Bazar ertəsi günü, 09 noyabr 2026
     

Urmiyə gölünə ekoloji qəsd Güneydə yeni etirazlara təkan verdi

Image


Güney Azərbaycanda soydaşlarımızın ciddi narazılığına səbəb olan məsələlərdən biri də Urmiyə gölünə İran hakimiyyətinin hələ də laqeyd münasibət bəsləməsidir. Bu hal Güney Azərbaycanda artıq milli səviyyədə ciddi etirazlara yol açmaqdadır. Belə ki, milli fəallar Güney Azərbaycanın müxtəlif şəhərlərində Urmiyə  gölünün ağır vəziyyəti ilə bağlı broşürlər paylayır və afişalar quraşdırır.

Son günlər və həftələrdə Urmiyə gölünün vəziyyətinin pisləşməsi ilə Güney Azərbaycanının şəhərlərində, o cümlədən Təbriz, Ərdəbil və Urmiyədə milli fəallar Urmiyə gölünün vəziyyəti ilə bağlı broşürlər və bildirişlər paylayıblar. Sosial mediada yayımlanan xəbərlərə görə, Təbriz şəhərində paylanan broşürlərin üzərində “Azadlıq, Ədalət, Milli hökumət”, “Vətən bizi çağırır”, “Harayına hay vermə zamanı”, “Azərbaycan xalqı, gəlin Urmu gölünü qurutmaya izin verməyək, cansız gölümüz bizi çağırır” sözləri dərc edilib. Ərdəbil şəhərinin əhalisi arasında paylanan broşürlərdə isə “Urmu gölü can verir, Urmiyə gölünün qəsdən qurudulması, Azərbaycan millətinin məhvi ilə bərabərdir” və ingilis dilində “Urmiyə gölünü xilas et” cümlələri yazılıb. Urmiyə şəhərində azərbaycanlı milli fəallar şəhərin müxtəlif yerlərində divarlara quraşdırdıqları bildirişlərdə Urmiyə gölünün tamamilə qurumasının fəsadları və bunun Azərbaycan xalqının həyatı üçün təhlükələri barədə xəbərdarlıq ediblər. Həmçinin son günlər müxtəlif şəhərlərdən bəzi vətəndaşlar Urmiyə gölü ətrafına gələrək simvolik şəkildə gölün qurumuş yatağına su töküblər. İran mediasında yayımlanan son elmi araşdırmaların nəticələri göstərir ki, hazırda göldəki suyun həcmi son 60 ildə ən aşağı səviyyədədir. Ətraf mühit məsələləri üzrə bəzi ekspertlər göldəki hazırkı vəziyyəti çox ciddi qiymətləndiriblər. Bu mütəxəssislərdən bəzilərinin fikrincə, Urmiyə gölünün tam canlandırılması artıq mümkün deyil. Bununla belə, Güney Azərbaycanındakı bəzi digər ekoloji fəallar və milli fəallar hesab edirlər ki, İran hökuməti gölün canlandırılması üçün lazımi iradə nümayiş etdirmir. Tənqidçilər hesab edir ki, Urmiyə gölünü dirçəltmək üçün İran hökuməti tərəfindən bəndlərdən gölə müəyyən edilmiş su payının ötürülməsi üçün lazımi addımlar həyata keçirilməyib. Bəzi ekspertlərin fikrincə, Urmiyə gölünün quruması problemi təxminən iyirmi il bundan əvvəl başlayıb. Onlar, əsasən, Mahmud Əhmədinejadın prezidentliyi dövründə gölün üzərində tikilmiş və şimal və cənub hissələr arasında su axınının dayanmasına və beləliklə suyunun buxarlanma sürətinin xeyli artırmasına səbəb olan körpünü, icazəsiz quyuların qazılmasını, yeraltı suların qeyri-peşəkar istifadəyə alınmasını və kənd təsərrüfatı fəaliyyətinin artırılmasını Urmiyə gölünün bu vəziyyətə gəlib çatmasının əsas səbəbləri kimi qiymətləndirirlər. Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi, ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi isə vəziyyətin ağır olduğunu qeyd edir: “Proqnozlara görə, Urmiyə gölü yayın sonuna qədər tamamilə quruyacaq”. Urmiyə gölündə təbii halda 33 milyard kubmetr suyun olduğunu və dünyada ikinci duzlu su gölü hesab edildiyini xatırladan M.Rəzmi vurğulayıb ki, hazırda burada su, təxminən, bir milyard kubmetrə qədər azalıb. Tədqiqatçının sözlərinə görə, Urmiyə gölünün bərpasına nəzarət edən Şərif Texnologiya Universitetinin dərc etdiyi son araşdırmaya əsasən, göldə suyun səviyyəsi ən aşağı həddə düşüb və təcili tədbirlər görülməsə, yayın sonuna qədər tamamilə quruyacağı gözlənilir.

M.Rəzmi Urmiyə gölünün qurumasının əsas səbəbi kimi buraya axan çaylar üzərində 40 böyük bəndin tikilməsini göstərib. O qeyd edib ki, bu bəndlər 20 il əvvəl gölə tökülən 22 çayın üzərində inşa olunub: “Beləliklə, suyun gölə axmasının qarşısı alınıb. Həm də əhalini ərzaq məhsulu ilə təmin etmək bəhanəsi ilə gölün su hövzəsində əkin sahəsini ikiqat artırıblar və gölün ətrafında minlərlə dərin su quyusu qazıblar”. Ötən illərdə keçirilən etiraz aksiyaları nəticəsində bəzi bəndlərin tikintisinin dayandırıldığını söyləyən ətraf mühit məsələlərinin tədqiqatçısı bildirib ki, indi Urmiyə gölü tamamilə quruduğundan, İranın energetika naziri Əli Əkbər Mehrabiani Nazlı və Bərandüz çayları üzərində yeni bəndlərin tikintisinə icazə verib. O, 2016-cı ildə ictimai rəyin təzyiqi ilə Şərif Texnologiya Universitetinin nəzarəti altında Urmiyə gölünün bərpası ilə bağlı qərargahın yaradıldığını xatırladıb: “Bu gölün on il ərzində əvvəlki ekoloji səviyyəsinə çatması və bərpası nəzərdə tutulurdu. Lakin əməli addımlar atmaq əvəzinə bərpa qərargahı yüzlərlə konfrans və komitələr təşkil etdi. Qərargahın yaradılmasından 7 il sonra göl indi son nəfəsini verir. Əslində, bütün bu reklam və təbliğatlara baxmayaraq, göldə heç bir canlanma baş verməyib. Kiçik Zab çayının suyu da gölə çatmayıb. Gölün bərpasına büdcədən ayrılan maliyyə vəsaitləri isə mənimsənilib”. Hüquq müdafiəçisi Urmiyə gölünün tamamilə quruması ilə göl ətrafında yaşayan 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcəyini vurğulayıb. Onun sözlərinə görə, bununla da külək və duz fırtınaları nəticəsində 500 kilometr  radiusda bütün bölgədə həyat imkanlarının məhv ediləcəyi gözlənilir. M.Rəzmi, həmçinin, ölkənin ətraf mühitin mühafizəsi təşkilatının keçmiş rəsmisinin fikirlərinə əsasən, yaxın gələcəkdə 3 milyonluq Təbriz şəhərində yaşayışın mümkün olmayacağını vurğulayıb: "Göldə duzların hazırkı vəziyyəti ilə bağlı yetərincə araşdırma aparılmayıb. Amma duzlar indi kristal şəklində ətraf ərazilərə yayılıb və zamanla toz halına gətiriləcək. Bundan sonra tufanlar və tornadolar o duzları asanlıqla Tehrana və Kərəcə yayacaq və dediyim kimi, indiki tendensiyanın davam etməsi ilə İranın paytaxtında yaşamaq çox çətin olacaq. Hazırda Urmiya gölünün ətrafındakı 40 kənd bu məsələyə görə boşaldılıb və orada artıq əkinçiliklə məşğul olmaq mümkün deyil. Bu proses xüsusilə kristal duzlarının toz halına salınması ilə getdikcə daha böyük radiusa çatacaq və ehtimal ki, beş-on il davam edəcək, ətraf mühit və həmin radiusdakı ərazilərin sakinləri üçün çox təhlükəli vəziyyət yaranacaq”. Ekoloji məsələlər üzrə ekspert qeyd edib ki, bəndlərin qarşısını kəsdiyi su dərhal buraxılmalı və bütün çaylardan gölə su gəlməsi təmin edilməlidir. Həmçinin yeni bəndlərin, eləcə də Nazlı çay və Barandüz çay bəndlərinin tikintisinin davam etdirilməsinin qarşısı alınmalıdır. İndilikdə isə ətraf mühit fəalları və güneyli milli fəallar gölün vəziyyəti və onun tamamilə qurumasının ağır nəticələri ilə bağlı ictimai rəyi həssaslaşdırmaq üçün şəhərlərdə, eləcə də sosial mediada fəaliyyətə başlayıblar. Milli fəallar gölün qurumuş ərazilərindən video-görüntülər hazırlayır və gölün tamamilə qurumasının nəticələri barədə insanları məlumatlandırmaq üçün səsli mesajlar paylaşırlar.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ