Bazar ertəsi günü, 09 noyabr 2026
     

Avropa Birliyi Türkiyədə “üzüyola lider”in hakimiyyətə gəlməsini gözləyir - Abutalıb Səmədov yazır...

Image


Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano “İzvestiya” qəzetinə bildirib ki, “Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil”.

Türkiyənin avropa ailəsinə qoşulmaq perspektivlərindən danışan Stano bildirib ki, Aİ-yə üzvlük prosesi saatlarla deyil, illərlə davam edir, müzakirə olunan məsələlərə insan haqları və siyasi azadlıqlar da daxildir. Fransa parlamentinin deputatı “Thierry Mariani” nəşrə bildirib ki, o, Ankara ilə danışıqları bərpa etməyin mənasını görmür.

Fransa təmsilçisinin səmimiyyətlə açıqladığı məsələlər Türkiyə hakimiyyəti üçün qətiyyən yenilik deyil. Nəinki Ankaradakı hakimiyyət təmsilçiləri, hətta sıravi türklər də bu reallıqları yaxşı bilir və AB-nin bu cür təmsilçilərinin ara-sıra verdikləri bu cür “səmimi” bəyanatları hiddətlə qarşılayırlar.

Nə qədər səbrli davranmağa çalışsalar da Türkiyə hakimiyyətinin ən yuxarı eşelonuna daxil olan yüksək vəzifəli şəxslər də bəzən reallaşması qətiyyən mümkün olmayan kəskin bəyanatlar vermək məcburiyyətində qalırlar. Dünyada böyük nüfuz sahibi olan Rəcəb Tayyib Ərdoğanın AB üzvlüyü ilə əlaqədar səsləndirdiyi son bəyanat da bu qəbildən sayılmalıdır.

NATO-nun Vilnüs sammitinə yola düşərkən Türkiyə prezidenti avropanın nüfuzlu beynəlxalq qurumunun yeritdiyi ədalətsiz siyasətə etiraz olaraq dünyanı şoka salan bəyanat verdi və qəti şəkildə söylədi ki, “Türkiyə Avropa Birliyinə qəbul olunmasa İsveçin NATO üzvlüyünə qəbuluna razılıq verməyəcək”. Təşvişə düşən qərb liderləri Rəcəb Tayyib Ərdoğanı dilə tutaraq onu müxtəlif vədlərlə bu mövqeyindən çəkindirməyə çalışdılar və son nəticədə məqsədlərinə nail oldular. Bununla belə hamı etiraf etdi ki, Vilnüs sammitinin əsas fiquru gözlənildiyi kimi Ukrayna prezidenti deyil Türkiyə lideri oldu. ABŞ-dan F-16 qırıcıları ilə, İsveçdən AB üzvlüyünə dəstəklə bağlı vədlər alan prezident Ərdoğan İsveçin atacağı addımların “yol xəritəsi”ni təqdim etməsi şərtilə NATO-ya qəbuluna “yaşıl işıq” yandırdı.

Müdriklər “heç bir uğur cəzasız qalmır” - deyiblər. Şübhə yoxdur ki, Türkiyənin NATO sammitindəki uğuru cavabsız qalmayacaq və bu ilk növbədə özünü AB üzvlüyünə qəbul prosesində göstərəcək. NATO sammitində baş verənlərin gələcəkdə AB toplantılarında təkrarlanması ehtimalı qərb liderlərini qorxutmaya bilməz. NATO-da Türkiyə ilə birlikdə hərəkət edən Macarıstanın AB-də Rusiyaya qarşı sanksiya qərarlarının qəbul olunması zamanı yaratdığı problemlər avropanın aparıcı dövlətlərini onsuz da kifayət qədər narahat edir. Bu səbəbdən Macarıstanla müqayisədə daha çox müstəqil siyasət yeridən Türkiyənin AB-yə yaxın 10-15 ildə qəbul olunma ehtimalı demək olar ki, yoxdur.

Yeri gəlmişkən, AB bu niyyətini 2021-ci ilin sentyabrında Avropa birliyi Komissiyasının Qonşuluq və Genişlənmə müzakirələri Baş Direktorluğunda struktur dəyişikliyi aparmaqla açıq şəkildə ortaya qoydu. Bu dəyişiklikdən sonra Türkiyə 4 balkan ölkəsi ilə birlikdə namizəd ölkələrin yer aldığı qurumdan çıxarıldı və Orta Şərq və Afrika ölkələri ilə yeni yaradılan Cənub qonşuları və Türkiyə bölməsinə daxil edildi. Bu bölməyə Əlcəzair, Tunis, Fələstin, Liviya, Suriya kimi dövlətlər daxildir. Bu addım bir daha açıq şəkildə göstərdi ki, 1958-ci ildə AB-nin yaranmasının ardından  Baş nazir Adnan Menderesin ortaqlıq müraciətini göndərməsindən sonra 65 il qapı ağzında saxlanılan Türkiyə dövlətini yaxın illərdə öz sıralarına daxil etmək planları yoxdur.

Bu şəraitdə Türkiyə necə davranmalıdır? Sonuncu dəfə Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə “artıq AB üzvlüyü bizi maraqlandırmır” - desə də qardaş dövlətin lideri iqtisadi inkişaf naminə bu addımın atılmasını və AB üzvlüyünə qəbulda israr etməyin gətirəcəyi dividentləri hamıdan yaxşı başa düşür. Vilnüs Sammitinə yola düşərkən verilən kəskin bəyanatın kökündə də bu amil dayanır.

Bir şey aydındır. Türkiyə bundan sonra da AB üzvlüyünə qəbul olunmaq istiqamətində israrlı müraciətlərini davam etdirəcək. AB-nin aparıcı dövlətləri isə bu prosesi maksimum uzadacaqlar və Türkiyədə “üzüyola” hakimiyyətin formalaşacağı günü gözləyəcəklər. Son prezident seçkilərində qərb liderlərinin Kemal Kılıcdaroğlunun qələbəsinə bəslədikləri ümidlər özünü doğrultmasa da onlar ruhdan düşmək niyyətində deyillər. İnanırlar ki, Avropa Birliyinin “standartlarına” uyğun gələn “sözəbaxan” lider yaxın illərdə Türkiyə hakimiyyətinin olimpinə qalxa biləcəkdir.

Abutalıb Səmədov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ