Bazar ertəsi günü, 09 noyabr 2026
     

Sazişdə Qarabağ erməniləri barədə ayrıca maddə - Rusiya niyə bu qədər aqressivdir?...

Image


Rusiya Xarici İşlər Nazirliyinin 15 iyul bəyanatında yer alan anti-sülh mövqeyi diqqəti çəkməkdədir. Bəyanatla bağlı rəsmi Bakının mövqeyi kifayət qədər sərtdir. Rusiya XİN-in bəyanatında  “sülh müqaviləsində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı təminat da göstərilməlidir” kimi absurd fikrin yer alması təəccüblü görünməsə də, Rusiyanın gərginliyini, aqressiyasını bir daha ortaya qoyur.

Təhlillərə görə, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması rəsmi Moskvanı narahat edib:”2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq. Lakin bu, əsaslı şərtləri - Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının, habelə regionda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vəziyyətini kökündən dəyişdirdi».

Rusiya XİN-in bəyanatında “Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı sülh sazişində ayrıca maddə olsun” fikri ilə bağlı onu demək olar ki, çox maraqlıdır, Rusiya indiyə qədər belə bir mövqe göstərməyib.

Rusiyanın birdən-birə dəyişməsinin səbəbi nədir? Rusiya niyə birdən-birə imzalanacaq sazişdə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı ayrıca maddənin olması fikrini ortaya gətirib? Bildiyimiz kimi, Azərbaycan prezidenti dəfələrlə deyib ki, o sazişdə heç "Dağlıq Qarabağ" sözü olmamalıdır, amma Rusiyanın bəyanatda  “Dağlıq Qarabağ” ifadəsi işlədilib. Rusiyanın dəyişməyinin səbəbi nədir?

  • Aydın Quliyev: “Əgər bugünkü kimi olacaqsa, Sazişdə Qarabağ ermənilərinin ayrıca hüquqlarından danışacaqsa, burada da iflas qaçılmaz olacaq...”

“Bakı-Xəbər” media qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev rəsmi Feysbuk səhifəsində yazdığı “Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Putinin hansı planlarını pozdu? - 15 iyul bəyanatına daha bir baxış...” sərlövhəli statusunda məsələyə çox maraqlı təhlil verib: “Rusiya XİN-in Azərbaycan - Ermənistan sülh prosesinə dair 15 iyul bəyanatının təhlili üzərində  yeni qənaətlərimi bölüşürəm...

Bəyanat öz növbəsində bir daha sübut etdi və indiyədək az-çox şübhəsi olanları qəti inandırdı ki, Rusiya Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından heç məmnun deyil, onun üçün daha yaxşı variant Ermənistanın bu tanınmaya getməməsi idi. Məlumdur ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq 2022-ci ilin 6 oktyabr Praqa görüşündə və 14 may 2023-cü il Brüssel görüşündə tanıdı... Rusiya hesab edir ki, Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması Rusiyanın Qarabağ planları mövzusunda yeni mərhələnin açılmasını tələb edir, daha doğrusu, bu onun bəzi planlarının pozulması deməkdir, yeni şəraitə uyğun yeni ssenarilər işlənməlidir və 15 iyul bəyanatı da məhz Rusiyanın bu yeni hesablarından  doğdu... İndiyə qədər başqa fikirdə olan Rusiya Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dəqiq və hərtərəfli təminat verən maddəni özündə əks etdirən Üçtərəfli sazişin Moskvada imzalanmasını təşkil edə biləcəyini bəyan etdi. Rusiya indiyədək heç vaxt belə fikir deməmişdi ki, sazişdə Qarabağ erməniləri barədə ayrıca maddə olsun. Şübhəsiz ki, bu, Rusiya üçün kardinal mövqe dəyişməsi və Azərbaycana düşmənçilik ifadəsidir,  "sazişdə Qarabağ erməniləri barədə bir kəlmə də olmayacaq" deyən Azərbaycan Prezidentinə təzyiq niyyətidir.

Bəs Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Rusiyanın hansı planlarını pozdu?

1. Rusiyanın niyyəti o idi ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımanı mümkün qədər gecikdirsin...

2. Rusiya bundan istifadə edərək 10 noyabr razılaşması əsasında yaranmış status-kvonun 2025-ci ildən sonra daha beş il uzadılmasına nail olsun.

3. Ukrayna müharibəsinin başlanmasından sonrakı şəraitdə Azərbaycan - Ermənistan münasibətlərindəki status-kvonun uzadılmasının Moskva üçün qiyməti fövqəladə dərəcədə artdısa da, Ermənistanın tanıma addımı Rusiyanı bundan məhrum etdi..

4. Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması uzandıqca Rusiya vaxt uda və Qarabağda sülhməramlılar üçün hansısa yeni hüquqi-siyasi statusu arxayıncasına həll edə bilərdi. Ermənistan onu bundan da məhrum etdi.

5. İndi Rusiya əla başa düşür ki, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması sülhməramlıların Qarabağda 2025-ci ildən sonra da qalmasını sadəcə mümkünsüz edir - "Qarabağ Azərbaycandırsa, o zaman Qarabağda ruslar kimdir?" 

6. Ermənistanın tanıması Rusiyanı Qarabağda sülhməramlılar kartı üzərində daha uzunmüddətli oyunlar oynamaq planından məhrum etdi və buna görə Rusiya daha uzun müddətlərə bölgədə qalmaq üçün Azərbaycan - Ermənistan sazişinin Moskvada imzalanmasını və sazişdə onun da imzasının olması ideyasını ortaya qoydu və bunu 15 iyul bəyanatı ilə etdi.

7. Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasına qədər Rusiyanın Qarabağda qalma müddəti qeyri-müəyyən idisə, tanımadan sonra Rusiyanın cəmi 2025-ci ilədək vaxtının qaldığı müəyyənləşdi.

10 noyabr sənədi imzalanan vaxt proseslərin 2,5 ildən sonra bu hala gəlib çıxacağını, təbii ki, heç kim proqnoz edə bilməzdi. Sadəcə bir yol xəritəsi var idi, bu xəritənin təklif etdiyi yol isə başqa nəticələrə də gətirib çıxara bilərdi. Lakin belə oldu...
Kimsə düşünə və ya ehtimal edə bilər ki, proseslərin bu nöqtəyə gəlib çıxmasının səbəbkarı Paşinyan oldu, əgər o, Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, Rusiyanın planları pozula və Rusiya əl-ayağa düşərək Azərbaycan - Ermənistan sazişinin imzalanmasını sürətləndirməzdi... Tam yanlış qənaətdir, Rusiya Paşinyanın Qarabağı Azərbaycan kimi tanıyacağını gözləmirdi, Paşinyanın öz xoşuna olsaydı, bunu etməyəcəkdi, onu buna məcbur edən faktorlar var - Azərbaycanın və şəxsən İlham Əliyevin aramsız diplomatik-siyasi təzyiqləri... Bunlar olmasaydı, Paşinyan "Qarabağ Ermənistandır" cızılmış plastinkasını hələ  bugünə qədər  oxuyurdu... Yeni proseslər ordan başladı ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı...

Bəs 2025-ci ilə qədərki müddətdə Rusiya nə etməyə çalışacaq?

1. Azərbaycan - Ermənistan sülh sazişini Moskvada, Rusiya prezidentinin də imzasının olması şərtilə imzalamağa nail olmaq.

2. Brüssel və Vaşinqton formatlarının sülh prosesinə təsir imkanlarından uzaqlaşdırmaq (çətin ki olsun).

3. Sazişin imzalanması mümkün olmasa, Qarabağ separatçılarını Azərbaycana qarşı yeni hərbi əməliyyatlara sövq etmək.

Son 2 istiqamətdə uğur şansları təxminən yox dərəcəsindədir. 1-ci istiqamətdə isə perspektivlər Moskvanın saziş şərtlərinə nə qədər dürüst və ədalətli yanaşmasından asılı olacaq. Əgər bugünkü kimi olacaqsa, Sazişdə Qarabağ ermənilərinin ayrıca hüquqlarından danışacaqsa, burada da iflas qaçılmaz olacaq...”

  • Bəhruz Quliyev: “Rusiyanın nə deməsindən asılı olmayaraq, Prezidentin bəlli prinsipləri var”

Məsələ ilə bağlı SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə  açıqlamasında bunları deyib: “Rusiya XİN-in sözügedən bəyanatı bir növ Avropa ilə danışıqlar dönəminə təsadüf edir. Hesab edirəm ki, bu məsələ bir tərəfdən qısqanclıq, digər tərəfdən erməni xalqı ilə Paşinyanı üz-üzə qoyma xarakteri daşıyır. Belə ki, Avropa danışıqlar prosesində yaxından iştirak etdiyi üçün proseslər Rusiyanın regionda zəifləməsinə rəvac verir. Rəsmi Kreml hesab edir ki, Avropa Qafqazda baş verən proseslərə yaxınlaşdıqca, müdaxilə etdikcə Rusiyanın imkanları zəifləyir. Bu baxımdan düşünürəm sözügedən bəyanatda erməni xalqının hüquqları ilə bağlı sülh sazişinə əlavə maddə salınması absurddur. Bu gün Azərbaycanda bütün xalqlardan vətəndaşlar yaşayır. Bu insanların Azərbaycanda bütün hüquqları qorunur və gələcəkdə Azərbaycan ərazisində yaşayan ermənilərin də eyni qaydada vətəndaş hüquqları qorunacaq. Amma bu gün Ermənistanda digər xalqların nümayəndəsi yaşamır. Məktəblər yalnız öz dillərində tədris edilir”.

Bəhruz Quliyev deyib ki, Azərbaycan qanunvericiliyində əsas vətəndaşlıq anlayışı var və hər kəs fəaliyyət göstərdiyi, yaşadığı dövlətin vətəndaşlığını qəbul etməlidir: “O torpaqlar hansı dövlətə məxsusdursa, təbii ki, orada yaşayanlar həmin dövlətin vətəndaşlığını daşıyacaqlar. Qarabağ ərazisində yaşamaq istəyən mülki ermənilər, hansı ki, Ermənistanın işğalı başlayana qədər orada yaşayıblar, onlar və ailə üzvləri qalmaq istəsələr, qalacaqlar. Lakin Azərbaycan qanunları çərçivəsində, Azərbaycan qanunlarına hörmətlə yanaşaraq, bunu qəbul etməlidirlər. Kim bunu qəbul etməsə, təbii, bizim səlahiyyətimiz var ki, həmin şəxsləri Azərbaycandan deport edək”.

Media Qrupunun rəhbəri bildirib ki, Avropa İttifaqının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyevin son görüşündə müzakirə predmetlərindən biri də qanunsuz erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsi olub: “Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündə də həmin məsələ müzakirə olunub. Erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsi gündəmə gəldikdə artıq Rusiyanın Qafqaza, eləcə də hadisələrə müdaxiləsi tamamilə sıfıra enəcək. Belə olan təqdirdə sülhməramlıların da missiyası artıq bitmiş hesab olunur və onlara heç bir ehtiyac qalmır. Rəsmi Kremlin nə deməsindən asılı olmayaraq, Prezident İlham Əliyevin bəlli prinsipləri var”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ