Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanla inteqrasiya tərəfdarı ermənilərin sayı artır

Image


Qarabağda vəziyyət getdikcə pisləşir. Bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb. Nəşrə görə, Qarabağda “siyasi qüvvələr” var ki, onlar Arayik Arutyunyanı Azərbaycanın verdiyi təklifi qəbul etməyə inandırmağa çalışırlar: “Başqa sözlə, Qarabağın Azərbaycana reinteqrasiyası bu vəziyyətdən daha az təhlükəli hesab olunur. Bu qüvvələrin pioneri Samvel Babayanın “Vahid Vətən Partiyası”dır”.

Beləliklə, real vəziyyət Qarabağ erməniləri arasında Azərbaycanla inteqrasiya tərəfdarlarının olduğunu göstərir və onların sayının artacağı da istisnalıq təşkil etmir. İndiki halda inteqrasiya məsələsində Qarabağdakı ermənilər arasında artıq ikitirəliyin yaranması müşahidə edilir. Deməli, Qarabağda ermənilərin heç də hamısı inteqrasiya əleyhinə deyil. Məsələ burasındadır ki, Azərbaycan milli və etnik mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar təmin etməklə, ölkə qanunvericiliyinə və Konstitusiyasına uyğun olaraq erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətlidir. Bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqədə olmaq, regionda su, nəqliyyat, enerji təchizatı və digər məqamlarla bağlı mühüm məsələləri həll etmək üçün ardıcıl səylər göstərir. Hətta dövlət Qarabağdakı ermənilərin reinteqrasiyası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib. Sadəcə, xüsusi nümayəndənin yerli ermənilərlə ilk görüşündən sonra erməni tərəfi aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək Bakıda müzakirələrin növbəti mərhələsini əngəlləyib. Lakin bunun yanlış olduğunu indi Qarabağdakı ermənilər də görür. Qeyd edək ki, ilk olaraq Azərbaycan belə bir dialoqa başlamaq təşəbbüsü ilə çıxış edib. Amma bu xoşməramlı jestlər qarşılıqlı olmalıdır. Erməni politoloq Argişti Kiviryan bu fonda qeyd edir ki, hazırda Qarabağdakı ermənilərin iki yolu var, ya Rusiya, ya da Azərbaycanla inteqrasiya. Onun sözlərinə görə, dürüst olmaq, hər şeyi etiraf etmək lazımdır: “Əgər biz xalqa qarşı dürüst olsaq, etiraf etməliyik ki, hazırda Qarabağın iki yolu var: ya Rusiya, ya da Azərbaycanla inteqrasiya. Təbii olaraq erməni xalqının xeyrinə işləsə və sonda daha ağrılı olmayacaqsa, vaxtı bir az da uzatmağa cəhd etmək olar. Amma bu mümkün deyil, Rusiya variantı da çətin reallaşsın. Ona görə yeganə yol Azərbaycanla inteqrasiyadır”.

Rəsmi Bakı ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri ya Azərbaycanın qanunları ilə yaşamalıdırlar, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar. Xatırladaq ki, müharibədən keçən dövr ərzində Azərbaycan bu məsələ ilə bağlı niyyətini ortaya qoyub və konkret addımlar da atıb. Qarabağ iqtisadi rayonunun yaradılmasına və prezident İlham Əliyevin həmin rayon üzrə xüsusi nümayəndəsinin mövcudluğuna bu aspektdən də baxmaq olar. Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərlə iqtisadi baxımdan münasibətlərin qurulmasını istəyir. Bəzi ekspertlərə görə, proseslə bağlı konkret işlər Ermənistanla münasibətlərin normallaşmasından sonra başlaya bilər. Bunun isə sülh müqaviləsinin imzalanmasından sonra gerçəkləşməsi mümkündür. Amma delimitasiya və demarkasiya prosesi də buna öz təsirini göstərəcək. Konkret mexanizmlər məsələsinə də aydınlıq gətirilməlidir. Ermənilərə Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edə biləcəkləri konkret yer olmalıdır. Pensiya təminatından tutmuş, digər sosial məsələlərə qədər ermənilərə informasiyalar verilməlidir. Bundan sonra da ordakı erməni əhali qərar verməlidir. Onlar ya bu qeyri-müəyyənlik dövrünün uzadılmasını, ya da Azərbaycan vətəndaşı olaraq yaşamağı seçməlidirlər. Amma hazırkı proseslər ermənilərin reinterasiyasına yaxşı şərait yaradır. Azərbaycan Qarabağı bərpa edir, Şərqi Zəngəzurda böyük layihələrin icrasını həyata keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, ermənilər gələcəkdə reinteqrasiya prosesinə cəlb olunacaqlar. Reinteqrasiya prosesində müxtəlif konsepsiyaların da icrası vacibdir. Bunlar fonunda ermənilər görür ki, Azərbaycanda ayrı-ayrı xalqların nümayəndələri yaşayır və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Daha əvvl bu xüsusda prezident İlham Əliyev qeyd edib: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”. Hazırda yaranan şərait və bütün şərtlər Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün gəlib çatdığını göstərir. Əslində, Qarabağdakı erməni əhalisinin müəyyən hissəsinin buna hazır olduğu barədə siqnallar da gəlməkdədir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ