Bazar ertəsi günü, 09 noyabr 2026
     

Aşqabad Transxəzərlə bağlı siyasətini qətiləşdirdi - seçim Azərbaycandır...

Image


Son günlərdə Transxəzər qaz kəməri layihəsi yenidən aktuallaşıb. Xatırladaq ki, bu məsələ “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda da diqqət mərkəzinə gəlib. Həmin tədbirdə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev Transxəzər qaz kəməri layihəsindən də danışıb.

Dövlət başçısı Transxəzər layihəsinin ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslandığını bildirib. Azərbaycanın layihədə oynaya biləcəyi rol barədə isə prezident bunları deyib: “Transxəzər layihəsi ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bunun təşəbbüsünün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin unutmamalıyıq ki, bu gün Azərbaycan üç ildən də az əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur”. Beləliklə, türkmən tərəfi təşəbbüs göstərəcəyi halda Transxəzərin reallaşması mümkündür və Azərbaycan prosesə yardım etməyə hazırdır. Məhz belə bir vaxtda Türkmənistan Xarici İşlər Nazirliyi maraqlı məlumat paylaşıb. Burada qeyd edilir ki, Türkmənistan Transxəzər qaz kəmərinin tikintisinə mane olan heç bir siyasi, iqtisadi, maliyyə faktoru görmür və bu layihə Avrasiyanın enerji təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verə bilər: “Türkmənistanın təşəbbüsü ilə irəli sürülmüş Transxəzər qaz kəmərinin tikintisi ideyası ölkəmiz tərəfindən ilkin olaraq təkcə iqtisadi və kommersiya baxımından sərfəli layihə kimi deyil, həm də istehsalçıların, istehlakçıların və tranzit ölkələrin maraqlarının və faydalarının bərabər nəzərə alınması əsasında qlobal enerji təhlükəsizliyinin və dayanıqlığının əsas şərti kimi enerji axınlarının şaxələndirilməsinin vacib hissəsi kimi qiymətləndirilib. Yeri gəlmişkən, layihənin bütün potensial iştirakçıları bununla razılaşır”. Bununla yanaşı, Türkmənistan XİN xatırladıb: “Paralel olaraq, Türkmənistan BMT çərçivəsində enerji təhlükəsizliyi problemi ilə bağlı geniş maraqlı dialoqa təşəbbüs göstərib və nəticədə, 2008-ci ildə Baş Assambleya tərəfindən “Enerji daşıyıcılarının etibarlı və sabit tranziti və onun davamlı inkişafın və beynəlxalq əməkdaşlığın təmin edilməsində rolu” adlı birinci konsensus qətnaməsinin qəbulu ilə nəticələnib. Yetmiş bir dövlət onun sponsoru oldu. 2013-cü ildə BMT Baş Assambleyası türkmənlərin analoji qətnamə layihəsini növbəti dəfə yekdilliklə qəbul edib”. Bəyanatda vurğulanır ki, Türkmənistan Transxəzər boru kəmərinin tikintisi ideyasını həyata keçirməyə imkan verəcək lazımi siyasi, maliyyə, təşkilati şəraitin yaradılmasına səy göstərib. Bu məqsədlə Türkmənistan, Azərbaycan və Avropa İttifaqının müvafiq enerji idarələrinin rəhbərlərindən ibarət üçtərəfli tərəfdaşlıq mexanizmləri formalaşdırılıb. Məlumatda daha sonra qeyd edilib: “Ümumiyyətlə, Transxəzər boru kəmərinin tikintisi üzrə əməkdaşlıq siyasi və funksional beynəlxalq dəstək alaraq ardıcıl və praktik şəkildə inkişaf edib. Xəzərdə siyasətin əsas prinsiplərini tənzimləyən fundamental sənəd - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci ildə beş sahilyanı dövlət tərəfindən qəbul edildikdən sonra da layihənin beynəlxalq hüquqi qüvvəsi şübhə doğurmur”. Türkmənistan XİN bu sənədin 14-cü maddəsinə istinad edir. Həmin maddədə deyilir: “Tərəflər Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər. Tərəflər Xəzər dənizinin dibi ilə sualtı magistral boru kəmərlərini onların layihələrinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası və onun müvafiq protokolları da daxil olmaqla, tərəfi olduqları beynəlxalq müqavilələrdə müəyyən edilmiş ekoloji tələb və standartlara uyğun olması şərti ilə çəkə bilər. Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üçün yolun müəyyən edilməsi, sualtı kabelin və ya boru kəmərinin keçəcəyi dibin sektorunun məxsus olduğu Tərəflə razılaşdırmaqla həyata keçirilir”. Bəyanatın sonunda deyilir: “Beləliklə, bu gün Transxəzər boru kəmərinin tikintisi birbaşa Türkmənistan və Azərbaycan arasında dəniz dibinin delimitasiyası ilə bağlıdır. Bundan əlavə, Türkmənistan qaz kəmərinin tikintisinə mane olan siyasi, iqtisadi, maliyyə faktorlarının olmadığına əmindir. Əksinə, Transxəzər boru kəməri tamamilə real layihədir, iqtisadi nöqteyi-nəzərdən özünü doğrultmuş, Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə qadir, Avropa istehlakçılarının xammal mənbələrinə uzunmüddətli və fasiləsiz çıxışını təmin etməklə yanaşı, onun həyata keçirilməsi tranzit tərəfinin açıq-aşkar faydalarını və maraqlarını da nəzərə almaqla mümkündür. Buna əsaslanaraq, Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq, Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir”.

Beləliklə, bu açıqlama göstərir ki, Transxəzər Türkmənistan üçün maraqlı layihədir və onun reallaşması üçün Aşqabad tərəfdaşlarla işləməyə hazırdır. Onu da bildirək ki, Türkmənistanda təkcə kəşf edilmiş təbii qaz ehtiyatları 16 trilyon kubmetrdir. Bu da kifayət qədər böyük potensialdır. Transxəzər qaz kəməri layihəsi çərçivəsində təbii qazın Türkmənbaşı limanından Xəzər dənizinin dibi ilə çəkiləcək 300 kilometrlik boru xətti vasitəsilə Səngəçal terminalına çatdırılması və illik həcmin 32 milyard kubmetr olması planlaşdırılır. İlk dövrlərdə Türkmənistanın infrastruktur problemləri Transxəzər qaz kəmərinin reallaşmasına əngəl törətsə də, 2016-cı ildən etibarən Şərq-Qərb qaz kəmərinin fəaliyyətə keçməsi ilə bu maneə aradan qaldırılıb. Türkmənistanın şərqində yerləşən, ölkənin ən böyük qaz ehtiyatlarının gələcəkdə qərb bazarlarına çıxarılması baxımından Şərq-Qərb boru kəməri əhəmiyyətli rol oynamaqdadır. Qazaxıstan və Özbəkistanın da layihədə mümkün iştirakı ilə Mərkəzi Asiya ölkələrindən illik təxminən 50 milyard kubmetr təbii qazın Avropaya nəqli həyata keçirilə bilər. Hazırda belə həcmdə qaz Avropa üçün müstəsna əhəmiyyət kəsb edir. Onu da xatırladaq ki, Bakı Türkmənistanla mübahisəli neft-qaz yatağı olan “Dostluq” yatağının birgə işlənməsinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, yataqdan hasil olunan neft və qaz Azərbaycanın üzərindən dünya bazarına çıxarılacaq. Bu baxımdan, ölkələr arasındakı bu razılaşma Transxəzər boru xəttinin reallaşması üçün də mühüm bazis və təcrübə hesab edilir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ