Bazar günü günü, 08 noyabr 2026
     

Fransa Brüssel formatını məhv edir...

Image


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında bu ayın sonunda Brüsseldə planlanan görüş baş tutmayacaq. O, görüşün təxirə salınmasına səbəb kimi vaxt problemini göstərib. 

Qeyd edək ki, oktyabrın 5-də Şarl Mişel Qranadada jurnalistlərin suallarını cavablandırarkən tərəflərin bu görüşlə bağlı razılığa gəldiyini açıqlamışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Brüssel görüşünün baş tutmamasına səbəb Azərbaycan prezidentinin vaxtının olmamasıdır: “Biz hələ də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən də vaxtın azlığıdır. Və görüşün yeni tarixlərini müəyyən etmək imkanı olacaq”. Daha əvvəl Azərbaycan və Ermənistan liderləri müxtəlif platformalarda çıxışları zamanı əsas məqsədlərinin ilin sonuna qədər sülh sazişinin imzalanması olduğunu vurğulamışdılar. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisinin müavini Coşua Hak ilə görüşündə Ermənistanla sülh sazişi üzrə danışıqları irəli aparmaq və mümkün qədər tez bir zamanda imzalamaq arzusunu bir daha bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildirib. Bu arada Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan rəsmi İrəvanın sülh sazişi ilə bağlı Bakının yeni təkliflərini aldığını, amma təklifə hələ cavab vermədiklərini bəyan edib: “Cavab paketini hazırlayarkən, Azərbaycan tərəfinin Qranada bəyanatı ilə bağlı açıq şəkildə mövqe nümayiş etdirməsini və bunun onlar üçün məqbul olub-olmadığını gündəmə gətirməsini gözləyirik”. Şarl Mişel, Nikol Paşinyan, Olaf Şoltz və Emmanuel Makron tərəfindən qəbul edilən Qranada bəyanatında tərəflər Azərbaycan və Ermənistanın suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qaldıqlarını vurğulayıblar. Eyni zamanda bəyanatda deyilirdi ki, Qarabağ erməniləri öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüquqlarını heç bir şərt olmadan, beynəlxalq monitorinq altında istifadə etməkdə azad olmalıdırlar. Azərbaycan isə onsuz bəyanatın qəbul edilməsinin yolverilməz olduğunu bildirib. Hesab edilir ki, əslində, Fransanın təşəbbüsü ilə belə hallar sülh prosesinə zərbə vurur, Brüssel formatını məhv edir. Ermənistana gəldikdə, bir tərəfdən sülhü təmin etmək barədə danışır, digər tərəfdən Fransanın Qafqaza müdaxiləsinə şərait yaradır. Fransanın Ermənistanı ən müasir silahlarla təchiz etməsinin, onu revanşist addımlar atmağa sövq etməsinin arxasında çox çirkin hədəflər gizlənir. Rusiyalı politoloq Artur Atayev qeyd edir ki, Fransa Cənubi Qafqazın problemlərini həll etməyə hazırlaşmır: “Nə tarixi ənənə, nə siyasi iradə var. Əvəzində biz bilirik ki, Avropa İttifaqı və ABŞ dağıtmağı, hər hansı bir səyi məhv etməyi yaxşı bacarırlar. Mən hesab edirəm ki, hazırkı durumda Paris regionda imic qazanmağa çalışır. Hər şey də bununla məhdudlaşır”. Beləliklə, Ermənistan Fransanın əlində oyuncağa çevrilib. Fransa Ermənistanı şirnikləndirib növbəti fəlakətə sürükləyir. Bununla həm də Qafqazda sülh prosesinə xələl gətirir, Brüssel formatını qeyri-işlək duruma salır.

Britaniyalı siyasi şərhçi Onnik Ceyms Krikoryan BBC-yə açıqlamasında deyir ki, Brüssel görüşünün baş tutmamasının digər bir çox səbəbi var və bunu gözlənilməz hadisə kimi görməmək lazımdır: “Birincisi, uzun müddətdir ki, Paşinyanın daha yaxşı bir nəticə ümidilə sazişin imzalanmasını gecikdirdiyi ilə bağlı şübhələr vardı və bu şübhələr oktyabrda yenidən Fransaya yönələn hərəkətliliklə daha da artdı. İkincisi, 19 sentyabrda Qarabağda əməliyyatlardan sonra Əliyev, çox güman ki, artıq bir saziş üçün təcililik görmür”.Onun sözlərinə görə, Ermənistanda bəzi siyasi şərhçilər hesab edir ki, danışıqlara hazırlıq və gündəmdə kifayət qədər irəliləyiş əldə olunmasa, İlham Əliyev danışıqlardan geri çəkilə bilər. O qeyd edir ki, Qarabağ ermənilərinin zamanla geri dönməsi planından başqa, Qarabağ münaqişəsi həll olunmuş hesab edilir və buna görə də, Bakının təcili müqavilə imzalamasına indi daha az ehtiyacı var. Brüssel görüşünün dəqiq tarixi bəlli deyil, lakin bu baş verərsə, Onnik Ceyms Krikoryan Brüsseldə sərhədlərin müəyyən edilməsi və delimitasiyası, bunun üçün hansı xəritələrin əsas götürüləcəyi, regional iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının da müzakirə mövzuları arasında ola biləcəyinə şübhə etmir. Onun fikrincə, Azərbaycanın Zəngəzur dəhlizi adlandırdığı, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək marşrut da istənilən yol xəritəsinin tərkib hissəsi ola bilər. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov isə deyir ki, Brüssel görüşünün təxirə salınmasının regional və qlobal səbəbləri də var: “İlk məqam odur ki, diqqət Israil-Həmas münaqişə zonasına yönəlib. İkinci məqam isə, bu münaqişə ilə bağlı bir çox gözlənilən proseslər var və bu, müharibənin Qəzza bölgəsindən daha böyük bölgəyə yayılmasıdır. Bu da geosiyasi vəziyyətin gerginleşməsi və müəyyən məsələlərdə dəyişməsinə gətirib çıxara bilər”. Onun fikrincə, Brüssel görüşünün ləğvinə İlham Əliyevin iştirak etmədiyi Qranada görüşündən sonra qəbul edilən bəyanatın da təsiri olub: “Qranadada qəbul edilən sənəd birtərəflidir və Azərbaycan prezidenti tərəfindən də bu sənəd tənqid edilmişdi. Əgər Avropa İttifaqının yanaşması Qranada sənədi çərçivəsində olacaqsa, mən düşünmürəm ki, Azərbaycan gələcəkdə Brüssel görüşünə getsin”. Onnik Ceyms Krikoryan da qeyd edir ki, Qranadada qəbul edilən bəyannamə Bakını qəzəbləndirmiş ola bilər. O, həmçinin, prezident İlham Əliyevin bu bəyanatdan bir neçə gün sonra Tbilisiyə səfəri zamanı qərarların xaricdə deyil, regionda qəbul edilməsinin vacibliyini vurğulamasını da xatırladır. Fərhad Məmmədov da qeyd edir ki, ’Qranada uğursuzluğu və indiki təxirə salınma Qərbin getdikcə Paşinyan mərkəzli mövqeyi və bu mövqeyin Fransa tərəfindən dəstəklənməsi ilə bağlıdır: “Mişelin təşəbbüsünün bu sənəd çərçivəsinə salınması Brüsselin vasitəçiliyinə kölgə salır və prosesin irəli getməsinə maneə törədir. Bu, sadəcə Ermənistan – Azərbaycan sülh prosesi üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün qeyri-müəyyənlik formalaşdırır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ