Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qərbi Azərbaycana qayıdışın reallaşması erməniləri şoka salıb...

Image


Bir vaxtlar indiki Ermənistandan qovulmuş yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı getdikcə daha aktual xarakter almaqda, həm də beynəlxalq platformalarda qəbul olunmaqdadır. Xatırladaq ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bu il iyulun 15-də keçirilmiş görüşdə sözügeən məsələ əsas müzakirə predmetlərindən biri olub.

Ekspertlərə görə, qayıdışın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqların gündəliyinə gətirilməsi bu məsələnin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həlli istiqamətində tarixi bir inkişafdır. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir. Bu baxımdan Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsi zəruri hal hesab edilir. Brüssel sammitindən on gün sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli formatda görüşdə də qayıdış məsələsi yenə diqqət mərkəzinə gəldi. Görüşdən sonra Rusiyanın baş diplomatı Sergey Lavrov çıxışında Qərbi azərbaycanlıların öz yurd-yuvasına qayıtmaq ehtimalına işarə vurdu. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda müvafiq zəmanətləri verməyə hazırdır. Ermənilər də Ermənistan Respublikasında yaşayan vətəndaşlara bütün konvensiyaların tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdırlar. Bundan da o nəticə çıxır ki, Qarabağdakı ermənilərlə Azərbaycan arasında dialoq müsbət başa çatsa, inteqrasiya reallaşsa, Ermənistan da Qərbi Azərbaycana qayıdışı təmin etməlidir. Bütün bunlar artıq Ermənistanda ciddi narahatlıqla qarşılanır. Ermənistanın keçmiş baş naziri, “Azadlıq” partiyasının lideri Qrant Baqratyan hadisələrin Azərbaycanın maraqları çərçivəsində inkişaf etdiyini bildirir: “Qarabağın təslim olmasından sonra növbəti addım azərbaycanlıların Ermənistana köçürülməsi olacaq. Əgər indi Ermənistan əraziləri təslim edilmirsə, deməli, daha pis bir şey baş verir - azərbaycanlıların Ermənistanda məskunlaşdırılması”. Baqratyan qeyd edib ki, danışıqlarda yolların açılması, məcburi köçkünlərin geri qaytarılması məsələlərində Azərbaycanın xeyrinə xüsusi vurğu edilir: “Artıq Qarabağ məsələsi yoxdur. Məsələ Zəngəzurla Ermənistandır. Qərb və Moskva razılaşırlar ki, burada bir güzəşt edən tərəf var və bu tərəfin güzəştləri sayəsində razılaşma mümkündür. Azərbaycan müharibəyə Qarabağ uğrunda başladı. Amma Zəngəzuru alaraq sülh müqaviləsiylə bitirir. Çünki Zəngəzurda 60 min azərbaycanlı yaşasa, İrəvandan kimsə nə Qafana, nə də Gorusa gedəcək”. Baqratyanın sözlərinə görə, Paşinyan Azərbaycana Zəngəzurdan keçən yol vəd edib, amma bunu təmin etməyib, ona görə də Azərbaycan Laçın dəhlizini bağlayıb. Erməni  ekspert Tatev Ayrapetyan isə məsələnin digər tərəfinə nəzər salır: “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi indi Ermənistan və Azərbaycandakı azlıqların hüquqları məsələsinə çevrilib. Bunun nə olduğunu başa düşürükmü? Ermənistan Respublikasının bir dövlət kimi mövcudluğunun təməlində artıq qoyulan digər bir mina odur ki, azərbaycanlılar gəlib bizim ölkədə yaşamalıdırlar. İlham Əliyev bunun əsasını yaradır. Məhz bu məqsədlə ölkəmizi “Qərbi Azərbaycan” adlandırırlar. Bu, Ermənistanı daxildən partlatmaq cəhdi deməkdir. 1000 azərbaycanlını Ermənistana göndərmək kifayətdir ki, vəziyyət dəyişsin”. Erməni ekspert Moskvada üç ölkənin XİN başçılarının görüşünə də münasibət bildirib: “Mən çox kobud, amma real danışıram. Təbii ki, hər bir vasitəçinin öz maraqları var. Amma onlara münasibətdən asılı olmayaraq, fakt budur ki, bizi təmsil edənlər Ermənistanın maraqlarına xidmət etmirlər. Paşinyan şəxsən etiraf edib ki, Mişel və Əliyevin Ağdam vasitəsilə Qarabağa ərzaq çatdırılması məsələsinin müzakirəsini sakitcə dinləyib”.

Bu arada yayılan məlumata görə, Qərbi Azərbaycandan olan soydaşlarımızın yeni şəxsiyyət vəsiqələrində artıq doğulduqları yer erməni toponimləri ilə yox, məhz Azərbaycan toponimləri ilə qeyd olunmağa başlayıb. Prosesə bağlı Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Trend-ə bildirib ki, ermənilər tərəfindən dəyişdirilən, saxtalaşdırılan toponimlərimizin bərpası da tarixi torpaqlarımıza mənəvi qayıdışımızın tərkib hissəsidir: “Mən sizə bir misal çəkim, vətəndaş doğulub 1960-cı ildə Basarkeçər rayonunun Yarpızlı kəndində, Basarkeçər rayonunun adı 1969-da dəyişdirilib Vardenis, Yarpızlı kəndinin adı 1978-də dəyişdirilib Lçavan qoyulub, indi bu vətəndaşın sənədində niyə Vardenis və niyə Lçavan yazılmalıdır? Digər tərəfdən, biz zatən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının 4-cü maddəsinin 9-cu bəndində indiki Ermənistanda “aparılmış yer adları dəyişliklərinin ləğv edilməsini” şərt kimi irəli sürmüşük, onlardan bunu tələb etdiyimiz halda, özümüz ermənilərin saxta toponimlərini niyə qəbul etməliyik? Buna görə də, bəli, Qərbi Azərbaycandan olan vətəndaşlarımızın yeni şəxsiyyət vəsiqələrində, digər sənədlərində doğulduqları yer artıq erməni toponimləri ilə yox, əsli – Azərbaycan toponimləri ilə qeyd olunmalıdır və Nazirlər Kabinetinin bu məsələ ilə bağlı verdiyi qərarı alqışlayırıq. Qərbi Azərbaycan İcması bu məsələdə üzərinə düşən vəzifəni indiyə qədər diqqətlə icra edib, bundan sonra da diqqətdə saxlayacaq”. Qeyd edək ki, Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Qaydalara aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib: “1.5-1. Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ