Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan diplomatiyasının möhtəşəm Vaşinqton zəfəri - yeni baxış...

Image


Ermənistanda son günlərdə əsas müzakirə predmetinə çevrilən məsələ ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları, Vaşinqtonun İrəvan qarşısında konkret tələbləridir. Hazırda bu xüsusda Ermənistanda ciddi ajiotaj yaşanır. Xatırladaq ki, qeyd edilən xüsusda Ermənistanın “İravunk” nəşri maraqlı məlumat yayıb.

Nəşr iddia edir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi müzakirə olunub: “ABŞ tərəfindən Qriqoryana yeddi tələb təqdim olunub: 1.Sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır; 2. Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir; 3. Zəngəzur bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək struktur Bakı tərəfindən açılmalıdır; 4. Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir; 5. Ermənistan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmağı öhdəsinə götürməlidir; 6. Zəngəzur dəhlizi beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiyanın iştirakı olmadan açılmalıdır; 7. Ermənistan Qarabağdan tamamilə imtina etməlidir”. Bunlar rəsmi təsdiqini tapmasa da, bir çox erməni ekspertlərin fikrincə, belə çözüm həqiqətdən uzaq deyil. Beləliklə, Vaşinqton görüşündə Azərbaycanın mövqeyinin qəbul edildiyi məlumdur. Bakının separatçılara amnistiya təklifinin Vaşinqton tərəfindən dəstəklənməsi də bunu deməyə əsas verir. İstisna deyil ki, qeyd edilən bir çox istiqamətlər üzrə artıq qarşılıqlı razılıq da əldə edilib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də bunu təsdiq edir: "Azərbaycan və Ermənistan bir sıra məsələlərdə mühüm irəliləyiş əldə ediblər". Onun sözlərinə görə, Amerika tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü səbrsizliklə gözləyir: “Onlar bir sıra məsələlərdə ciddi irəliləyiş əldə ediblər. Son görüşdə həll edilməyən məsələlərin dairəsinin azalmasına nail olublar. Beləliklə, biz hesab edirik ki, həll edilməyən məsələlərin dairəsinin azalması ilə sülh müqaviləsi əlçatan olacaq”. Qeyd edək ki, 27-29 iyun 2023-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb. Məlumata əsasən, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Baş verənləri şərh edən ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik bildirir ki, tərəflərin razılığı halında Rusiya prosesə müdaxilə edə bilməyəcəck: “Qarabağ məsələsinin qalıcı həllinə nail olmaq üçün bu məsələni Moskva ilə müzakirə etmək lazımdır, lakin sonuncu Vaşinqton və Brüsselə onun əməkdaşlığa hazır olması barədə impuls verməlidir”. Onun sözlərinə görə, Rusiya hazırda çox məşğuldur. “Təkcə ABŞ-nin yox, Avropa İttifaqının da Rusiya ilə münasibətləri tarixin ən aşağı nöqtəsindədir. Top Moskvanın meydanındadır. Əgər Rusiya Qarabağ məsələsinin tam həlli prosesində effektiv rol oynamaq istəyirsə, o zaman Vaşinqton və Brüsselə impuls verməlidir, tək aktor olmamalıdır, prosesdə effektiv rol oynamalıdır”. Uorlik deyib ki, kommunikasiyaların açılması Ermənistanın Rusiyadan asılılığını azaldacaq, bu, Azərbaycanın da xeyrinə olacaq. Təqaüddə olan diplomatın sözlərinə görə, Türkiyə ilə sərhədin açılması da Ermənistana böyük fayda verəcək: “Ermənistan-Azərbaycan münasibətləri yaxşılaşarsa, düşünürəm ki, Ermənistan və Azərbaycan üçün də yeni rifah dövrü açılacaq”. Rəsmi İrəvan bildirir ki, 2007-ci ildə “Madrid prinsipləri” əsasında danışıqlara razılıq verməklə Ermənistan artıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və Qarabağda yaşayan ermənilərin uzaq gələcəkdə “öz müqəddəratını təyin etmək”, “Azərbaycandan kənarda hər hansı status almaq” imkanı olmayıb.  Uorlik buna toxunaraq bildirib ki, onun həmsədr olduğu dövrdə danışıqlar masasında tənzimləmə variantı olub: “Azərbaycan və Ermənistan rəhbərləri buna getməyə hazır olsaydılar, həmin varianta nail olmaq mümkün olardı, lakin onlar buna hazır deyildilər. Azərbaycan həmişə ərazi bütövlüyü prinsipində israr edib, eyni zamanda, Ermənistan "xalqların öz müqəddəratını təyin etmək hüququ" və "status məsələsi"nin müzakirəsində təkid edirdi. Fikrimcə, həm Ermənistan, həm də Azərbaycan üçün məqbul olan həll yolu elə formalaşdırıla bilərdi. Amma bu artıq keçmişdə qalıb, biz olduğumuz yerdəyik, Ermənistan hökuməti və Qarabağda yaşayan insanlar mövcud vəziyyəti qəbul etməli və Qarabağda yaşayan insanların hüquqlarını təmin edən həll yoluna çalışmalıdırlar”. Erməni politoloq Stepan Danielyan isə bildirir ki, İrəvan onsuz da Bakının dedikləri ilə razılaşacaq: “Ermənistana kənardan kömək yoxdur. Rusiyanın vəziyyəti hazırda son dərəcə ciddidir və Türkiyə ilə qarşıdurma yaşamamaq üçün hər şeyi edəcəklər”. Onun sözlərinə görə, ən təhlükəli nöqtə Cənubi Qafqaz, Ermənistan və Qarabağdır: “Münaqişədə maraqlı olan ölkələr var, bunlar ilk növbədə İsrail və Böyük Britaniyadır. Təsadüfi deyil ki, İlham Əliyev Ermənistan baş nazirinin öz vədlərini artıq kağız üzərinə köçürməli olduğunu bildirdi. İndi Ermənistanın baş naziri qərar verməlidir ki, hər şeyi, Zəngəzuru da güzəştə gedir və özü də Türkiyə-Azərbaycan koalisiyasına qoşulur”. Erməni politoloq vurğulayıb ki, Ermənistan bununla da Türkiyənin təsir zonasına daxil olacaq və bu, ölkənin indiki hakimiyyətinin siyasətidir. O qeyd edib ki, Türkiyə Rusiyadan maksimumu alıb, indi də Qərbdən almalıdır: “Türkiyə daha əlverişli vəziyyətdə olmağa çalışır. Türkiyə iqtisadi problemlərini Qərblə daha sıx əlaqələr, o cümlədən Aİ ilə sıx əməkdaşlıq yolu ilə həll etmək istəyir”. Bu şəraitdə Azərbaycanın siyasəti Türkiyəyə daha əlverişli imkanlar qazandırır. Ermənistanın isə indiki halda Azərbaycanın və Türkiyənin şərtlərini qəbul etməkdən başqa çıxış yolu qalmır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ