Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan - Ermənistan normallaşmasında Qərb önə çıxır, sülhməramlılar tezliklə Qarabağı tərk edəcək...

Image


Bəlli olduğu kimi, bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Rusiya və Qərb platformasında danışıqlar gedir. Eyni zamanda bu məsələdə Rusiya və Qərb arasında bir rəqabət də müşahidə olunur.

Bu arada diqqət çəkən məqamlardan biri budur ki, iyulun 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqlarının başlamasına az qalmış Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlama Moskvanın Cənubi Qafqazdakı nizamlanma prosesindəki roluna təhlükə ilə bağlı həyəcan siqnalı sayıla bilər. Belə ki, Rusiya XİN-i tərəfləri dərhal Kremlin vasitəçiliyi ilə əldə edilmiş əvvəlki razılaşmalar əsasında sülh müqaviləsi layihəsinin hazırlanmasına çağırıb və müqavilənin Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmalı olduğunu bildirib. Azərbaycan bu fonda 2020-ci ildəki müharibədən sonra Qarabağda 1960 nəfərlik sülhməramlı kontingent yerləşdirən Moskvanı atəşkəs razılaşması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməkdə təqsirləndirərək Rusiyanın bəyanatını kəskin tənqid edib.  Moskvanın əsas narahatlığı 2025-ci ildə ölkədə qalma müddəti sona çatacaq sülhməramlı qüvvələrin Qarabağda hərbi mövcudluğunu saxlamaqla bağlıdır. Rusiya bunu istəsə də, Bakı məsələnin qəti əleyhinədir. Burada onu da xatırlatmaq lazım gəlir ki, mayın 25-də Moskvanın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında keçirilən sonuncu danışıqlar heç bir nəticə vermədən başa çatıb. Bundan fərqli olaraq, ABŞ və Avropa İtıfaqının vasitəçiliyi ilə mayın əvvəlində başlayan danışıqlar marafonunda davamlı irəliləyiş qeydə alınıb. Ekspertlərin fikrincə, Qərb Bakı ilə İrəvan arasında vasitəçilik rolunu öz üzərinə götürməklə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyətindədir. Belə görünür ki, Rusiya Azərbaycan-Ermənistan nizamlanmasının hər bir tərkib elementində təsir vasitələrini əldən verməkdədir. Həm Azərbaycan, həm də Ermənistan dəfələrlə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətindən narazılıqlarını bildiriblər. Azərbaycan Ermənistandan Qarabağa silah və qoşunların çatdırılması üçün sülhməramlıların nəzarətində olan Laçin dəhlizindən istifadə olunduğunu bildirir. Bakı, həmçinin bəyan edir ki, Rusiya tərəfi 2020-ci il atəşkəs razılaşması çərçivəsində regiondan Ermənistan hərbi qüvvələrini çıxarmaq barədə öz öhdəliklərini yerinə yetirməyib. Rusiyanın etirazına rəğmən, Azərbaycan yuxarıda göstərilən “qanunsuz fəaliyyətin” qarşısını almaq üçün aprel ayında Laçın yolunda nəzarət-buraxılış məntəqəsini quraşdırıb. İyul ayında Laçın dəhlizinin açılması ilə bağlı Moskvanın təkrar çağırışlarına cavab verən Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, ölkəsinin məsələyə öz milli maraqlarına əsaslanan konkret baxışı var: “Beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə məsələləri həll etmək üçün Azərbaycan dövlətinin özünün konkret baxışı var”.

Öz növbəsində, Ermənistan Qarabağa Rusiya sülhməramlı qüvvələrini əvəzləyə biləcək beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinə səsləyib. Lakin Azərbaycan buna razılıq vermədiyindən, İrəvanın bu istəyinin həyata keçməsi mümkünsüzdür. Eyni zamanda ölkəmiz rus sülhməramlılarının da 2025-ci ilə kimi regionu tərk edəcəyini bəyan edib. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib ki, Rusiyanın 2020-ci il atəşkəs razılaşmasına əməl edəcəyinə və 2025-ci ildə öz qoşunlarını Qarabağdan çıxaracağına inanır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu məsələyə münasibəti isə maraqlıdır: “Regionda gərginliyin qaldığı bir vaxtda Qarabağda Rusiya sülhməramlı missiyasının fəaliyyətinə ehtiyac getdikcə artır.

Xatırladıram ki, Rusiya sülhməramlıları Qarabağda özlərinin mühüm stabilləşdirici rollarını oynamaqda davam edirlər. Onların əsas vəzifəsi atəşin və döyüş əməliyyatlarının qarşısının alınmasıdır. Regionda gərgin vəziyyətin qalmaqda davam etməsi nəzərə alınarsa, onların fəaliyyətinə indi daha çox ehtiyac var”. Zaxarova Ərdoğanın Rusiya sülhməramlılarının Qarabağı 2025-ci ilədək tərk etməli olacaqlarına dair bəyanatını şərh edərkən deyib ki, Türkiyə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tərəfi deyil: “Rusiya sülhməramlıları Qarabağda məhz bu razılaşmanın əsasında yerləşdirilib. Məhz bu sənəddə sülhməramlıların regionda qalma müddəti və bu müddətin daha beş il uzadılması üçün parametrlər əksini tapıb. Cənubi Qafqazda sülhün saxlanması Azərbaycan və Ermənistanın, məncə habelə Türkiyə də daxil, regionların marağındadır. Bununla bağlı biz Ağdam rayonundakı Rusiya-Türkiyə mərkəzi çərçivəsində türkiyəli partnyorlarımızla mühüm qarşılıqlı fəaliyyətimizi qeyd edirik”. Beləliklə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalmasında maraqlıdır. Amma Azərbaycan buna imkan vermək niyyətində deyil və Qarabağdakı ermənilərin inteqrasiya prosesini 2025-ci ilə kimi başa çatdırmağı düşünür. Bu halda Rusiya sülhməramlı qüvvələrinə də ehtiyac qalmır. Azərbaycan bir neçə dəfə Xankəndi nümayəndələrini reinteqrasiya və infrastruktur layihələrini müzakirə etmək üçün vasitəçi olmadan Bakıda görüşməyə dəvət etsə də, Qarabağ erməni icması bunu rədd edib. Amma Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib ki, təmsil etdiyi qurum Bakı və Xankəndi arasında dialoqa çox güclü dəstək verir. Onun sözlərinə görə, bu dialoq erməni sakinlərinin hüquq və təhlükəsizliyini təmin edəcək həlli tapmaq üçün irəliyə doğru aparan yeganə yoldur. Bu fonda erməni  ekspert Ara Poğosyan deyir ki, İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması Rusiya üçün 2025-ci ildən sonra regiondakı mövcudluğunu əsaslandırmağı çətinləşdirib: “Rusiyanın regionda təsiri əhəmiyyətli dərəcədə azalacaq və bu, hətta Rusiya qoşunlarının Ermənistanın özündən çıxarılmasına gətirib çıxara bilər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ