Bazar ertəsi günü, 09 noyabr 2026
     

İrəvan da qəbul edir: Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası qaçılmazdır

Image


Qarabağda qalan ermənilərin gələcək taleyini həll edəcək əsas ölkənin Azərbaycan olacağını indi Ermənistanda qəbul edənlərin sayı sürətlə artır. İrəvan başa düşür ki, dünya ictimaiyyətinə Qarabağ erməniləri ilə bağlı müxtəlif müraciətlərin də hansısa əhəmiyyəti yoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bunu bir daha təsdiq edib: “Bütün dünyanın məsələni necə həll edəcəyini düşünərək yatıb-oyanması məntiqindən çıxmalıyıq. Baş verənlər ermənilərin problemidir və həll yolları bu fonda tapılmalıdır. Bu o demək deyil ki, məsələn, Rusiyanın hansısa həllə ehtiyacı yoxdur. Rusiyada problemlər var, əlavə olaraq bu da onun üçün problemdir. Və Rusiyanın sülhməramlı missiyasının Qarabağda olması həm siyasi, həm də geosiyasi reputasiya problemidir və bütövlükdə bu missiya şübhə altındadır. Moskvanın, Brüsselin və Vaşinqtonun da həll edə bilmədiyi problemlər var. Müstəqil dövlət kimi problemlərimizi özümüz həll etməli olduğumuz mövqeyindən çıxış edərək, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması haqda sazişə razılaşdım”. Paşinyan xatırladıb ki, 2020-ci ildə müharibə başlayanda koronavirus qlobal problemə çevrilmişdi, bir çox ölkədə hər gün on minlərlə insan ölürdü, hamı bununla məşğul idi: “Bu baxımdan, "hər kəs öz problemini özü həll etməlidir" yanaşmasından çıxış etdik. Digər tərəfdən bizdə hələ də “rus çarına məktub” yanaşması qalır. Nə vaxta qədər bu yanaşma ilə yaşayacağıq? Yeri gəlmişkən, bu yanaşmanın inkişafında Qarabağdakı ermənilərin mühüm rolu var. Moskvanın hansı problemlərinin olduğunu görmürük? Bəs Moskvanın problemlərini kim həll edəcək? Hər kəsin problemi var. Moskvanın mövqeyində ədalətli qeydlər var, bunu diplomatik dildən tərcümə etsək, belə səslənir: siz 30 ildir müstəqil dövlətsiniz, nə vaxta qədər problem olan kimi Moskvaya zəng edəcək, yaxud məktub yazacaqsınız?!”. Paşinyan onu da etiraf edir ki, Azərbaycan danışıqlar masası arxasında Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib: “Mən eşitməmişəm ki, danışıqlar masasında Azərbaycan Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyindən danışmaqdan imtina etsin. Digər tərəfdən, mən razıyam ki, Azərbaycan nümayəndələrinin ictimai bəyanatlarından bu istiqamətdə hazır olduqları nəticəsini çıxarmaq olmur. Qarabağda belə fikirlər səslənir ki, Bakı ilə bu mövzunun müzakirəsi aparılmır, açığı, bu iddialar mənim üçün anlaşılmazdır. Amma Qarabağda dialoqun zəruriliyi ilə bağlı fikirlər də mövcuddur”. Bu açıqlamalar göstərir ki, Ermənistan artıq dünyanın Azərbaycanın daxili işlərinə müdaxilə edib Qarabağdakı ermənilərə görə hansısa radikal addımlar atmasını gözləməyəcək. Bu fonda diqqət çəkən daha bir məqam Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında keçirilən üçtərəfli görüşündəki olduqca maraqlı detaldır. Belə ki, görüş zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış etməzdən öncə nazirin köməkçisi ona yaxınlaşaraq, azərbaycanlıların keçmiş Dağlıq Qarabağ ifadəsini bəyənmədiklərini pıçıldayıb. Bundan sonra Lavrov qarşısındakı mikrofonu söndürüb. Deməli, Rusiyada da Azərbaycanın yanaşmasını qəbul edirlər. Bütün bu reallıqlar artıq Ermənistan tərəfindən mütləq şəkildə nəzərə alınır.

Hazırda Qarabağda qalan müəyyən sayda ermənilərin hay-küy salmalarına baxmayaraq, onların da inteqrasiya məsələsində Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çıxış yolu yoxdur. Bu halda Azərbaycan onlar üçün ölkənin digər vətəndaşlarına yaradılan şəraiti formalaşdırmağa hazırdır. Bunu prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bir daha təsdiq edib: “Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Həmçinin əlavə etmək istəyirəm, Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb. Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Düşünürəm ki, bu, tam şəkildə beynəlxalq hüququn normalarına uyğundur və fikrimcə, Azərbaycanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəyərləndirilir". Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniləri öz vətəndaşları hesab edir. Həmin ermənilər cəmiyyətimizə inteqrasiya olunmalıdır, Azərbaycan qanunları ilə yaşamalıdırlar. Əgər Ermənistan, Qarabağda yaşayan ermənilər Azərbaycan tərəfinin bu çağırışlarına cavab verməzlərsə, təxribatları törətməyə davam edərlərsə, bunun cavabı Azərbaycan tərəfindən sərt şəkildə və formada olacaq. Bunu elə Paşinyan da etiraf edir: “Dünyada beynəlxalq və geosiyasi vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. Bölgəmizdə sabitliyin əsas amillərindən biri hesab edilən dünya nizamı əslində mövcud deyil. Yeni dünya nizamının necə olacağını heç kim bilmir. Yeni dünya düzəninin formalaşması prosesində Ermənistanın təsiri qeyri-müəyyən və qeyri-maddi, geosiyasi qeyri-sabitlikdən irəli gələn təhlükələr isə görünən və realdır. Ukrayna hadisələri ilə bağlı regionumuza geosiyasi təsir azalıb, ənənəvi Şərq-Qərb formulları kifayət qədər effektli deyil. Ermənistanla həmsərhəd olan ölkələrin heç biri digəri ilə qarşıdurma münasibətlərində deyil. Hətta ən aktual məsələlərin həlli düsturu əməkdaşlıq siyasətidir ki, bu da maraqlar balansı hesabına daha səmərəli olur. Bu baxımdan, İran və Gürcüstanla münasibətlərimizin təbii şəkildə inkişaf etdiyini və bundan sonra da inkişaf etməli olduğunu nəzərə alsaq, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətdir”. Elə rusiyalı politoloq Sergey Markov da bildirir ki, Qarabağdakı ermənilərin inteqrasiyadan başqa yolu yoxdur: “Əsas odur ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi tanımasına hazırdır, amma Qarabağ ermənilərinin muxtariyyətini tələb edir. Azərbaycan isə xatırlayır ki, Qarabağda ermənilərin keçmiş muxtariyyəti Birinci Qarabağ müharibəsi və azərbaycanlıların etnik təmizləməsi ilə çox pis başa çatıb. Bakı Azərbaycanın çoxmillətliliyini nəzərə alaraq, muxtariyyət olmadan ermənilərə digər xalqlar kimi ölkəsində yaşamağı təklif edir”. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ