Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycanda cəmiyyətin sosial-siyasi fəallıq anlayışı və dövlətin prosesdə iştirak formaları...

Image


Hər bir dövlət insan hüquqlarını və azadlıqlarını təmin etməyə borcludur. Bu məsələdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların özünün üzərinə məsuliyyət düşür. Söhbət ondan gedir ki, hər kəs ilk növbədə öz hüquqlarını öyənməli, bilməlidir.

Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı “Milli Fəaliyyət Planı” hazırlanıb. Sənəd ümumi olaraq 5 hissədən və 48 bənddən ibarətdir. Sənəddə “Qanun layihələrinin hazırlanması”, Avropa Şurası ilə birlikdə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, Azərbaycan Respublikasının cinayət və seçki məcəllələrinə əlavələr və dəyişikliklərin, habelə “Alternativ xidmət haqqında”, “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihələrinin hazırlanması, “İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq”, “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin görülməsi və digər məsələlər qeyd olunub. Bütün bunlar məhz insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətin həyata keçirdiyi layihələrin bir hissəsidir. Nəzərə almaq lazımdır ki, müasir və demokratik dövlətçiliyin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları cəmiyyətin inkişafının əsas dinamik lokomotivi sayılır. Cəmiyyətin inkişafına təkan verən əsas amillərdən biri də vətəndaşların sosial və siyasi fəallığıdır. Bu ustiqamətdə ölkədə böyük işlər görülüb.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahələrində son 30 ildə Azərbaycan hansı uğurlara nail olub, islahatlar keçirilib?

  • “Bütün bunlar Azərbaycanın demokratiyaya necə sadiq bir ölkə olduğunu göstərir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “İnsan hüquq və azadlıqların müdafiəsi bütün bəşər tarixində əsas məsələlərdən biri olub. İnsanlar daim bu hüquq və azadlıqlar uğrunda mübarizə aparıblar. Dünyada bununla bağlı inqilablar olub, qan tökülüb və bu gün də sözügedən proses davam edir. İnsanın birinci yaşamaq, təhsil almaq, işləmək və s. hüquqları konstitusiyada təsbit olunub. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini əldə etdikdən sonra bu sahədə ciddi addımlar atıldı. Məsələn, 1992-ci ildə Azərbaycanda Yaxın Şərqdə, Qafqazda, heç bir ölkədə olmayan və öz səviyyəsinə görə Qərbi Avropa standartına uyğun bir qanun qəbul olundu. Bu da milli azlıqların hüququ haqqında olan qanundur. Bütün bunlar Azərbaycanın demokratiyaya necə sadiq olan bir ölkə olduğunu göstərir. Ancaq çox təəssüf ki, Qərb standartlarına uyğun olan bu qanundan Azərbaycana düşmən olanlar istifadə etməyə başladılar. Azərbaycanda separatizmi alovlandırmağa cəhd etdilər. 1995-ci ilin sonlarına qədər Azərbaycanda sovet konstitusiyası işləyirdi. Bu da insan hüquq və azadlıqları müdafiəsinə mənfi təsir edirdi. 1995-ci ilin noyabrında Azərbaycanın müstəqil dövlət olaraq öz Konstitusiyasını qəbul etməsi insan hüquq və azadlıqları müdafiəsi sahəsində geniş imkanlar açdı. Burada ən başlıca məsələlərdən biri, 1995-ci ildə Azərbaycanın türkçülük ideologiyasından, azərbaycançılıq ideologiyasına keçməsi oldu. Yəni, Yəni, etnik millətçilikdən, dövlət millətçiliyinə keçid. 1995-ci ilə qədər Azərbaycanda mövcud olan türkçülük ideologiyası imperiyaya qarşı mübarizədə, dövlət müstəqilliyinin əldə olunmasında misilsiz rol oynadı”.

  • “Ölkəmizdə olan çoxpartiyalı sistem beynəlxalq aləmə də inteqrasiya edib”

Professorun fikrincə, dövlət quruculuğuna başlanarkən artıq yeni ideologiyaya ehtiyac var idi: “Çünki ölkədə əhalinin 90 faizi Azərbaycan türkləri idisə, 10 faizi milli azlıqlar idi. Azərbaycanın normal inkişafı üçün vətən məfumunun önə çəkilməsi əsas idi. Yəni, bütün ölkəni birləşdirən məfum Azərbaycan və vətən məfumu idi. 1995-ci il Konstitusiyasında bütün bunlar öz təsbitini tapdı. Bununlada bütün Azərbaycan vətəndaşları dövlət millətçiliyi təsiri ilə inkişaf etməyə başladı. Bununla yanaşı, müstəqillikdən sonra Azərbaycanda çoxpartiyalı sistem formalaşmağa başladı. Bu da siyasi azadlıqların, siyasi mədəniyyətin inkişafına müsbət təsir etdi. Ölkəmizdə olan çoxpartiyalı sistem beynəlxalq aləmə də inteqrasiya edib. Beynəlxalq Demokratlar İttifaqında, Sosialist İnternasianalında bizim partiyalar təmsil olunur. Yəni, bu səviyyədə Azərbaycanda çoxpartiyalı sistem inkişaf etməyə başladı. İndiki dövrdə də partiyalar haqqında yeni qanun qəbul olunub. Partiyaların yenidən qeydiyyata alınması gedir. Bu da real gücə malik olan partiyaların, gücü olmayan və bir özü, bir də papkası olan partiyaların müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, siyasi mühitin daha da şəffaflaşdırılmasına xidmət edir. Ona görə də real gücə malik olmayan partiyalar fəaliyyətini dayandırır. İnsan hüquq və azadlıqlarından biri də vicdan azadlığıdır. Azərbaycanda din dövlətdən ayrı olsa da bütün dinlərin ölkədə fəaliyyəti üçün münbit şərat var. Azərbaycanda yəhudi sinaqoqları, provaslav kilsələri, katolok kilsəsi fəaliyyət göstərir. Bundan başqa müxtəlif təriqətlərə, məssəblərə məxsus müsəlman məscidləri fəaliyyət göstərir. Bu isə o deməkdir ki, din azaddır. Azərbaycan qanununa görə, kimisə dini təsir altına salmaq qadağandır. Bu da əsil demokratik prinsipləri özündə ehtiva edir. Bir sözlə, Azərbaycan qanunvericiliyində insan hüquq və azadlıqların müdafiəsi, vətəndaşların hüququ, siyasi mədəniyyəti üçün hər cür imkan var”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ