Bazar günü günü, 08 noyabr 2026
     

1929-cu ildə Cəhri rayonunun bir neçə kəndi Ermənistana verilib - yeni fakt...

Image


Tarixi Azərbaycan şəhəri İrəvan 1918-ci ildə bizim ərazilərdə yaradılan Ermənistan Respublikasına paytaxt kimi verilib. Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra Azərbaycan torpaqlarının Ermənistan adlanan respublikaya pay-püş edilməsi ənənə halını aldı.

Sovet dövründə başlayan ərazilərimizin parşalanması prosesi xalqımıza çox acı nəticələr yaşatdı. Çoxunuz bilmirsiz ki, Naxçıvan Muxtar Respublikasının xeyli sayda kəndləri Naxçıvandan qoparılaraq Ermənistana verilib.

Bu acı proses Sovet dövründə, daha dəqiq desək, 1921-ci ildən sonra daha eybəcər şəkil alıb və Naxçıvanın bir sıra kəndləri Ermənistana verilib. Bu kəndlər arasında Cəhri rayonun da kəndləri olub.

  • “Maraq doğuran digər məqam 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərin - Sultanbəy, İtqıran, Ciqin-Almalı, Ağxaçın 1921-ci ildə bu rayonun tərkibində olmasıdır”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə “XX əsrin 20-ci illərində Naxçıvan diyarının İnzibati ərazi quruluşu” tarixi-coğrafi araşdırmasında çox mühüm faktlar açıb. Alim Ermənistana verilən bir sıra kəndlərin məhz Naxçıvan MR-na aid olduğunu sənədlər əsasında üzə çıxarıb.

“28 iyul 1920-ci ildə XI Qırmızı Ordunun Naxçıvana daxil olmasından sonra Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan bir sənəd o dövrdə Naxçıvanın inzibati-ərazi quruluşunu müfəssəl şəkildə öyrənməyimizə imkan verir. Bu sənədin surəti AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivində saxlanılır. 16 mart 1921-ci il tarixli sənəd “Naxçıvan MSSR-in inzibati-ərazi quruluşu” adlanır. Sənəd Baş Ştab (Qərargah) Akademiyasının dinləyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in Fövqəladə Komissarına və Naxçıvan SSR-in Xalq Hərbi Komissarına məruzə şəklində hazırlanmışdır. Sənəddə Naxçıvan SSR-in tərkibində 3 qəzanın (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun (Tumbul, Cəhri, Şahbuz, Yaycı, Əbrəqunus, Çənnəb, Baş Noraşen, Şahtaxtı və Sədərək) adı çəkilir.

1924-cü ildə Naxçıvan MSSR-in tərkibində 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 dairə olmuşdur. Artıq 1925-ci ildə isə Naxçıvan MSSR ərazisindəki bütün qəzalar ləğv edilmiş və 9 dairə (rayon) yaradılmışdır. 1925- ci ildə regionda olan bir sıra kəndlərin adlan dəyişdirilmiş və aşağıdakı rayonlar yaradılmışdır - Baş Noraşen, Qıvraq, Cəhri, Tumbul, Nərimanov, Əbrəqunus, Culfa, Ordubad, Parağa və Aza. Tarixi mənbələr sübut edir ki, 1927-ci ildə Naxçıvan MSSR-in tərkibində 8 dairə (rayon) və 227 yaşayış məntəqəsi olmuşdur.

Beləliklə, dövrün inzibati ərazi quruluşunun öyrənilməsi istiqamətində gəldiyimiz nəticə ondan ibarətdir ki, Naxçıvanda sovet hakimiyyətinin qurulduğu ilk dövrlərdən etibarən bölgənin inzibati-ərazi quruluşunda eksperimental xarakterli dəyişikliklər edilmiş, 1921-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurularkən Naxçıvanın ərazisi bugünkindən daha geniş əraziləri əhatə etmiş, bu gün Ermənistan Respublikasının ərazisində olan bir sıra kəndlər o zaman məhz Naxçıvan SSR-in müxtəlif rayonlarının tərkibində olmuşdur. 28 iyul 1920-ci ildə XI Qırmızı Ordu hissələrinin Naxçıvana daxil olmasından sonra Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Əsli Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində, surəti AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivində saxlanılan bir sənədlə tanışlıq bizə 1921-ci ildə Naxçıvan SSR-in inzibati-ərazi quruluşu haqqında müfəssəl məlumat almağa imkan verir. AMEA Naxçıvan Bölməsinin Elmi Arxivində fond 8, siyahı 4, iş 5-də saxlanılan «Sxemı adminstrativno-territorialğnoqo deleniə Naxiçevanskoy ASSR» (“Naxçıvan MSSR-in inzibati ərazi bölgüsünün sxemi”) adlı 16 mart 1921-cü il tarixli sənəddə Naxçıvan ərazisində o zaman üçün 3 qəza (Naxçıvan, Şərur və Ordubad) və 9 rayonun adı çəkilir. Qeyd edək ki, bu sənəd Baş Ştab Akademiyasının dinləyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in Fövqəladə Komissarına və Naxçıvan SSR-in Xalq Hərbi Komissarına məruzə şəklində hazırlanmışdır. Sənəddə Naxçıvan qəzasının tərkibində Tumbul, Cəhri və Şahbuz rayonlarının, Ordubad qəzasının tərkibində Yaycı, Əbrəqunus və Çənnəb rayonlarının, Şərur rayonunun tərkibində isə Baş Noraşen (Cəlilkənd), Şahtaxtı və Sədərək rayonlarının olduğu göstərilir”.

E.Kəlbizadənin qeyd etdiyinə görə, məruzənin əvvəlində Naxçıvanda inzibati-ərazi bölgüsü məsələsinin problemlərinə toxunan M.Pereşin göstərir ki, Naxçıvan SSR-də inzibati bölgü və idarəçilik işi o zaman çox pis təşkil olunmuşdu: “Sənəddə qeyd edilir ki, hətta daxili idarəçiliyə cavabdeh olan orqanlar belə Respublikanın dəqiq sərhədlərini, qəza (uyezd) və rayon bölgüsünü bilmirlər. Məruzənin “Naxçıvan SSR-in şəhər və kəndləri: yerləşdikləri qəza və rayonlar üzrə” adlanan hissəsində o zamankı qəzaların, rayonların və bu rayonların tabeliyində olan yaşayış məntəqələrinin də adları çəkilmişdir. O zaman Naxçıvan qəzasının mərkəzi Naxçıvan şəhəri, Şərur qəzasının mərkəzi Yengicə kəndi, Ordubad qəzasının mərkəzi isə Ordubad şəhəri idi.

Naxçıvan qəzasının Tumbul rayonuna 39 yaşayış məntəqəsi, Cəhri rayonuna 21 yaşayış məntəqəsi, Şahbuz rayonuna isə 36 yaşayış məntəqəsi daxil olmuşdur. Tumbul rayonunun mərkəzi Tumbul kəndi idi. Bu rayona 4 qəsəbə 35 kənd daxil olmuşdur. Rayon ərazisində adı çəkilən Qaracakənd, Naxşı-nərgiz, Xaçaparaq, Qızıl-burun, Dərəşam, Baş-Başı, Volmuninskiy yaşayış məntəqələrinin bəziləri dağılmış, bəzilərinin əhalisi şəhər mərkəzlərinə və digər kəndlərə köçmüş, bəzilərinin isə adları dəyişdirilmişdir.

Tədqiqatlarımız göstərir ki, ruslar tərəfindən “Baş-başu” kimi qeydə alınmış ərazi Naxçıvanın yerli əhalisi tərəfindən Bozbaşlı adlandırılmışdır. Hələ 2011-ci ildə Naxçıvanın müxtəlif əraziləri ilə bağlı mənbələrdə verilən məlumatların yerli əhalinin yaddaşında qalan məlumatlarla müqayisəsini aparmaq üçün muxtar respublikanın bir neçə yaşlı sakini ilə görüşmüşdük. Apardığımız belə söhbətlərdən biri zamanı Əliabad qəsəbə sakini, əslən keçmiş Şərur rayonunun Sust kəndindən olan 1928-ci il təvəllüdlü Məmmədova Çimnaz Qaybalı qızı da bu ərazi haqqında danışarkən oranı Baş-başı kimi deyil, Bozbaşlı kimi ifadə etmişdi. Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev də atası, 1912-ci il təvəllüdlü Rəhim Muxtar oğlunun bu ərazinin adının Bozbaşlı olduğunu söylədiyi barədə məlumat vermişdir.

Sənəddəki yaşayış məntəqələrinin adları ilə tanış olarkən maraq doğuran digər bir məqam Tumbul rayonunun ərazisində iki Təzəkənd adlı kəndin qeydə alınmasıdır.

Müəyyən edə bildik ki, bu kəndlərdən biri indiki Babək rayonunun Babək qəsəbəsidir. İkinci Təzəkənd isə Naxçıvan Muxtar Respublikası ərazisində XX əsrin 70-ci illərinə qədər mövcud olmuşdur. Bu kənd Yamxana kəndi ilə Abbasabad qalasının arasında yerləşmişdir. XX əsrin 70-ci illərində Araz su anbarının tikintisi ilə əlaqədar olaraq bu kənd su anbarının altında qalmışdır.

Cəhri rayonunun mərkəzi Cəhri kəndi idi. Bu rayonun tərkibində 1 qəsəbə 20 kəndin adı qeyd edilmişdir. Bu rayonun ərazisindəki bəzi kəndlərin adı sonralar müxtəlif dəyişikliklərə məruz qalmış, bəzisinin əhalisi digər yaşayış məntəqələrinə köçmüşdür. Maraq doğuran digər məqam 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərin- Sultanbəy, İtqıran, Ciqin-Almalı, Ağxaçın 1921-ci ildə bu rayonun tərkibində olmasıdır. 1929-cu ildə Ermənistana verilən kəndlər sırasında adı çəkilməyən, lakin bu gün bu respublikanın tərkibində olan Ses kəndinin də məhz Naxçıvanın tərkibinə daxil olması bu tarixi sənəd nəticəsində sübut olunur.

Naxçıvan qəzasının Şahbuz rayonunun tərkibinə 1 qəsəbə, 35 kənd daxil idi. Rayonun mərkəzi Şahbuz qəsəbəsi hesab edilirdi. Maraq doğuran məsələlərdən biri bu sənəddə xəzər türkləri ilə bağlı iki toponimə rast gəlməyimizdir. Bunlardan biri Kazaryot şəklində təhrifə uğramış Xəzər-yurd, digəri isə Xəzər-boğan və yaxud Xəzər-buğa kəndidir. Naxçıvanın orta əsrlər dövrü tarixi coğrafiyası ilə bağlı apardığımız tədqiqatlar göstərir ki, Xəzər türkləri bu əraziyə təkcə adlarını və etnik kimliklərini deyil, həm də inanclarını gətirmişlər. Məlum olduğu kimi, xəzərlər türk etnik kimliyinə mənsub olsalar da, inanc baxımından iudaizmə - yəhudi dininə mənsubdurlar. Heç də təsadüfi deyildir ki, hələ bəzi orta əsr mənbələrində Naxçıvan ərazisində bu dinə sitayiş edən insanların yaşaması ilə bağlı məlumatlar yer almışdır. Rayon ərazisində adı çəkilən yaşayış məntəqələri sırasında Karmalinovka kəndi xüsusilə maraq doğurur. Qeyd edək ki, bu kənd tarixi Biçənək kəndidir. XX əsrin 30-cu illərində çar Rusiyasının üsyançı malakan rus təriqətçilərini milli ucqarlara köçürməsi ilə əlaqədar olaraq bir qrup molakan Biçənək kəndi ərazisinə köçürülmüş və onlar üçün salınmış kənd sonralar Karmalinovka adlanıdırmışdır. Bu kənddə XIX əsrin 30-80-ci illərində 164, XIX əsrin 80-ci illərinin ortaları - 1904-cü ildə 280, 1905-1917-ci illər arasında 310 nəfər hər iki cinsdən əhali yaşamışdır. Əhalinin buraya köçürüldüyü dövrdə bu ərazidə iki karvansarayın olduğu barədə mənbələrdə məlumat vardır…”-deyə E.Kəlbizadə qeyd edib.

E.Kəlbizadə yazıb ki, Cəhri rayonunun ərazisinə bugünkü Babək rayonunun Naxçıvan şəhərindən şimalda və şimal-qərb istiqamətində yerləşən 14 yaşayış məntəqəsi daxil idi: Cəhri, Payız, Şeytanabad, Didivar, Nəzərabad, Vayxır, Xalxal, Xıncab, Təzəkənd, Əznəbürd, Buzqov, Lizbirt, Kərməçataq: “Sonradan boş qalmış yurd yerinə çevrilmiş, indiki Kəngərli rayonu ərazisində yerləşən Sust kəndi də məhz bu rayonun tərkibinə daxil idi”.

Alimin araşdırması kifayət qədər geniş və məzmunludur. Biz ondan müəyyən qədər istifadə etdik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ