Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qafqazda inanılmaz geosiyasi durum - Ermənistan Azərbaycanın diqtəsi ilə hərəkət edəcək...

Image


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Evril Heyns Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul edib. Tərəflər regional təhlükəsizlik və ABŞ-Ermənistan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Armen Qriqoryan iyulun 12-dən ABŞ-də səfərdədir. Buna qədər o, ABŞ müdafiə nazirinin köməkçisi Lora Kupr, ABŞ prezidentinin köməkçisi və milli məsələlər üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Bu görüşlər Rusiyada da diqqətlə izlənilir. Xüsusən də o fonda Armen Qriqoryan ABŞ-ın vasitəçiliyini ön plana çıxarır, İrəvanın bundan məmnunluğunu ifadə edir, Rusiyanı isə öhdəliklərini icra etmədiyi üçün tənqid atəşinə tutur. Artıq Rusiyada bu vəziyyətdən ciddi narazılıq ifadə edilir. Bütün bunları şərh edən rus politoloq Sergey Markedonov Armen Qriqoryanı anti-Rusiya mövqeyində ittiham edir: “Qriqoryan Azərbaycanla münaqişənin nizamlanması üzrə danışıqlar prosesində fəal iştirak edir. O, həm də ictimai fiqurdur, erməni hakimiyyətinin mövqeyini ictimaiyyətə çatdırır. Buna görə diqqətli olmalıdır. Qriqoryan təqdim etdiyi siyasi-diplomatik dizaynla sübut etmək istəyir ki, Qərbin vasitəçiliyilə çərçivə razılaşması əvvəlkindən daha yaxşıdır. Bu, Rusiya üçün çox pis xəbərdir və bizim üçün yaxşı hal hesab edilə bilməz. Təbii ki, hər şeyə görə Ermənistanın Qərbyönlü siyasətçilərini günahlandırmalıyıq. Ermənilər başa düşmürlər ki, ABŞ-a üstünlük verməklə əldə edə biləcəklərindən çox itirə bilərlər. O zaman bu, bizim üçün yalnız təsəlli olacaq”. Amma erməni politoloq Stepan Danielyan vurğulayır ki, Rusiyanın hədəsi keçərli deyil: “Daha əvvəlki zaman keçib, köhnə dünyanın nizamı çoxdan dağılıb. İndi regionda mühüm hadisələr baş verir. Yeni dünya düzəninin formalaşması zamanı bütün münaqişələr həll edilməlidir. Həmin münaqişələr arasında Qarabağ məsələsi və Ermənistan-Azərbaycan münasibətləri də var. Qarabağda gedən proseslər aydındır. Rusiya Avropa ilə əlaqəni kəsdiyi üçün Cənubi Qafqazda sülhməramlı kontingetini saxlamaq istəyir ki, bütün mümkün marşrutlara, o cümlədən İranla quru əlaqəsinə nəzarət edə bilsin. Qərb isə öz növbəsində regionda mövcudluğunu təmin etməkdə israrlıdır. Qərb Qafqazda mövcudluğunu təmin etməyə çalışır. Bunun üçün  Qarabağ məsələsi çözülməlidir. Qarabağ tamamilə Azərbaycana keçəcək. Ermənistan rəhbərliyi Azərbaycanın bütün tələblərini kağız üzərində qəbul edir və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, anklavların mövcudluğunu qəbul edir. Zəngəzur dəhlizi də bu fonda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında mühüm müzakirə mövzusu olacaq. Başqa sözlə, Ermənistan son kapitulyasiyaya məcbur ediləcək. Düşünürəm ki, Qərb də tələsir. Onlar Rusiyanın zəifləməsindən maksimim istifadə edib Ermənistanı yenidən təslim olmağa vadar edəcəklər”. Erməni politoloq Benyamin Matevosyan Ermənistanın ABŞ və Avropa ilə münasibətlərinin intensivləşməsini şərh edərkən Azərbaycanın bundan məharətlə faydalandığını diqqətə çatdırıb: “Ermənistanın indiki hakimiyyətinin mövcudluğunun təminatlarından biri də Qərbin siyasi və iqtisadi loyallığıdır. Bunun əvəzini İran və Rusiyaya qarşı addımları ilə ödəyirlər, əslində antiiran və antirusiya koalisiyasına qoşulurlar. İrəvan və Bakı arasında Amerika platformasında aparılan danışıqlar Qarabağın statusu və onun əhalisinin hüquqlarının müdafiəsi ilə bağlı deyil, təhlükəsizlik arxitekturası dağıdıldığı üçün Ermənistanın statusu haqqındadır. ABŞ başa düşür ki, Qarabağ münaqişəsi Ermənistan-Rusiya sıx əməkdaşlığında mühüm amildir. ABŞ hesab edir ki, Qarabağ bu zəncirdən çıxarılarsa, o zaman Ermənistanın Rusiyadan asılılığı minimuma enəcək və regionda təhlükəsizlik arxitekturasını dəyişmək mümkün olacaq”.

Bununla belə, Matevosyan qeyd edir ki, Avropa İttifaqı təhlükəsizlik yaratmır, o, NATO-nun yaratdığı təhlükəsizlik sisteminin istehlakçısıdır: “Deməli, Avropa İttifaqından hər hansı təhlükəsizlik zəmanəti gözləməyin mənası yoxdur. ABŞ-a gəlincə, onların silah tədarükü ilə bağlı danışıqları qeyri-ciddidir. Vaşinqtonun İrəvanı silahla təmin etmək istədiyini fərz etsək belə, logistika tam aydın deyil. İran Amerika tankerlərinin onun ərazisinə daxil olmasına icazə verməyəcək, Gürcüstan Bakı və Ankara, hətta Rusiya ilə münasibətləri risqə atmayacaq. Bəs bu silahlar necə daşınacaq? Ermənistan parlamentinin deputatı Arman Abovyan rusların və iranlıların bölgədə təsirlərinin azalması prosesinin İrəvana mütləq təsir edəcəyini bildirir: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusların 2025-ci ildə Qarabağı tərk etməli olduğunu söyləməsi əslində ruslara qarşı aktiv təzyiq mərhələsinin yeni başlanğıcıdır. Türkiyə, Azərbaycan, ABŞ və Avropanın rusları bölgədən qovmaq niyyəti başadüşüləndirsə, Ermənistan hakimiyyətinin mövqeyi anlaşılan deyil. Birincisi ona görə ki, Ermənistan hökuməti ABŞ və Avropa, Rusiya və İranı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün fəal addımlar atır. Lakin heç kimə sirr deyil ki, ruslar Qarabağı tərk etsələr, Ermənistandan da gedəcəklər. Rusiya bütün resurslarını Ukrayna istiqamətində xərclədikcə, Cənubi Qafqaz Rusiyanın gələcəyi üçün ölümcül rol oynayacaq. Ermənistan isə Türkiyənin vilayətinə çevriləcək. Proses sürətləndikcə, Ermənistanın məhvi başlayacaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ