Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan Rusiyaya hücum hazırlığına başladı: Ukraynadan sonra hədəf bu ölkədir?

Image


Ermənistanda böyük əksəriyyətin Rusiyadan ciddi narazılığının olması heç kimə sirr deyil. Hətta bu fonda ölkənin Rusiya ilə qarşıdurmaya hazırlaşmasının vacibliyini bəyan edənlərin də sayı yetərincədir. Qeyd edilən xüsusda “armeniareport” portalı yazır ki, İrəvan Ukrayna təcrübəsini öyrənməli, Rusiya ilə mübarizədə dünyanın yanında olmasını təmin etməlidir.

Bununla bağlı portal yazır: “Biz Ukraynanın təcrübəsindən öyrənməliyik. Ukrayna öz problemlərinin dünyada hər şeydən üstün tutulmağa başlanmasına əmin oldu. Ukrayna prezidenti Vladimir Zelenskinin siyasəti hökumətdəki problemləri inkar etmək, bütün neqativ cəhətlərdən, o cümlədən dəhşətli korrupsiya ittihamlarından yan keçmək, eyni zamanda dünyanı Ukrayna üçün daha çox işlər görməyə çağırmaqdır. Bunun necə işlədiyinə dair bir çox nümunəni artıq görmüşük. Rusiya ilə qaçılmaz olan böyük müharibəyə hazırlaşa bilməyən Zelenski sonda Qərbi Ukraynaya lazım olan hər şeyi - ölkədə iqtisadi sabitliyi qorumaq üçün on milyardlarla dollardan tutmuş, ən qabaqcıl Qərb silahlarının getdikcə daha çox yeni təchizatına qədər təmin etməyə məcbur edə bildi. Son xəbər odur ki, Ukrayna F-16 qırıcılarını alacaq, lakin onların çatdırılması bir neçə ay çəkəcək. Bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib. Ermənistan belə keyfiyyətli və bu qədər miqdarda Qərb silahı əldə etməyi xəyalına belə gətirmir. Amma biz bu silahların Azərbaycana və Türkiyəyə verilməməsini tələb edə bilərik. Amma indi, necə deyərlər, yalnız bu işdən danışmaq da tam düzgün deyil. Bu cür təbliğat şousu baş verməzdən əvvəl bu haqda danışmaq daha düzgün olardı. Bəli, kimsə etiraz edə bilər ki, Ermənistanda çoxlu sayda problemlər var, o cümlədən söz azadlığı. Amma buna görə də Ukraynanı misal çəkdik, çünki bu ölkənin rəhbərliyi dünyanın diqqətini onların problemlərindən öz ehtiyaclarına çevirməyi bacarıb. Ermənistan Ukraynadan sonra Rusiyanın müharibə edəcəyi növbəti ölkə olmaq risqini daşıyır. Biz Rusiyanın müxtəlif siyasətçilərindən dəfələrlə dövlətimizə qarşı təhdidlər eşitmişik”. Erməni politoloq David Arutyunov qeyd edir ki, İrəvan Moskvadan daha sürətlə üz çevirir: “Son günlər Ermənistanın xarici siyasət fəaliyyətinin Amerika və Avropa istiqamətlərində aktivləşməsi nəzərə çarpır. Respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan bu günlərdə ABŞ-da səfərdə olub və Pentaqon rəhbərliyi ilə ikitərəfli hərbi əməkdaşlıq imkanlarını müzakirə edib. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və bu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşinqtona səfər ediblər. Avropa İttifaqının Ermənistana münasibətdə aktivləşməsi də göz önündədir. Bu günlərdə müdafiə idarəsinin rəisi Suren Papikyan Parisdə işgüzar səfərdə olub. Bunun fonunda Ermənistan cəmiyyətində İrəvanın hazırkı təhlükəsizlik sistemindən tədricən “Qərb standartlarına” çıxması ideyası aktuallaşmağa başladı. Bəs Qərb hadisələrin bu cür inkişafına hazırdırmı? Vəziyyətdən göründüyü kimi, Qərb tərəfdaşları tərəfindən belə bir istək yoxdur. Sadəcə olaraq, Qərbdən belə bir hazırlıq yoxdur və yaxın gələcəkdə də olmayacaq. Çünki Rusiya-Ukrayna münaqişəsi və ABŞ-la Çin arasında münasibətlərdə artan gərginlik səbəbindən Qərb ölkələrində müəyyən məhdudiyyətlər yaranıb. Onu da nəzərə almaq lazımdır ki, Qərb dövlətlərinin Ermənistanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olması onların Türkiyə ilə münasibətlərində gərginliyə səbəb ola bilər. Bu, açıq-aydın baş verməyəcək, çünki Türkiyə, Ermənistandan fərqli olaraq, Qərb ölkələri üçün daha çox prioritetdir”.

O hesab edir ki, Ermənistan açıq-aşkar Qərblə münasibətləri inkişaf etdirmək istəsə də, bu istəyi təhlükəsizlik sisteminin modifikasiyası, o cümlədən KTMT-dən çıxmamaq kontekstində nəzərdən keçirməlidir: “Biz hamımız görürük ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı tez-tez tənqidlər səsləndirir. Amma buna baxmayaraq, respublikanın KTMT-dən çıxarılması üçün real addımlar atılmır. KTMT-ni tənqid edən mesajlar daha çox Qərbə hesablanıb. Təşkilata üzvlüyün dayandırılmasından və ya orada iştirakın dondurulmasından danışmaq olar. Əgər Qərb ölkələri KTMT çərçivəsində mövcud olan təhlükəsizlik təminatlarını verməkdən imtina edərsə, ölkənin alternativ təminatçısı qalmayacaq”. Amma buna baxmayaraq, Rusiya və Ermənistan arasında münasibətlər sürətlə pisləşir. Xüsusən də  Ermənistan parlamentinin ölkənin Roma Statutuna qoşulmasını ratifikasiya etməyə hazırlaşması bunun təsdiqidir. Rusiya Federasiya Şurası sədrinin müavini Yuri Vorobyov bu xüsusda bildirib: “Ermənistan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün risqləri qiymətləndirməlidir”. Bu, Haaqa Məhkəməsinin baxdığı bütün işləri Ermənistanın tanıması deməkdir. Biz erməni həmkarlarımızın bu addımının anti-Rusiya olmadığı kontekstindən çıxış etsək də, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur”. Y.Vorobyov Ermənistan parlamentarilərini müttəfiqlik münasibətlərini və Roma statutunu qiymətləndirməyə çağırıb. Qeyd edək ki, 2022-ci ilin sonunda Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərib. Xatırladaq ki, Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putini Ukraynada uşaqların itkin düşməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm verib. Ermənistan Roma Statutunu qəbul edərsə, Putin İrəvana gəldiyi halda onu həbs etməlidir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ