Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistanın mülki azərbaycanlılara qarşı mina terroru davam edir

Image


Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti zamanı Ermənistanın törətdiyi ən böyük cinayətlərdən biri də ərazilərimizi minalarla, partlamamış hərbi sursatlarla çirkləndirməsi oldu. 

Minalar və partlamamış hərbi sursatlar dinc əhali üçün böyük təhlükə yaradır, insanların normal həyata qayıtmasına, şəhərlərin və infrastrukturun, kənd təsərrüfatının bərpasına mane olur. Problem həm də odur ki, ölkənin ərazisinin minalardan təmizlənməsi bir neçə il vaxt aparır.

  • İrəvan hələ də beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozur

Ermənistan  tərəfindən piyada əleyhinə minalardan, o cümlədən, özünü məhvetmə mexanizmi olmayanlardan, müxtəlif mina tələlərindən ayrıseçkilik olmadan istifadə edilməsi BMT-nin Bəzi Adi Silahlar haqqında konvensiyalarını, Cenevrə konvensiyalarını və insanlığa qarşı cinayət kimi qiymətləndirilir.

Qeyd edək ki, Ermənistan  işğalın ilk günlərindən ölkəmizdə piyada əleyhinə minalardan geniş şəkildə istifadə edib və Qarabağı, Şərqi Zəngəzuru dünyanın ən çox minalanmış ərazilərindən birinə çevirib. Bununla Ermənistan  beynəlxalq hüququ da kobud şəkildə pozur. Məsələn,  Piyada Əleyhinə Minaların Qadağası Konvensiyasına əsasən,  texniki xüsusiyyətlərindən asılı olmayaraq, hər hansı bir piyada əleyhinə minaların istifadəsi qadağandır. Ermənistan BMT-nin Bəzi Adi Silahlar Konvensiyasının II Protokoluna, Cenevrə Konvensiyalarının I Protokoluna və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq piyada əleyhinə minalardan və mina-tələlərdən istifadədən imtina etməyə borcludur. Amma İrəvan bunu etməyib. Bəzi Adi Silahlar haqqında Konvensiya minaların mülki şəxslərə zərər vurma potensialı olduqda ondan istifadəni qadağan edir. Ölənlərin cəsədlərinə bərkidilmiş mina tələlərindən və digər partlayıcı qurğulardan da istifadə etmək qadağandır: minaların yerləşdiyi yerlər aydın şəkildə qeyd olunmalıdır. Əgər partlayıcı qurğu yerləşirdirilirsə, o, müəyyən müddətdən sonra özünü məhv etmək qabiliyyətinə malik olmalıdır. Lakin Ermənistan  belə minalardan, yəni, özünü məhv etmək qabiliyyətinə malik olan minalar əvəzinə, bunun əksi olan, ərazidə illərlə qala bilən minalardan istifadəyə üstünlük verib. Erməni hərbçilərinin beynəlxalq müqavilələri və humanitar qanunları pozaraq minalardan bu  şəkildə istifadəsi müharibə cinayətidir. Piyada əleyhinə və kamuflyajlı minaların mülki şəxslərə qarşı sistemli istifadəsi də insanlığa qarşı cinayət kimi qiymətləndirilir. Azərbaycan ərazisində törədilən bu cür cinayətlər Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aiddir. Təqsirkarlar universal yurisdiksiya əsasında və Cenevrə Konvensiyalarının müddəalarına uyğun olaraq digər ölkələr tərəfindən də təqib oluna bilər. Elə bu səbəbdən Azərbaycan Ermənistanın mina cinayətlərini bütün beynəlxalq platformalarda qaldırır. “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı prezident İlham Əliyev bir daha bu mövzuya geniş şəkildə toxundu. Dövlət başçısı xatırlatdı ki, təkcə postmüharibə dövründə minalar üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb: “Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə, Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi”. Bununla yanaşı, prezident qeyd edib ki, ermənilərin verdiyi xəritə təqribən 400 min minanı əhatə edir: “Yəni, onlar etiraf etdilər ki, 400 mindən artıq mina basdırıblar. Ancaq biz bilirik və bu, olduqca dəqiq məlumatdır ki, minaların sayı 1 milyona yaxındır”.

  • Düşmən Ermənistan-Azərbaycan şərti dövlət sərhədi boyunca minalama işləri həyata keçirir

Qeyd edək ki, indi də erməni tərəfi beynəlxalq hüquqla qadağan olunmuş minaların istehsalı, daşınması və istifadəsini həyata keçirir. Xüsusilə, söhbət piyada əleyhinə partlayıcı dalğa minalarından, piyada əleyhinə fuqaslı minalardan, istiqamətli fuqaslı minalardan, eləcə də əldəqayırma partlayıcılardan gedir.

Minalanmış ərazilərin böyük hissəsi Azərbaycanın işğaldan azad edilmiş, “təmas xətti” adlanan ərazidən kənarda yerləşən ərazilərinin payına düşür. Yuxarıda qeyd edildiyi kimi, belə vəziyyətdə erməni tərəfi etimad mühitinin yaradılmasına mane olan və regional gərginliyi artıran minalanmış ərazilər barədə dəqiq və dolğun məlumat verməkdən imtina edir. Müharibədən sonrakı dövrdə erməni hərbi birləşmələri yeni mina xətləri yaradır, həmçinin Ermənistan-Azərbaycan şərti dövlət sərhədi boyunca mina işlərini həyata keçirirlər.

Araşdırmalara görə, Ermənistan Müdafiə Nazirliyinin əmri ilə bu ölkədə fəaliyyət göstərən “Elektron” ASC-nin istehsalı olan partlayıcılarla Azərbaycanın ərazilərini minalanması daha çox diqqət mərkəzində olub. Söhbət “Elektron” şirkətinin istehsalı olan PMN-E və PMD-6 piyada əleyhinə minalardan gedir.  Hazırda Azərbaycan əraziləri də ən çox bu minalarla çirkləndirilib. Müharibə zamanı “təmas xəttinin” uzunluğu 250 kilometrə yaxın olsa da, erməni tərəfinin təqdim etdiyi xəritələr cəmi 179 kilometrdir. 71 kilometrlik hissə (36 kilometr Kəlbəcər-Tərtər, 26 kilometr - Tərtər-Ağdam və Xocavənd istiqamətində daha 9 kilometr) ilə bağlı heç bir forma, sənəd təqdim edilməyib. Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməli olduğu barədə şərtlərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərin 75 faizində istehkamçılar, əslində, xəritəsiz hərəkət etməli olurlar. Göründüyü kimi, “mina şantajı” Ermənistan rəhbərliyinin ölkəmizə qarşı taktikasının tərkib hissəsi olaraq qalır. Hazırda minatəmizləmə agentliyi olan ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə minaların zərərsizləşdirilməsi üçün müvafiq addımlar atır. Sadəcə, dəqiq mina xəritələri olmadan proses daha uzun vaxt aparır.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ