Bazar ertəsi günü, 09 noyabr 2026
     

Xankəndidə aksiya şousuna İrəvandan da etiraz gəldi: bölgə erməniləri Azərbaycanın tərkibində rahat yaşayacaq...

Image


Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilərin Laçın yolunun açılması ilə bağlı başlatdıqları aksiya şousu onlar üçün hələ də istənilən nəticəni vermir. Məsələ burasındadır ki, dünya Qarabağdakı ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasında heç bir problem görmür.

Amma Qarabağda separatçı mövqedə dayanan Araik Arutyunyan, Ruben Vardanyan kimi canilər bölgədə yenidən qan tökülməsini istəyirlər. Halbuki, onların fəaliyyətinin əbəs olduğunu ermənilər özləri də qəbul edir.

Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan da bildirir ki, Qarabağla bağlı məsələdə hansısa yenilik gözləmək əbəsdir: “Hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri bildirir: “Biz Azərbaycan ərazisində mövcud olan 120 minlik erməni icmasının hüquq və prinsiplərini tanımışıq və bəyan edirik. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq, Qarabağın gələcəyini azərbaycanlılarla birlikdə görmək, Qarabağdakı erməniləri Azərbaycanın erməni icması hesab etmək yanaşması sırf Paşinyan rejiminin mövqeyidir. Həm Qarabağda, həm də Ermənistanda Qarabağ məsələsində sıçrayış etmək istəyən qrupların sadəcə olaraq qeyri-siyasi gündəmlə müqavimət göstərmək imkanları yoxdur”. Ermənistan mətbuatına müsahibəsində hakim partiyadan parlamentdə təmsil olunan deputat Akop Aslanyan da bu yanaşmanı qəbul edir: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”. Jurnalistlərin Azərbaycan daxilində erməni əhalisinin hüquqları ilə bağlı sualını cavablandıran deputat bildirib: ”Azərbaycan onların hüquqlarını qoruyacaq. İndi 21-ci əsrdə yaşayırıq. Qarabağın erməni əhalisi öz yerlərində azad və firəvan həyat sürəcəklər. Buna Azərbaycan da, beynəlxalq təşkilatlar da təminat verir. Əvvəllər Qarabağ Azərbaycanın tərkibində necə yaşayırdı? Elə də olacaq. Bundan əvvəl isə Levon Ter-Petrosyan, Robert Köçəryan və başqaları Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıblar. Əgər Robert Köçəryan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımırdısa, niyə Mehrini başqa əraziyə dəyişməyə çalışırdı? Azərbaycan öz zamanını gözlədi və istədiyinə nail oldu. İndi Ermənistan zəifdir və Azərbaycanın daha çox ərazi qoparmaq imkanı var”. Akop Aslanyan  bunun olmaması üçün Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirib. Ermənilər yaxşı başa düşürlər ki, Qarabağda antiterror əməliyyatını həyata keçirmək üçün Azərbaycanın kifayət qədər gücü, potensialı və resursları mövcuddur.

Beynəlxalq birliyin buna yol verməmək üçün Azərbaycana qarşı hansısa addımlar atacağına dair ermənilərin gözləntiləri də əbəsdir. Bunu rusiyalı analitik Aleksandr Razuvayev də xüsusi olaraq qeyd edir. Razuvayev qeyd edir ki, bunun üçün ciddi izahatlar lazımdır: “Axı, Bakı Avropanın mühüm neft və qaz tədarükçüsüdür. Üstəlik bu, Qərbin gördüyümüz kimi münasibətlərini qorumağa çalışdığı Türkiyə ilə ciddi şəkildə mübahisə etməsi deməkdir. Bundan əlavə, Azərbaycan son illər statusunu artırır, lakin bununla belə, ona qarşı təzyiqlər kifayət qədər ciddidir. Bakı sözsüz ki, möhkəm dayanacaq və Qarabağ məsələsini həll edəcək. Axı Azərbaycan özünün mükəmməl diplomatiyası sayəsində ildən-ilə daha da güclənir - hələ həqiqətin də onun tərəfində olduğunu nəzərə almasaq. Amma bu gün dünyada qalib gəlmək üçün həqiqətin sənin tərəfində olması yox (bu işə yaramır), güclü və nüfuzlu olmağın vacibdir. Hər tərəfdən təzyiq altında olduğunuz zaman da müstəqil olmağı bacarmalısınız. Azərbaycanın iqtisadiyyatı ilə bağlı hər şey qaydasındadır, güclü müasir ordusu var və bu ordunu daha da güclü, müasir edəcək. Son illər Azərbaycan nəinki regionda, hətta dünyada nüfuzlu dövlətə çevrilib. Sadə dillə desək, Bakının Qarabağa tam nəzarətini bərpa edəcəyinə əminəm”. Erməni siyasətçi Tiqran Xzmalyan isə məsələnin başqa tərəfinə diqqət edir. O, Qarabağdakı ermənilərə xitabən bildirir ki, Rusiya artıq Qarabağdan çıxacağına dair siqnallar verməyə başlayıb: “Rusiyanın bölgədən çıxışı qaçılmazdır. Son bəyanatlardan belə görünür ki, Rusiya regionu tərk edir. Bunu Ukraynadakı məğlubiyyətlə də əlaqələndirmək olar. Türkiyə prezidenti 1918 və 1991-ci illərdə olduğu kimi, 2025-ci ildə də Rusiyanın bölgədən çıxacağını bildirərək buna eyham vurmuşdu. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun Moskvanın Azərbaycanın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşdığı ilə bağlı bəyanatı da buna nümunədir. Moskva 2020-ci ildə Qarabağın Azərbaycana məxsus olduğunu elan etmişdi və 3 il sonra Ermənistan da tanıdı. Rusiyanın bölgədən çıxması artıq qaçılmazdır. Amma məsələ bununla bitməyəcək. Rusiya Gümrüdən 102-ci bazanı da çıxaracaq”. Keçmiş deputat Naira Zöhrabyan Qarabağdakı ermənilərin Ermənistana bu vəziyyətdə ümid etməsinin də əsasının olmadığını qeyd edir: “Çox təəssüf ki, Ermənistanın siyasi həyatında baş verənlər heç bir üsyana, heç bir müqavimətə səbəb olmadı. Bu o deməkdir ki, biz hamımız Ermənistanın kapitulyasiya prosesini sadəcə seyr edirik. Bəzi insanlar düşünür ki, Ermənistanın Qarabağı de-yure Azərbaycanın bir hissəsi kimi tanıması oyundur. Amma yanılırlar. Azərbaycan istədiyini əldə edəcək və məqsədinə nail olacaq. Özü də heç bir müharibə aparmadan. Ruslar Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra vəziyyətin kökündən Azərbaycanın xeyrinə dəyişməsini qəbul edir. Məhz bundan sonra Qarabağ problemi Azərbaycanın daxili işinə çevrilib. Bizim Rusiya Federasiyasına qarşı tələblər irəli sürməyə, sülhməramlıların qarşısında çadırlar qurmağa haqqımız yoxdur. Çünki Nikol Paşinyan Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla rusların əl-qolunu bağladı”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ