Bazar günü günü, 08 noyabr 2026
     

Zəngəzur dəhlizini Paşinyanın öz yeni təşkilatı qoruyacaq - əgər açılsa....

Image


Yaxın vaxtlarda Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq ki, onun funksiyası Ermənistan ərazisindən keçən beynəlxalq rabitə, yük, nəqliyyat vasitələri və insanların təhlükəsizliyini təmin etmək olacaq. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən “İpək Yolu” beynəlxalq konfransı zamanı deyib.

Onun sözlərinə görə, bölmə patrul polisi ilə birgə fəaliyyət göstərəcək. 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsasən Ermənistandan keçən yolun – Zəngəzur dəhlizinin – təhlükəsizliyini Rusiya FTX-nin Sərhəd Xidməti təmin etməli idi.

Belə çıxır ki, Paşinyan 10 noyabr sənədindəki bir bənddən imtina edir?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 10 noyabr 2020 - ci ildən bu günə artıq 3 il müddət keçib və bu müddətdə çox böyük dəyişikliklər baş verib: “Xüsusilə 2023 - cü il sentyabrın 20-də yeni bir reallıq yarandı. Azərbaycan öz ərazilərində tam süverenliyi təmin etdi, ərazimizdə olan silahlı revanşist qüvvələr tərksilah edildi və onun nəticəsi olaraq da xunta və separatçı  rejim özünü buraxdı. Azərbaycanlılara zülm edən, Xocalıda baş verən qətliamda əlləri olan ermənilər qısa müddət ərzində xunta rejiminin tapşırığı ilə Azərbaycan ərazilərini tərk etdilər. Bu gün Qarabağ iqtisadi zonasında az miqdarda erməni qalıb, onlar da Azərbaycan bayrağı altından keçib, Azərbaycan Konstitusiyasını qəbul edib və bizim ərazimizdə, bizim qanunlarla yaşamağa hazır olduqlarını bildiriblər. 2020 - ci ildə də Ermənistanı, həmin xunta rejimini məhv olmaqdan qurtaran Rusiya oldu. Rusiyanın təkidli tələbi ilə biz Xankəndiyə girsək də, şəhərlərimizin, kəndlərimizin dağılmaması üçün müharibəni dayandırdıq. Bəyanatın imzalanmasına razı olduq və bəyanatda göstərilən bəndlərin də hamısını yerinə yetirdik. 4 - cü bəndlə 9 - cu bənd qalmışdı. 4 - cü bənddə də göstərildi ki, Azərbaycanda olan erməni silahlı qüvvələri çıxarılsın. Bunu Rusiya etməli idi, amma etmədi. Sentyabr ayının 19 və 20 - si bir günlük antiterror əməliyyatı ilə bunu da biz yerinə yetirdik. İndi qalır 9 - cu bənd. Yəni Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirən yolun Ermənistan ərazisində açılması. Bu da həmin bənddə göstərilir. Göstərilir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti həmin yola nəzarət edəcək. Ancaq həmin dövrdən sonra Ermənistan siyasətində baş verən dəyişikliklər, Qərbin Ermənistana təsiri, Amerikanın apardığı siyasət açıq şəkildə göstərir ki, Ermənistan və onların siyasi rəhbərliyi Rusiyadan birmənalı olaraq qopmağa çalışır və bu yöndə də ciddi addımlar atırlar. Artıq bütün bu olanları, ermənilərin Qarabağdan çıxarılmasını, hər birini Rusiyanın üzərinə atmağa çalışır. Rusiyanı onların təhlükəsizliyinə təminat verə bilməməkdə ittiham edir. Ona görə də, özünə yeni arxa- dayaq axtarır. Düşünür ki, Fransa bu dayaqlardan biri ola bilər. Fransa da Rusiyanın yerinə özünü yerləşdirmək istəyir ki, bu da ayrı bir mövzudur. Ancaq, 9 - cu bəndin yerinə yetirlməməsini biz dəfələrlə qeyd etmişik və tələb etmişik ki, bu bənd yerinə yetirilsin. Çünki Naxçıvan blokada şəraitində qalıb və bizim ora yolumuz yoxdur. Ona görə də biz bu işin üstünə getdik. Ermənistan da başa düşür ki, bu yol məhz Ermənistanın özünə çox vacibdir. Eyni zamanda Qərb sanksiyasına məruz qalan Rusiya üçün də vacibdir. Ona görə də, bizdən çox Rusiya Ermənistana təkid edir ki, bu yol açılsın. Rusiya öz mallarını bu yolla Şərqə, Hindistana, Çinə, digər Şərq ölkələrinə satmağı planlaşdırır. Ancaq bizim son zamanlar apardığımız tədbirlər nəticəsində görürük ki, Ermənistan bu yolun açılmasını istəmir. Onlar Avropada, Qərbdə şayiə yayırlar ki, guya Azərbaycan hücum edərək Zəngəzuru almaq, həmin yolu açmaq istəyir. Bəllidir ki, bizi təcavüzkar ölkə kimi göstərmək istəyirlər. Ancaq biz onlara cavab verdik ki, öz suveren torpaqlarımızı azad etmişik, heç bir ölkənin ərazisində də gözümüz yoxdur. Avropada keçirilən görüşlərdə də Ermənistanın ərazi bütövlüyünü və süverenliyini tanıdığımızı bildirmişik. Artıq Ermənistan başa düşür ki, bu yol onlar üçün çox vacib yoldur. Ona görə də, Tiflisdə keçirilən “ İpək yolu” konfransında bu haqda çıxış etdi, bu yolun açılmasını və buna da Ermənistanın özünün nəzarət etməsini bildirdi. Paşinyanın dediyi odur ki, həmin yola Ermənistan özü nəzarət edəcək. Bu da ancaq danışıqlar yolu ilə razılaşdırıla bilər. Müxtəlif variantlar, Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin də irəli sürdüyü təklif var. Bütün bunlar hamısı diplomatik yolla gedən danışıqlardan asılıdır. Biz də artıq bəyan etmişik ki, İran ərazisindən keçməklə həmin yolun açılmasına razıyıq. Ermənistan Zəngəzur yolunun açılmasına razı olmasa, biz İran ərazisindən keçən yola üstünlük verəcəyik və Ermənistan yenə də kənarda qalacaq. Bu da onlara iqtisadi ziyan vuracaq. Ancaq görürəm  ki, Ermənistan siyasiləri artıq bunu başa düşür və müxtəlif variantlarda bəndin yerinə yetirilməsi üçün fikirlərini bildirirlər. Əsas diqqət çəkən məsələ odur ki, Ermənistan özü, özlərinin yaratdığı polis dəstəsi onların təhlükəsizliyinə təminat verir. Ancaq mən onu bildirmək istəyirəm ki, Ermənistan istəsə də, istəməsə də Rusiyanın təkidi ilə həmin yolun açılması yaxın zamanlarda reallaşacaq. Rusiya-Ermənistan münasibətləri hazırda çox gərgindir, Paşinyanın özünün bildirdiyinə görə, onu hakimiyyətdən devirmək üçün Rusiya imkan axtarır. Ümid edirəm ki, gec də olsa bu yol açılacaq və Ermənistanın iqtisadiyyatına da öz təsirini göstərəcək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ