Bazar günü günü, 08 noyabr 2026
     

Fransa Cənubi Qafqazda antisülh fəaliyyətini genişləndirdi...

Image


Fransada işgüzar səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan bu ölkənin Silahlı Qüvvələr Nazirliyində olub. Burada o, Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ilə görüşüb. Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Məlumata görə, 2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə keçirilmiş müzakirələr nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə işlərin gedişi yekunlaşdırılıb, əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemləri, hərbi təhsil, yenidən hazırlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran digər məsələlər diqqət mərkəzində olub. Tərəflər əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirib və gələcək inkişafı üçün yeni səylər göstərməyə hazır olduqlarını bildiriblər. Görüşdə Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Hasmik Tolmacyan və Fransanın Ermənistandakı səfiri Olivye Dekotini də iştirak edib. Rəsmi görüşdən sonra birgə mətbuat bəyanatı verilib. Sonra Fransa Silahlı Qüvvələr Nazirliyində ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb. Fransa Silahlı Qüvvələri naziri Sebastyan Lekornunun sözlərinə görə, Paris İrəvana üç GM200 radarı və “Mistral” raketləri verəcək. Bundan başqa, Fransa tərəfi Ermənistana Silahlı Qüvvələrdə islahatların aparılmasında da köməklik göstərəcək. Suren Papikyan bu xüsusda bildirib: “Həm erməni xalqının tarixinin çətin anlarında, həm də bu gün Ermənistan ətrafındakı ağır hərbi-siyasi vəziyyətdə Fransa və fransız xalqı bizim yanımızdadır ki, bu da ən yüksək qiymətə layiqdir və buna görə bir daha öz minnətdarlığımı bildirirəm”. Ermənistanın müdafiə naziri Parislə bir sıra sahələrdə əməkdaşlıq etdiklərini vurğulayıb: “Bu gün əməkdaşlığımız Ermənistan Respublikası Silahlı Qüvvələrinin müdafiə vasitələrinin modernləşdirilməsi, şəxsi heyətin təhsili və təlimi, təcrübə mübadiləsi, məsləhət dəstəyi və Silahlı Qüvvələrimiz üçün prioritet olan bir sıra digər sahələri əhatə edir”. Sebastyan Lekornu isə bildirib ki, hərbi təchizat müqaviləsi Fransa istehsalçılarından müəyyən miqdarda silah alınmasını nəzərdə tutur ki, bu da Ermənistana öz səmasını qorumağa imkan verəcək. Fransa tərəfi açıqlamasında bildirib ki, bu əməkdaşlıq sərhəd mühafizəsini də gücləndirəcək. Tərəflər hələlik bu tədarüklərin Ermənistana hansı müddətdə və hansı marşrutla çatacağını dəqiqləşdirməyiblər. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan jurnalistlərlə söhbətində razılaşmanın bir çox detallarını açıqlamayıb. Hökumətyönlü deputat yalnız Fransa tərəfinin müdafiə silahları tədarük edəcəyini təsdiqləyib: “Oktyabrın 30-da Milli Məclisdə büdcə müzakirələri başlayacaq və bir qayda olaraq, ilk növbədə müdafiə və təhlükəsizlik komissiyası ilə bağlı bölmə müzakirə olunacaq. Orada hamınızın sizi maraqlandıran müəyyən suallara cavab almaq imkanınız olacaq, mən bunu tam demirəm, amma açıq mötərizədə həm silahlara, həm də onların strukturuna aid olan cavablar olacaq”. Bu, Moskvaya ünvanlanan tənqidlərdən sonra İrəvanın Qərb ölkəsi ilə hərbi əməkdaşlıq haqqında bağladığı ilk sazişdir. Bəs, Fransadan planlaşdırılan hərbi təchizat Ermənistanın Qərbdə təhlükəsizlik qarantları axtarması anlamına gəlirmi? Andranik Köçəryan bu xüsusda vurğulayıb: “O qədər aydındır ki, hər bir dövlət öz əməkdaşlığının miqyasını genişləndirməli, dostlarının siyasi məsələlərə daha çox cəlb olunmasını təmin etməlidir və məhz 44 günlük müharibə bizə dedi ki, bütün bu platformalarda ciddi işlər görməliyik”.

“Şərəfim var” müxalifət parlament fraksiyasının katibi Tiqran Abramyan məsələ ilə bağlı qeyd edib: “Fransa həm də aktor olduğunu göstərməyə çalışır və təkcə bəyanatlarla deyil, həm də regionda təmsil olunur”. Bu əməkdaşlığın hərbi sahədə nə dərəcədə ciddi olduğuna gəlincə, müxalifətçi deputat qeyd edib ki, bunu silah təchizatının həcmi və növləri ilə başa düşmək lazımdır: “Biz əhatə dairəsini başa düşməyincə, bu bəyanatlar heç nəyə xidmət etməyəcək. Çünki onların mövcud sistemlərlə işləyəcəyi və ya məsələn, konkret ərazinin - hava hücumundan müdafiənin tamamilə Fransa təchizatına keçib-keçməyəcəyi həcmdən asılıdır. Bunlar kifayət qədər mürəkkəb məsələlərdir və onlar təkcə təchizatdan asılı deyil, çünki tapşırıq və ya döyüşə müvafiq personalın hazırlanması və cəlb edilməsi də çox vacib haldır”. İki ölkənin hərbi texnikanın tədarükü ilə bağlı saziş imzalaması şübhəsiz ki, regionda gərginliyi artırmağa xidmət edir, Paris Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırır. Elə bu səbəbdən Parisin niyyəti Bakıda kəskin tənqid olunur. Slovakiyadan olan siyasi şərhçi Jozef Hrabina bildirir ki, Fransa Ermənistanı aktiv və birtərəfli şəkildə dəstəkləyir: “Onlara kömək etməyə çalışırlar. Bu ittifaq və ya tərəfdaşlıq guya Ermənistanın yeni təhlükəsizlik təminatı tapmasına yönəlib. Biz görürük ki, Fransa son bir neçə ildə Ermənistanla beynəlxalq ticarəti, xüsusən də hərbi-sənaye kompleksi üzrə ticarətin həcmini artırır. Fransalı siyasətçilər və qərar qəbul edən şəxslər Qarabağdakı son hadisələr zamanı Ermənistanı aktiv şəkildə dəstəkləyirdilər. Amma mən bu kimi addımların nəticələrə müsbət təsir edəcəyini düşünmürəm. Bölgədə stabilliyi bərpa etmək və irəli baxmaq üçün Ermənistan sülh müqaviləsini nə qədər tez imzalasa, bir o qədər yaxşı olar”. Faktdır ki, Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir. Amma şübhə yoxdur ki, Fransa Ermənistanın silahlandırılması siyasətində də uğursuzluğa düçar olacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ