Bazar ertəsi günü, 09 noyabr 2026
     

“Milli şuraçıların” Fransa “sevgisi”, Tofiq Yaqublu və Aleksandr Matrosov... - Abutalıb Səmədov yazır...

Image


Bu günlərdə  “milli cahillər şurası”nın daha bir lideri Tofiq Yaqublunun qətiyyən anlamadığı məsələlər barədə “mötəbər şərh”lərini, daha doğrusu uydurduğu nağılları izlədim.

Üstəlik onun bu “cahil cəsarəti”ni iqtisadçı-alim Qubad İbadoğlunun proqramında nümayiş etdirməsindən açığı çox təəccübləndim.

Hər halda belə bir avantüraya girişməzdən əvvəl adam  anlamalı idi ki, qarşısında savadlı insan əyləşib və yol verdiyi “qələtləri” üzünə vurmasa da, hər halda alim “incəliyi” ilə onunla müəyyən “izahat işi” apara bilər.

Tofiq Yaqublu kimi möhtəşəm “ana müxalifət” lideri üçün ona ünvanlanan- “məsələdən anlayışın yoxdur” eyhamı belə əlbəttə ki, ölümə barəbər olmalıdır.

Çünki o adi siyasətçi deyil.

Çünki o “milli cahillər şurası”nın “şanlı” rəhbərləri- Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli kimi özlərini prezident olmağa layiq hesab edən azsaylı “siyasət nəhənglərindən” biridir.

Çünki o qərbin müəyyən dairələrinin “ana” durumuna gətirdiyi və hakimiyyətə ən çox iddia edən müxalifətin ən aparıcı simalarından biridir...

...Bir sözlə Tofiq Yaqublu alim hüzurunda olduğunun fərqinə varmadan ağzına gələni danışdı.

Və savadına güvəndiyimiz alim də onun nağıllarına bütün gücünü səfərbər edərək, necə deyərlər “pürdiqqət”  qulaq asdı və bizə türk qardaşlarımız demiş “xəyal qırıqlığı” yaşatdı.

Anladıq ki, “siyasi xadim” Tofiq Yaqublunun “Qarabağ məsələsi” barədə danışdıqlarından həmkarı Qubad İbadoğlunun da heç bir anlayışı yoxdur.

Bu yerdə alim Qubad İbadoğlunun ünvanına atalarımızın-“sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” misalını deyib, elmimizin və alimlərimizin durumu ilə bağlı dərindən bir ah çəkək və keçək Yaqublunun nağıllarına.

Bəri başdan deyək ki, onun Qarabağ məsələsi barədə “mülahizələrinə” digər səngər yoldaşları kimi “Aleksandr Matrosov sayağı” Fransanı müdafiə etməklə başlaması bizi qətiyyən təəccübləndirmədi.

Çünki, “milli cahillər şurası” qərbin ciddi səyləri ilə “ana” durumuna salınıb və Yaqublu demişkən dünyanın güclü dövlətlərindən olan Fransa qarşısında “ana” kimi davranması heç kimi təəccübləndirməməlidir.

Təəccüblü olan Yaqublunun ağzından çıxartdıqlarının qulaqlarının eşitməməsi və onun heç bir məsuliyyət hiss etmədən ağzına gələni səsləndirməsi idi.

Gəlin diqqətlə onun nitqini dinləyək, görək Azərbaycan hakimiyyətini “Makronu hədəf seçməkdə” günahlandıran “ana” müxalifət lideri nə deyir:

“Bəli, Fransa ermənipərəst ölkədir. Yenə deyirəm, burda qəbahətli bir şey yoxdur. Bizim fərd olaraq kiməsə simpatiyamız var, kiməsə antipatiyamız var. Dövlətlər də belədir...”.

Fransanın ermənipərəst olmasında qəbahət görməyən Yaqublu elə danışır ki, elə bil söhbət ermənilərin son 35 ildə xalqımıza fəlakətlər yaşatdığı “miatsum” avantürasından deyil, Messi-Ronaldu çəkişməsindən, onların hansının daha böyük olması barədə mübahisələrdən gedir.

Anlamır ki, Fransanın onun  qətiyyən “qəbahət saymadığı” “ermənipərəst mövqe tutması” əslində adi simpatiya məsələsi deyil, böyük bir dövlətin sülhün, ədalətin, beynəlxalq hüquq prinsiplərinin “anasını ağlatması”, onminlərlə insanın faciəsinə şərait yaratması deməkdir.

Yaqublu davam edir: “Baxın Makron bu ölkənin prezidentidir. Və bu ölkənin həm Senatı, həm də Xalq Məclisi(Milli Assambleyası demək istəyir) Dağlıq Qarabağın müstəqilliyini tanıyıb. Bircə addım qalıb-Makronun qətnaməni təsdiqləməsi. Məntiqnən İlham Əliyev hər şeyi eləməlidir ki, Makron bu addımı atmasın...”.

Adamın nə Fransadakı vəziyyətdən, nə də beynəlxalq məsələlərdən qətiyyən anlayışı yoxdur.

Anlamır ki, Fransa parlamentinin müzakirəsinə bu məsələnin çıxması üçün ona “Yelisey sarayı” və şəxsən Makron xeyir-dua verməlidir.

Dərk eləmir ki, məsələni müzakirəyə hakim partiyanın təmsilçiləri çıxarıb və bu addım Makronun istəyilə atılıb.

Anlamır ki, parlamentin hər iki palatasının onun dediyi kimi “Dağlıq Qarabağı tanımaq” səlahiyyəti yoxdur.

Dərk eləmir ki, həm Senat, həm də  Milli Assambleya icra hakimiyyətinə belə bir təkliflə müraciət etməkdən, tövsiyyə verməkdən o tərəfə keçə bilməz.

Dərk eləmir, çünki, heç nə oxumur.

Çünki biliyi, savadı yoxdur.

Üstəlik, Yaqublunun  digər “böyük siyasətçi” cəbhədaşları kimi oxuduqlarını, eşitdiklərini anlamamaq problemi də var.

Ancaq bu naqisliklər təkcə ona məxsus  deyil. “Səngər yoldaşları”nın hamısı onun günündədir.

Oxumurlar, öyrənmirlər. Çaşıb oxuduqlarını, eşitdiklərini də anlamırlar.

Ancaq danışmaq, ağıllı, savadlı görünmək, populyar olmaq istəklərini də boğa bilmirlər.

Özləri ilə bacara bilmirlər!

Bu səbəbdən çıxıb danışırlar və danışdıqca batırlar...

İndi Yaqublu bizi qorxudur ki, Makronun xətrinə dəysək, əsəbləşər və “qətnaməni təsdiqləyər”.

Yenə də anlamır ki, heç bir simpatiya bəsləmədiyi Kosovonun müstəqilliyini Avropa birliyində birinci tanıyan Fransa biabır olmayacağına, arxasınca kimlərinsə gələcəyinə inansaydı “Dağlıq Qarabağ” adlanan qondarma dövləti çoxdan tanıyardı.

Anlamır, çünki parlament qətnamə qəbul edərkən Fransa hökuməti təmsilçilərinin mövqeyi barədə heç nə bilmir.

Bilmir, çünki, bilmək  üçün oxumaq, öyrənmək lazımdır.

Bunların isə belə “dərdi” yoxdur.

Onlar bilik sahibi olmadan hər şey barədə “şəxsi mülahizələrini” söyləmək haqqına sahib olduqlarını düşünən cahillər zümrəsinə aiddirlər.

“Milli şuraçılar” Fransa Xarici işlər nazirliyinin dövlət katibi Jan Batist Lemuanın -“Fransanın Dağlıq Qarabağı təktərəfli tanımasının nə Ermənistana, nə Qarabağa, nə də Fransaya xeyri olmayacaq...” bəyanatından da təbii ki, xəbərsizdirlər.

Məhz “Fransaya və ermənilərə xeyri olmayacağına görə” Makron parlamentin “tövsiyyəsinə” əməl etmədi.

Əgər olsaydı nə Yaqublu və əqidədaşlarının Fransayanlı bəyanatlarına, nə də Azərbaycan prezidentinin haqlı tənqidlərinə baxmazdı.

Dəstək verən olmayacağını anladı.

Fransanın meydanda tək qalacağını başa düşdü.

Makron “ötürmə” verərək parlamentə belə bir qətnamə qəbul etdirsə də, Fransa bu cür addım atan ilk dövlət olsa da sonda fransızlar nəhayət anladılar ki, Azərbaycan Serbiya deyil və “Kosovo senarisi” burda keçməyəcək.

Fransızlar anladılar.

Ancaq Tofiq Yaqublu və “milli cahillər şurası”na rəhbərlik edən “möhtərəmlər” hələ anlaya bilməyiblər.

Deyirlər ki, Azərbaycan prezidenti nə olursa-olsun Makronun xətrinə dəyməməlidir.

Bəyan edirlər ki, Makron-“Azərbaycan Qarabağa qarşı dəhşətli müharibə başlayıb minlərlə insanın ölümünə bais oldu”-deyərək İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının xatirəsinə hörmətsizlik edirsə və bu böhtanı Praqa görüşündən dərhal sonra səsləndirirsə, sən susmalı və səsini çıxarmamalısan.

Azərbaycan hakimiyyətinin ikinci dəfə alicənablıq göstərib onun Kişinyov danışıqlarında iştirakına razılıq verməsindən dərhal sonra Makron ermənilərdən daha çox erməni olması ilə öyünürsə, “Artsax” barədə yalnız özünün “konsepsiyası”nın olmasını deyirsə, həmin qondarma qurumu necə müdafiə etməsindən, danışıqlarda Paşinyanın zəifliyindən, Azərbaycan prezidentinə “təzyiq göstərməsindən” danışırsa yenə susmalısan və səsini çıxarmamalısan.

Çünki Fransanın “şanlı prezidenti” əleyhinə nəsə deyiləndə qərbin ürəyinə və cibinə görünməz tellərlə bağlanan “şuraçılar”ın xətrinə dəyə bilər.

Çünki onlar adi müxalifətçilər deyillər, qərbin yardımı ilə “ana” olan, yaxud, “ana” olmağa hazırlaşan və bu səbəbdən çox həssas dönəm keçirən müxalifətin liderləridirlər.

 Məhz bu səbəbdən sən susmalısan və Yaqublunun arxasınca onun söylədiklərini təkrarlamalısan.

Danışıqların gedişindən bixəbər olsan da, özünü Məşədi İbad demişkən “obrazovanski” göstərməlisən və deməlisən ki, “Fransanın mövqeyi çox normal mövqedir, bizə sərf edən mövqedir”.

Sonra da Valday forumu barədə onun kimi ağzına gələni danışmalısan ki, sənə qulaq asan cahillər Qubad İbadoğlu kimi “alim pozası” alıb-“kişi dəryadır”-hökmünü versinlər.

Onların o pozadan çıxmasına qətiyyən imkan vermədən, heç bir tərəddüdə yol vermədən Yaqublunun arxasınca getməli və  onun kimi “üyütməlisən”: “...Putin dedi ki, Vaşinqton və Brüssel hesab eləyir ki, Dağlıq Qarabağ ermənilərinin heç bir statusu olmamalıdır və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Amma mənsə hesab edirəm ki, Dağlıq Qarabağ ermənilərinin bir özünəməxsusluğu var, onların bir statusu olmalıdır. Baxın İlham Əliyevin söydüyü, təhqir elədiyi bu Brüsselin təklif elədiyi variant, hansı ki, o prosesi aparan Makrondur. Praqada da Şarl Mişelnən yanaşı Makron oturubdu, Brüsseldə də Şarl Mişelnən yanaşı Makron oturubdu. Yəni, əsas skripkada çalan Makrondu... ”.

Hələ bitmədi. Bu səviyyəli bəyanatları verlişin sonuna qədər arxa-arxaya düzməkdə davam etdi Tofiq Yaqublu.

Mən isə davam etməyəcəyəm.

Çünki, Yaqublu kimiləri öz cahillikləri ilə Azərbaycan siyasətinin səviyyəsini onsuz da mümkün olan qədər endiriblər.

Onun savadsız və hazırlıqsız olduğu ağlı başında olan heç kimdə şübhə doğurmur.

Ancaq Yaqublunu vicdanlı insan sayanlar kifayət qədərdir.

Bu səbəbdən mən ona məsləhət görərdim ki, Putinin Valdayda verdiyi “təxribatçı bəyanatı” bir daha diqqətlə oxusun.

Onun danışdığı nağılla Putinin dediklərinin fərqli şeylər olduğunu görəndə əgər həqiqətən vicdanı varsa xəcalət çəksin və “bu səviyyə ilə mənim siyasətdə nə işim var?”-sualını özünə versin.

Qaldı Makronun skripka çalmaq məsələsinə.

Birincisi, Makron prezidentimizin yüksək qiymətləndirdiyi “Brüssel prosesi”ndə yoxdur.

Avropa Siyasi Birliyinin sammitləri zamanı keçirilən danışıqlarda isə çox güman ki, bundan sonra iştirak edə bilməyəcək.

Yəni, Tofiq Yaqublunun dediyi o skripkanı, yaxud, başqa bir aləti Azərbaycanın problemlərinin müzakirə olunduğu və prezidentimizin iştirak etdiyi toplantılarda çala bilməyəcək.

 Moskva və Vaşinqton variantları arasında mövcud olan fərqlər məsələsinə gəldikdə.

Kaş ki, həmin şəhərlərin adları ilə tanınan variantlar arasında mövcud olan fərqliliklər “milli cahillər şurası”nın liderlərinin səviyyəsi və iddiaları kimi bəsit olaydı...

Abutalıb Səmədov
"Alyans" strateli araşdırmalar mərkəzinin sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ