Bazar ertəsi günü, 09 noyabr 2026
     

150 Azərbaycan türkünü asan erməni kimdir?..

Image


Separatçı, cani Vaqif Xaçaturyan həbs edildikdən sonra onunla bağlı bir sıra daha başqa əməllər ifşa olunub. Bəlli olub ki, erməni tərəfin "fağır" kimi qələmə verdiyi Xaçaturyanın cinayətləri Meşəli soyqırımı ilə bitmir, Ballıqaya faciəsinin də "müəllif"lərindən biri Xaçaturyan imiş.

Meşəli kəndində baş verən soyqırımın şahidi Azay Kərimov mətbuata "Mən o zaman Şuşa rayon Post Patrul Xidmətinin xüsusi təyinatlı batalyonunun qərargah rəisi idim. Həmin vaxt bizi vertolyotla Füzulinin Tuğ kəndinə atmışdılar. O zamanlar Meşəlidə də, Malıbəylidə də vəziyyət çox çətin idi. Bizdə silah yox idi, amma ermənidə hər şey var idi. Biz Tuğ kəndində olanda xəbər gəldi ki, ermənilər Meşəlini işğal edib. İşğaldan 8 saat sonra üç istiqamətdən Meşəliyə girdik. Ermənilər ordan taxıl oğurlayırdılar, Meşəlini qarət edirdilər. Orada 8 nəfər ermənini öldürdük, hamısı da Ballıca kənd sakini idi. Ballıca ilə Meşəli arasında 2-3 kilometr məsafə vardı. Qarabağda 4 kənd var idi ki, onların hər bir tərəfi ermənilərin yaşadıqları kəndlərlə əhatə olunmuşdu. Bütün yollar, cığırlar, hamısı ermənilərin yaşadıqları kəndlərin içindən keçməli idi. Həmin 4 ərazi Xocalı, Malıbəyli kəndi, Xocavəndin Qaradağlı kəndi, bir də Meşəli kəndi olub. Meşəlidən Ağdama getmək üçün mütləq sürətdə Ballıcadan keçməli idin. Orada balaca, 10-15 nəfərdən ibarət bölük var idi. 10-15 nəfər polis nə edə bilərdi ki? Bilirdik ki, orada vəziyyət ağırdır. Biz Meşəliyə çatanda ermənilər taxıl oğurlayırdılar, öz köhnə adət-ənənələrinə uyğun olaraq paltarlar, əşyalar oğurlayırdılar. Sonra kəndin yuxarı hissəsində ermənilər 4 nəfəri güllələmişdi. Həmin insanların kürəyinə bəlkə də iki daraq güllə boşaltmışdılar. Birinin qulağını, birinin başını kəsmişdilər. Təsəvvür edin, ev pişiyini, həyətdəki itləri belə güllələmişdilər. Bir itin də başını kəsib evin qabağına qoymuşdular. Tövləyə od vurub heyvanları içəridən çıxarmayıblar, dilsiz-ağızsız heyvanları yandırıblar. İydən, qoxuduan dayanmaq olmurdu...

Vaqif Xaçaturyanın Laçın sərhəd buraxılış məntəqəsində saxlanma xəbərini görən kimi kompüterimi götürüb atamgilə getdim. Atamın 90 yaşı var, demək olar ki, onun 48 ilini Malıbəyli kəndində təsərrüfat birliyi sədri işləyib. Vaqifi göstərib soruşdum ki, bu adamı tanıyırsan? Dedi ki, Vaqifdi, avtonəqliyyat müəssisəsində sürücü işləyirdi. Özü də qatı daşnak idi. Ondan sonra dedim ki, onu Laçın sərhəd buraxılış məntəqəsində saxlayıblar. Bütün cinayətlərin də hamısını törədən Vaqif olub. Xocalı soyqırımında işğalçıların əlli faizi Vaqifin kəndçiləri olub. 1992-ci il fevral ayında Xocalı işğal olunandan sonra, həmin ilin 24 aprelində Ballıca kəndində yaşayan ermənilər əsir düşən 150 azərbaycanlını dar ağacından asdılar. O vaxt Rəhim Qazıyevə, Yaqub Məmmədova xəbər verdim. Axırda Yaqub Məmmədov üstümə qışqırdı ki, mənə zəng eləmə, sizin müdafiə naziriniz var ona zəng edin. Rəhim Qazıyevə məruzə elədim, Yaqub Məmmədova nə qədər dedik ki, bizə bir vertolyot verin bu hadisənin qarşısını alaq, amma heç nə eləmədilər. Ballıca kəndində yaşayan ermənilər balacasından-böyüyünə hər biri bunun bədəlini ödəməlidi. Onlar Qarabağın işğalı zamanı əsir düşən 150 nəfər azərbaycanlını Ballıcanın üzərində yerləşən Berd yüksəkliyində dar ağacından asdılar. 300 metr aralıda 8 saat qarın içində qalaraq olanlara şahid oldum. Amma heç nə eləmək mümkün deyildi. Qadınlara qarşı zorakılıq olurdu, insaları asırdılar, gedib yeyib-içirdilər, gəlib yenə asırdılar. Mən çox yerdə vəhşiliklər görmüşəm. Amma Vaqifin etdiyi kimi vəhşiliklər görməmişəm. Başa düşə bilmirəm, insan necə belə vəhşi ola bilər" - deyə o bildirib.

Qeyd edək ki, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanıb.

  • "... ermənilər 24 apreldə azərbaycanlılara qarşı tükürpədici cinayətlər törədiblər, onları asıblar"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, V. Xaçaturyan da daxil olmaqla, erməni caniləri azərbaycanlıları kütləvi olaraq qətlə yetiriblər. "İstər Vaqif Xaçaturyan, istərsə də digər sepataçılar olsun, ermənilərin cinayətləri ilə bağlı çoxlu sayda məlumatlar var. Çox təəssüf ki, bugünə qədər Xocalı canilərinin cəzalandırılmasına, İnterpol vasitəsilə ciddi şəkildə axtarışlarına nail ola bilməmişik. Beynəlxalq rəyə onu yeridə bilməmişik ki, Azərbaycana qarşı bu cür cinayətlər törədilib. Burada həm biz tərəfin subyektiv təqsiri var, həm də bir sıra aidiyyəti qurumların. Eyni zamanda da dünya bizim səsimizi eşitmək istəmir. Məsələnin bu tərəfi də var ki, biz nə qədər faktları çatdırsaq da, yenə də bizim həqiqəti eşitmək istəmirlər. Ermənilərin yalanlarına inanırlar. Baxmayaraq ki, yalan olduğunu özləri də bilir, amma bu yalanları  tirajlayırlar. Erməni yalanları əsasında sənədlər qəbul edirlər. Amma görürsən ki, Azərbaycan tərəfindən verilən məlumatları heç nəzərə də almırlar. Amma biz yorulmadan bu istiqamətdə işlərimizi davam etdirməliyik. Erməni terrorunun, zülmünün qurbanı olan, erməni vəhşiliyini, vandalizmini gözü ilə görən yüzlərlə şahid var. Azay Kərimov birinci Qarabağ müharibəsinin qəhrəmanlarındandır. Çox böyük fədakarlıq edib, çox böyük əziyyətləri olub, axıra qədər döyüşüb, Şuşa və digər istiqamətlərdə döyüşlərdə iştirak edib. O bu cinayətləri gözləri ilə görüb. O indiyə qədər bu barədə danışırdı. Mətbuatda, sosial şəbəkələrdə, müzakirələrdə bu barədə söhbət açırdı, müəllif yazılarında bu faktları qeyd edirdi. Azay Kərimovun dedikləri tam reallığı əks etdirir, bu səbəbdən də onlar ciddi şəkildə nəzərə alınmalı, protokollaşdırılmalıdır, arxivləşdirilməlidir. Erməni daşnaklarının azərbaycanlılara qarşı zülmünün, qaniçənliyinin şahidi olan hər bir kəsin danışdıqları nəzərə alınmalıdır.

Bir neçə şahidin ifadəsi qeydə alınmalıdır, araşdırılma aparılmalıdır, məhkəmə qərar çıxarmalıdır. Şahidin dedikləri  bir daha sübut edir ki, ermənilər necə vəhşiliklər ediblər". 

A.Nağı dedi ki, statistikaya görə, Xocalıda girov götürülənlərdən hələ də 150 nəfərin taleyi məlum deyil. "Baxın, indi o 150 nəfərin taleyi, başlarına gətirilən faciə ilə bağlı fakt ortaya çıxır. Fakt ortaya çıxır ki, aprelin 24-də onları bir çox şahidlərin gözləri qarşısında Xaçaturyan və digər erməni terrorçuları asıblar. Halbuki, tarixdə ermənilərə qarşı heç bir soyqırım olmayıb, 24 aprel "soyqırım"ı boş və əsassız bir iddiadır. Amma məlum olur ki, ermənilər 24 apreldə azərbaycanlılara qarşı tükürpədici cinayətlər törədiblər, onları asıblar. Şahid bildirib ki, ermənilər tərəfindən 24 aprel tarixində Azərbaycan türklərinə qarşı qırğın törədilib və 150 nəfər asılaraq qətlə yetirilib. Belə faktlar çoxdur, onları bir yerə yığmaq, ümumiləşdirmək, bu istiqamətdə işləri genişləndirmək lazımdır. Bu yaxınlarda bir şahid də danışdı və göstərdi ki, girovluqda olanda Xaçaturyanın iştirakı ilə ermənilər onun sinəsinə necə xaç çəkib. Xaçaturyanın 150 nəfər azərbaycanlının da  qətlində iştirakını şahid qeyd edib. Bütün bu faktlara, cinayətlərə görə Xaçaturyan cavab verməlidir"-deyə A. Nağı qeyd etdi.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ