Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağda hərbi əməliyyatlar başlayır...

Image


Son günlərdə Ermənistanın Azərbaycanla sərhəd zonalarda silahlı təxribat törətməsi halları artıb. Eyni hal Qarabağda da müşahidə olunur, burada  məskunlaşmış ermənilər tərəfindən atəşkəsin pozulması artıq mütəmadi xarakter alır.

Belə bir vaxtda Qarabağda aksiyalar başlamaqla ermənilər vəziyyəti daha da gərginləşdirməyə can atır. Hətta aksiyalar fonunda separatçı-terrorçuların başçısı Araik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. Bildirib ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması, Laçın yolunun açılması üçün beynəlxalq müdaxilə edilməsə, ermənilər  həm Qarabağda, həm də ondan kənarda daha sərt tədbirlərə əl atacaq. Bu şəraitdə Azərbaycan separatçılıqdan əl çəkməyənlərə qarşı artıq konkret əməliyyatlara start verə bilər. Bunu şərtləndirən məqamlardan biri odur ki, Qarabağda hələ də erməni silahlı dəstələri mövcuddur və onlar təhlükə mənbəyi olaraq qalırlar. Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirir ki, bu şəraitdə Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlaya bilər: “Azərbaycanın Qarabağ iqtisadi regionunda Ermənistanın silahlı qüvvələri hələ də qalmaqdadır. Ona görə də hesab edirəm ki, bu amil Azərbaycanı Qarabağda hərbi əməliyyatlar keçirməyə sövq edir”. Onun sözlərinə görə, Azərbaycanın tam təhlükəsizliyə nail olmaq üçün Qarabağdakı Ermənistan silahlı qüvvələrinə qarşı dəqiq hərbi əməliyyat keçirməsi ən effektiv ssenaridir: “Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi miqyaslı təxribatlar sayəsində regionda vəziyyət olduqca gərgin olaraq qalır. Bəli, Ermənistan silahlı qüvvələri hələ də Qarabağda mövcuddur. Onlar destruktiv fəaliyyət göstərərək təxribatlar törədirlər. Bütün bunlar Azərbaycanı Qarabağda hərbi əməliyyatlar keçirməyə sövq edir. Məcbur edir ki, Azərbaycan dəqiq “cərrahiyyə üsulu” ilə hərbi əməliyyat keçirmək ssenarisinə baxsın və bununla da özü üçün gördüyü təhlükəni sovuşdursun. Ona görə də, bu gün İrəvanı düzgün yola gətirmək üçün Azərbaycanın, siyasi-diplomatik vasitələrdən başqa, hərbi əməliyyatlar keçirməsi təəssüf ki, qaçılmazdır. Ermənistanın hər bir silahlı təxribatına qarşı “Qisas” əməliyyatının keçirilməsi, düşünürəm ki, ən effektiv ssenaridir”. Korotçenko açıqlamasında Azərbaycan diplomatiyasının Ermənistanla sülh sazişinə nail olmaq üçün bütün meydançalarda israrla çalışdığını da qeyd edib: “Azərbaycan diplomatiyası yüksək səviyyədə, həm Rusiya, həm Avropa, həm də ABŞ-da İrəvanla sülhə nail olmaq üçün israrla çalışır. Qeyd edim ki, Ermənistan öz revanşist niyyətindən, milliyyətçi Njde ideologiyasından əl çəkmədən onunla tez bir zamanda sülh sazişini bağlamağa ümid etmək çətin olacaq. Lakin bu mümkündür. Buna səy göstərmək lazımdır. Bunun üçün Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Hazırda top İrəvan tərəfdədir. Nə vaxt ki, Ermənistan rəhbərliyi öz keçmiş şovinist və qeyri-konstruktiv siyasətindən əl çəkəcək, o zaman sülh mümkün olacaq. Biz hamımız bunu gözləyirik. Ümid edirik ki, 2023-cü ildə Bakı ilə İrəvan arasında sülh real olacaq”.

Hesab edilir ki, Azərbaycanın Qarabağda erməni silahlı qüvvələrinin yaratdığı təhdidə birdəfəlik son verməsi üçün hərbi əməliyyata başlaması halında buradakı rus sülhməramlı qüvvələri də hansısa əngəl yarada bilməyəcək. Digər tərəfdən, Rusiya artıq üç ildir ki, erməni silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın Qarabağ iqtisadi rayonunda sülhməramlılarının cavabdeh olduqları zonadan çıxarılmasını təmin edə bilmir. Rus sülhmramlılar Ermənistandan həmin əraziyə silahların və digər hərbi yüklərin göndərilməsinə şərait yaradır. Bu şəraitdə rus sülhməramlılarının bölgədən çıxarılması tezləşdirilə bilər. Ermənilər bunu da nəzərə almalıdır. Beynəlxalq hüquq üzrə amerikalı ekspert İrina Tsukerman qeyd edir ki, əslində, Rusiya sülhməramlılarının çıxarılması Ermənistan üçün ən yaxşı ssenari ola bilər, çünki bu, erməniləri Rusiyanın məhvedici və məkrli təsirindən, onların işlərinə müdaxilədən həmişəlik qurtaracaq: “Tamamilə mümkündür ki, Rusiyanin sülh prosesinə müdaxilədə gizli, amma hiss edilən rolu olmasa, İrəvan hələ Qərblə daha çox əməkdaşlıq edə bilər. Həqiqətən, regionda təhlükəsizliyin başqa strukturunun müzakirəsi variantı əvəzinə bu sülhməramlıların iştirakının daha iki il müddətinə uzadılması Kremlə Ermənistanın daxilinə və yerli resurslarına daha çox nüfuz etmək imkanı verir ki, bu da böyük bir səhvdir. Bu, həm də o deməkdir ki, Rusiya sülhməramlıları tamamilə çıxarılmayana qədər, ən pis halda təhlükəsizliyin pozulması, sərhədyanı toqquşmalar və qurbanların sayının artması daha iki il də davam edə bilər ki, bu da sülh danışıqlarının başa çatmasını və sülh sazişinin imzalanmasını yubadacaq. Sülhməramlıları tamamilə çıxardıqdan sonra bir neçə mümkün ssenari var: Birincisi, hələ də bütün bunların baş verməsinə qədər olan müddətdə sülh sazişinin imzalanması imkanı qalır. Daha bir ssenari Rusiyanın müdaxiləsi və davam edən insidentlər nəticəsində sülh sazişinin yubadılması ilə bağlıdır. Belə olan halda, Bakı və İrəvan iki ildən sonra daha mürəkkəb siyasi situasiyaya ilə üzləşə bilər. Rusiyanın hərbi rolunun ikinci plana keçdiyi bir şəraitdə, onun proksi və tərəfdarları Qərbin ətrafında öz təsirini gücləndirməklə korrupsiya və KİV-lərin yumşaq güc institutlarının və bəzi siyasi partiyaların qütbləşməsi siyasətindən istifadə etməyə çalışırlar. Bu səbəbdən yaxşı olar ki, sazişin formal hissəsi mümkün qədər daha tez imzalansın və onun praktik reallaşması üzərində işlər məntiqli sürətlə davam etsin”. Sazişin imzalanmasının tezləşməsi Ermənistanın kənar təsirlərdən tez qurtulması, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının sürətlənməsi deməkdir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ