Bazar ertəsi günü, 09 noyabr 2026
     

Xankəndi ermənilərinin Ağdam-Xankəndi yolundan istifadəsinə beynəlxalq dəstək artır...

Image


Humanitar yüklərin Xankəndiyə Ağdamdan keçərək gətirilməsi Ermənistandan Qarabağa təchizata əlavə olacaq. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ermənistanın “Alfanyus” portalına msahibəsində deyib.

O əlavə edib ki, buna baxmayaraq, Brüssel Laçın yolunun açılmasını istəyir: “Laçın yolu açılmalıdır. Eyni zamanda hesab edirəm ki, istənilən təklifdən Laçına əlavə kimi istifadə olunmalıdır”. Bu artıq Qarabağa humanitar yüklərin Azərbaycandan gətirilməsinin vacibliyini bildirən ikinci Avropa məmurudur. Daha əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel  də Ağdam-Xankəndi marşrutundan istifadənin vacibliyini gündəmə gətirib. Ümumiyyətlə, Brüssel görüşünün yekun nəticəsinə görə, Avropa İttifaqı Qarabağdakı erməni əhalisinin ərzaq təminatının Ağdamdan çatdırılmasınını dəstəkləyib. Bu, erməni əhalisinin reinteqrasiyasına nail olmaq baxımından ən həlledici amil ola bilər. Bu, artıq Azərbaycan məhsullarının Xankəndiyə daşınması deməkdir. Azərbaycanın bu xüsusda təklifi beynəlxalq aktorların leksikonuna Ermənistan və Azərbaycan liderlərinin son danışıqlarından sonra daxil olub. Ermənistanın baş nazir Nikol Paşinyanın bu təklifə necə cavab verdiyi, bu məsələ barəsində razılıq əldə olunub-olunmadığı açıqlanmır. Lakin o, buna etiraz da etmir. Qarabağ separatçıları təklifdən xəbərdar olduqlarını və öz mövqelərini İrəvana bildirdiklərini deyiblər. “Qarabağ parlamentinin deputatı” kimi təqdim olunan Artur Arutyunyan bu barədə deyib: “Laçın yolu ilə maneəsiz hərəkət bərpa olunmalıdır. Avropa məmurları, bilmirəm niyə, daim humanitar yüklərdən danışırlar. Əgər onların təsəvvürünə görə Qarabağdakı ermənilər yalnız humanitar yüklərin gətirilməsi hesabına yaşamalıdırsa və onlar hətta bunda da alternativ axtarırlarsa, onda bu, heç bir nəticə verməyəcək”. Hazırda  Qarabağ erməniləri müəyyən problemlərlə üzləşiblər. Amma hələ ki,  Azərbaycanın Ağdamdan keçərək humanitar yardım göstərilməsinə dair təklifinə etiraz aksiyası ilə cavab verirlər. Onlar Əsgəran-Ağdam yolunu beton bloklarla bağlayaraq – “Ölüm yolu” plakatı qaldırıblar. Buna rəğmən, proseslər göstərir ki, ermənilərin Azərbaycanın təkliflərini qəbul etməkdən başqa çıxış yolları da yoxdur. Bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı bildirib ki, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə mümkündür. Bunlar fonunda Rusiyanın “Vesti Kavkaza” portalı yazır ki, erməni tərəfinin Ağdam-Xankəndi yolundan istifadəsi qaçılmaz olacaq: “Azərbaycanın Bərdə və Ağdam şəhərlərini birləşdirən, faktiki olaraq, tikintisi başa çatan dördzolaqlı avtomobil yolu 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatinin imzalanması ilə başa çatan 44 günlük müharibədən sonra reallaşdırılan mühüm layihələrdən biridir.  Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilməyə başlanan yol infrastrukturu layihələrində o, mühüm yer tutur. Bundan əlavə, prezident İlham Əliyev 2020-ci il noyabrın 24-də uzunluğu 47 kilometrdən çox olan Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi haqqında sərəncam imzalayıb. Yolun çəkilişi üçün görülməli olan ilk iş Azərbaycan torpaqlarının işğalı zamanı külli miqdarda döşənmiş minaların ərazisini təmizləmək idi. Bu gün dəmir yolu xəttinin layihəsi, demək olar ki, başa çatıb, inşaatçılar Ağdam dəmiryol vağzalının təməlini qoyub, yolun böyük hissəsinə relslər çəkilib.

Əslində, yaxın vaxtlara qədər “Qafqaz Xirosiması” adlandırılan Ağdamda – orada dağıntılar çox güclü idi – indi şüşə elementlərin üstünlük təşkil etdiyi milli memarlıq üslubunda vahid nəqliyyat qovşağı kimi layihələndirilmiş dəmir yolu və avtovağzal kompleksi tezliklə fəaliyyətə başlayacaq. Avtovağzalda ilkin olaraq on müntəzəm rayonlararası avtobus marşrutu fəaliyyət göstərəcək. Dəmir yolu vağzalında 1000-ə qədər, avtovağzalda isə 1500-ə qədər sərnişinin qəbulu planlaşdırılır. Bunlar fonunda indi mövcud olmayan “DQR-in qondarma Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri” David Babayan “news.am”a müsahibəsində Mişelin bəyanatında guya beynəlxalq hüququ və “ümumiyyətlə əxlaqı” pozan bir neçə “təhlükəli və pis ideya” görüb. Birincisi, o, Ermənistanın ərazisinin cəmi 29,8 min, Azərbaycan isə 86,6 min kvadratkilometr olması ilə razılaşmır. İkincisi, Mişelin Azərbaycanın erməni əhalisinin də yaşadığı Qarabağ iqtisadi rayonuna humanitar yardım ayırmağa hazır olmasını dəstəkləməsi (xüsusən də Bərdə-Ağdamdan Qarabağ üçün nəzərdə tutulan humanitar yüklərin daşınması perspektivi) Babayanın xoşuna gəlmir. Babayan qeyd edib ki, “Mişel Laçın dəhlizini Ağdamla ilk müəyyənləşdirir, yəni Azərbaycanın istədiyini edir”, çünki belə addımlar Qarabağı Ermənistandan ayıracaq. Amma burada erməni millətçilərinin təxminən otuz il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində etdiklərini xatırlamaq yerinə düşər - onlar yalnız ölüm və dağıntı gətirdilər. Erməni işğalından əvvəl Xankəndiyə, Şuşuya gedən yolun Ağdamdan keçməsinə göz yummamalıyıq. İntiqamçıların öz suveren ölkələrinin ərazisində yaşayan insanları başqa dövlətin ərazisindən keçməklə öz doğma şəhər və kəndlərinə getməyə məcbur etmək istəyi tam aydın deyil. İnanmaq istərdik ki, Babayanın açıqlamaları onun şəxsi fikridir, əks halda nəticə ondan xəbər verir ki, Ermənistan növbəti dəfə sülh danışıqlarını uzatmaq niyyətindədir və geosiyasi reallığı qəbul etmədən Cənubi Qafqazda yekun sülhün əldə olunması şərtlərini təkrarlamağa çalışır. Bu isə mümkün deyil, güclü Azərbaycanın buna yol vermək niyyəti yoxdur”. Hesab edilir ki, Ağdam-Xankəndi yolundan istifadədən imtina edilsə, Azərbaycan ermənilərə heç bu marşrutu da verməyəcək. Rusiyalı analitik Aleksandr Razuvayev bu xüsusda bildirir ki, indi Qarabağın erməni əhalisinin iki seçimi var: ya reinteqrasiya, Azərbaycanın tərkibində firavan yaşamaq, ya da Qarabağı tərk etmək: “Qarabağda ermənilərin “soyqırımı” yoxdur. Hər şey uydurmaq olar. Belə saxta xəbərlərin tarixi uzundur”. O qeyd edib ki, sadə Ermənistan əhalisi güc balansından xəbərdardır və daha yaxşı həyat haqqında düşünür: “Buna misal olaraq Qarabağın erməni əhalisinin Laçın sərhəd-keçid məntəqəsindən keçərkən Azərbaycan sərhədçiləri ilə təmaslarını göstərmək olar. Hətta nəyinsə, yəni xırda bir şeyin belə səhv olduğuna dair heç bir “sızma” yoxdur. Hamı sakitcə bir-biri ilə ünsiyyət qurur, erməni əhalisi hətta Azərbaycan sərhədçilərinə təşəkkür edir. Bu, şəffaf, yaxşı nümunədir. Bu onun göstəricisidir ki, sadə əhaliyə müdaxilə edilməsə, qorxudulmasa, çoxdan hər şey yoluna düşərdi”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ