaq, onu Ermənistan üçün ideal edir. Ermənistana təhvil verilən yeni silahlar hazırda Ermənistan hərbi qulluqçuları tərəfindən sınaqdan keçirilir və Ermənistan hakimiyyətinin fikrincə, nəticələr çox qənaətbəxşdir”. Əlbəttə, Hindistanın Ermənistana tədarük etdiyi silahlar hər nə qədər təriflənsə də, onların texniki parametrləri analoqları ilə müqayisədə geri qalır.  Yəni, bu silahlar Ermənistana hansısa üstünlük qazandırmayacaq. Qafqaz İnstitutunun rəhbəri, erməni politiloq Aleksandr İsgəndəryanın qənaətincə, Rusiyanın Ermənistana silah satışını dayandırması İrəvanı başqa mənbələr axtarmağa vadar edib: “Rusiyanın Ermənistana silah tədarükü 2020-ci il müharibəsindən sonra azalıb, Ukraynada baş verən müharibədən sonra isə tamamilə dayanıb. İndi də İrəvan ümid edir ki, Fransa və Hindistanın köməyi ilə bu boşluğu dolduracaq. Qarabağ müharibəsi başa çatdıqdan sonra təhlükəsizlik məsələsi aktuallaşıb”. Politoloq etiraf edib ki, Moskva-İrəvan münasibətləri böhran səviyyəsindədir.

Qeyd edək ki, 2022-ci ildə Ermənistan tək Hindistandan ümumilikdə 244,7 milyon dollar dəyərində silah və sursat alıb. Rusiya Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov Hindistan silahlarının analoqlarından geri qaldığını təsdiq edir. O, həmçinin fransız silahlarının çox bahalı və kaprizli silahlar sırasında olduğunu vurğulayıb. Puxov hesab edir ki, İrəvan üçün dünyanın müxtəlif yerlərində alınan silahları vahid təhlükəsizlik sistemində birləşdirmək kifayət qədər çətin olacaq: “Məsələn, Ukrayna bu vəzifənin öhdəsindən yalnız tükənməz maliyyə və hərbi dəstək sayəsində nail olur. Məsələn, Kiyev sadəcə olaraq qırıq nümunələri təmir etməyə çalışmadan zibil qutusuna atır”. Xatırladaq ki, bu ilin mayında Hindistanın yeni səfiri Sridxaran Madhusudhananın etimadnaməsini qəbul edən İlham Əliyev onun diqqətinə çatdırıb ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən dövlət başçısı qeyd edib: “Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?” Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. Bundan əlavə prezident İlham Əliyev bu məsələdə Hindistana açıq xəbərdarlıq edib: “Bizim əlimizdə olan videokadrlarda görünür ki, Hindistan aşkar şəkildə faktiki olaraq Ermənistanı silah və hərbi texnika ilə təmin etməyə başlayıb. Hərçənd Bakı bütün kanallar vasitəsilə Yeni-Dehlini erməni ordusunun yenidən silahlandırılması və Ermənistanın hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyalarının yaradılması ilə bağlı xəbərdar edirdi”. Maraqlısı odur ki, Hindistan gur səslə beynəlxalq hüquqdan danışır, lakin Cənubi Qafqazda açıq-aşkar hərbi münaqişənin qızışdırılması və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik siyasətini dəstəkləyir. Eyni zamanda, o, bütün bunların Bandunq konfransının və Hindistanın da üzvü olduğu Qoşulmama Hərəkatının prinsiplərinə zidd olduğunu da nəzərə almır. Ermənistanın isə öz cəbbəxanasını artırmaq üçün yeni mənbə tapması faktı ötən ilin payızında məlum olub. Hindistanın “India Narrative” qəzeti İrəvan və Delhinin təkcə ermənilərin Hindistan texnikası və silahları alması deyil, həm də Ermənistanda silah istehsalı üçün birgə bazaların yaradılmasını nəzərdə tutan müdafiə əməkdaşlığını dərinləşdirmək planları haqda da yazıb. Ermənistan və onun müttəfiqləri artıq açıq şəkildə nümayiş etdirirlər ki, onların hərbi sövdələşmələri regionda vəziyyəti gərginləşdirməyə və yeni müharibəyə yönəlib.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ