Bazar ertəsi günü, 09 noyabr 2026
     

Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması aktuallaşdı...

Image


Bu günlərdə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb. Müvafiq videogörüntüdə Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur. Qeyd edək ki, bundan əvvəl də analoji hallar yaşanıb. 

Bundan başqa, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatın dördüncü maddəsi yerinə yetirilmir. Belə ki, sözügedən sənədin tələbinə zidd olaraq qeyri-qanuni erməni silahlıları Qarabağdan çıxarılmayıb. Əksinə, rus sülhməramlıları qanunsuz silah daşınmasına şərait yaradırlar. Belə vəziyyətdə sülhməramlıların sənəddə göstərilən vaxtdan, yəni 2025-ci ildən daha tez Qarabağdan çıxması tələb edilə bilər.  Əslində bunu indi ruslar özləri də etiraf edir və Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya ünvanlanan son bəyanatında da sülhməramlı kontingentin fəaliyyətindən açıq narazılıq ifadə olunur. Rusiyalı siyasi şərhçi Maksim Yusin “Kommersant” qəzetinə bunlar fonunda maraqlı açıqlamalar verib. O qeyd edir ki, Cənubi Qafqaz dramatik hadisələrin astanasında ola bilər: “Bu, Rusiya və Azərbaycanın xarici işlər nazirlikləri arasında görünməmiş kəskin bəyanat mübadiləsindən sonra aydın oldu”. Yusin bildirib ki, əvvəlcə Rusiya XİN Qarabağ ətrafında “humanitar böhranın” kəskinləşməsindən, yerli əhalinin guya ərzaq, dərman kimi ilkin tələbat mallarının kəskin qıtlığı ilə üzləşməsindən, eyni zamanda elektrik enerjisi və qazdan məhrum olmasından “narahatlığını” ifadə edib: “Sənəddə Bakıya qarşı birbaşa hücum olmasa da, mətndən aydın olur ki, Azərbaycanın Qarabağa “blokadası” “böhrana” səbəb olub. Bakının cavabı dərhal və görünməmiş dərəcədə sərt oldu. Rusiya XİN-in mövqeyi qəbuledilməz adlandırıldı, üstəlik, prezidentlər Putin və Əliyev tərəfindən ötən ilin fevralında qəbul edilmiş Bakı və Moskva arasında müttəfiqlik haqqında bəyannaməyə uyğun gəlmədiyi vurğulandı. Azərbaycan XİN-in bəyanatından ən maraqlı hissə isə budur: “Erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycandan çıxarılması hələ də təmin edilməyib. Üstəlik, bu birləşmələrə Rusiya sülhməramlı kontingentinin nəzarəti altında dəstək verilir”. Başqa sözlə, Bakı birbaşa Moskvanı Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatları dayandıran 2020-ci ilin noyabr razılaşmalarını yerinə yetirməkdə acizlikdə və könülsüzlükdə ittiham edir. Əlavə olaraq, Qarabağdan erməni silahlı birləşmələrinin qalıqlarının çıxarılmasına nail olmaq əzmini göstərir. Bakının getdikcə daha qətiyyətli olan bəyanatları heç bir şübhə yeri qoymur ki, prezident Əliyev və onun komandası hadisələrin inkişafını sürətləndirməyə hazırdırlar. Onlar Qarabağda Rusiya sülhməramlılarının “nizam-intizam” və “status-kvonun” qorunub saxlanılmasına “çalışdığı” beş ilin sonuna qədər gözləməyə bilərlər”. O, Bakının bəyanatından sonra sülhməramlıların artıq Azərbaycan üçün bitərəf hesab edilmədiyini vurğulayıb: “Bu isə o deməkdir ki, onların mövcudluğu Azərbaycan ordusunun Xankəndi və ətraf ərazilərin qanunsuz silahlı birləşmələrin qalıqlarından təmizləməsinə mane olmayacaq. Bakı Paşinyanın hakimiyyəti altında olan Ermənistanın müdaxilə etməyəcəyinə ümid edir (hətta müdaxilə etsə belə, qüvvələrin birləşdirilməsi birmənalı olaraq Bakının xeyrinədir). Qərbə gəlincə, bu gün onlar da Qarabağ ermənilərinin müdafiəsinə qalxmağa hazır deyil. Bakının döyüşkən planını nəzəri cəhətdən saxlaya biləcək yeganə şey iqtisadi sanksiyalar, ilk növbədə neft və qaza qarşı təhdiddir. Amma Qərb bunu edə bilməz. Onun üçün əsas rəqib Moskvadır və Azərbaycanın enerji daşıyıcıları məhz Rusiyaya alternativ hesab olunur. Kremlə gəlincə, Bakı Rusiyanın reaksiyasından o qədər də qorxmur. Görünür, onlar hesab edirlər ki, Rusiya Ukraynada çox dərin bataqlığa düşüb və Cənubi Qafqazda başqa cəbhə açmaq üçün nə gücü, nə bacarığı, nə də istəyi var”.

Azərbaycan isə bu gedişlə Qarabağda yaxın tezlikdə hərbi əməliyyatlara start verə bilər. Məsələ burasındadır ki Qarabağdakı separatçılar inteqrasiya məsələsinə mənfi cavab verir. Hətta bu fonda Xankəndidəki erməni separatçı tör-töküntülərinin Azərbaycana qarşı aksiyaya başladıqları məlumdur. Burada diqqət çəkən məqamlardan biri  separatçıların Xankəndinin mərkəzindən Xocalı aeroportuna – rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə qədər yürüş etmələridir. Qeyd edək ki, elə ən qıcıqlandırıcı hadisələr də Xocalıda yaşanıb. Belə ki, Xocalı aeroportu önündən aksiyadan yayılan kadrlarda bir məqam xüsusilə diqqət çəkib. Videokadrdan birində aydın görünür ki, ərazidə Rusiya bayrağı ilə yanaşı Ermənistanın bayrağı və eləcə də Qarabağdakı separatçıların əski parçası da asılıb. Bununla sülhməramlı qüvvələr yenə Azərbaycana qarşı hörmətsizliklərini nümayiş etdirib. Bu da onların vaxtından əvvəl bölgədən çıxarılmasını aktuallaşdırır. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən Rusiya dövləti tanıyır. Ölkəmzin  ərazi bütövlüyünü Qarabağ və anklavlarla birgə tanıdığını Ermənistan baş naziri Nikol Paşinyan da bəyan etdiyi təqdirdə, Rusiya sülhməramlı kontingentinin belə fəaliyyəti anlaşılmaz və qəbuledilməzdir. Beləliklə də bitərəflikdən çıxan rus sülhməramlı qüvvələrinin bölgəni vaxtından əvvəl tərk etməsi zərurətə çevrilir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ