Bazar ertəsi günü, 09 noyabr 2026
     

Axmaqlıq allah vergisidir, ancaq ondan da gərək sui-istifadə etməyəsən! - Abutalıb Səmədov yazır...

Image


Azərbaycanda rep məktəbinin yaranmasında müstəsna rol oynamış Anar Nağılbaz adında bir istedadlı sənətkarımız var idi.

Ləyaqətsiz insanlar onu məhv etmək üçün  intim videosunu yaydılar.

Çünki yaxşı bilirdilər ki, o, heç nəyi vecinə almayan gönüqalınlardan deyil və bu xəyanətə dayana bilməyəcək.

Yanılmadılar.

Anar rəzil insanların o zərbəsindən özünə gələ bilmədi, sevənlərini gözüyaşlı, övladlarını atasız qoyub bizi tərk etdi.

İnsanların hamısı nağılbazdı-deyirdi.

Bu yazı da bir dəhşətli nağılbaz barədədi - özünə “milli şura” deyən, “ana müxalifət” olduğunu iddia edən və cəmi 4-5 nəfərdən ibarət olan bir dəstənin “lideri” barədə.

Bilmədiyi, heç bir  anlayışa malik olmadığı məsələlər haqqında ağıllı, savadlı adam kimi saatlarla danışmağı “bacaran”, bilmədiyini danışmaq üzrə nəinki Azərbaycanda, hətta bütün dünyada tayı-bərabəri olmayan bir fenomen-nağılbaz, Cəmil Həsənli barədə.

Alimdir, tarix elmləri doktorudur-deyirlər.

Hətta təhsildən yarımamış bəzi cahillər onu “dünya şöhrətli alim”-adlandırmaqdan belə utanmırlar.

Unudurlar ki, alimlər nağılbaz olmurlar və bilmədikləri məsələlər barədə heç vaxt danışmırlar.

Çünki  özlərinə və sözlərinə çox dəyər verirlər, dilə gətirdikləri hər kəlmənin üstündə əsir, yanlış olmasından çəkinirlər.

Heç vaxt özlərini hər şeyi bilən kimi göstərmirlər, heç vaxt bilmirəm-deməkdən qorxmurlar.

Çünki çox şey bildiklərinin fərqindədirlər və öz qiymətlərini yaxşı dərk edirlər.

Peşə yoldaşlarının onların ciddi yanlışını tutması alimlər üçün ölümə bərabərdir.

Bütün bunları sadaladıqdan sonar onu da deməliyəm ki, Cəmil Həsənlinin şərəfli alim adını daşımağa layiq olan bu dəyərli insanlarla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Nə çıxışlarında yol verdiyi  qələtlər, nə da başına gələn  hadisələr onu utanmağa, xəcalət çəkməyə məcbur edə bilməz.

Necə ki, çıxışlarında buraxdığı yüzlərlə ciddi qələtlərdən heç vaxt utanıb xəcalət çəkməyib.

Necə ki, qızının biabırçı videosu yayılanda heç nəyi vecinə almadı və özünü heç nə olmamış kimi apardı.

Ədalət naminə onu da etiraf etməliyik ki,  bu cür “övlad zərbələrindən”  heç bir ata sığortalanmayıb.

Belə rəzalətlə hər siyasətçi ata üzləşə bilər və bu zaman onların qarşısında tutulacaq iki ləyaqətli yol olur: ya milli-mənəvi dəyərlərə sadiq olub bu cür “kollektiv əyləncələri” sevən övladının davranışını qəbul etməyəcəksən, ondan imtina etdiyini söyləyəcəksən, ya da bunu bacarmadığını görüb – “mənim özümə siyasətçi deməyə, böyük iddialarla yaşamağa haqqım yoxdur” - etirafını edib siyasətdən çəkiləcəksən.

Ləyaqətli insanlar üçün başqa yol yoxdur və ola bilməz.

Hərçənd ki, vəziyyətdən çıxmaq üçün daha “orjinal” yol tapanlar da olur.

Necə ki, C.Həsənli kimi prezident seçildiyini iddia edən digər həmkarı İ.Qəmbər oğlunun “erməni soyqırımı” iddiasına “onun 40-a yaxın yaşı var” - deyərək münasibət  bildirdi və “fürsətdən” istifadə edib oğlunun “istedadı” barəsində danışmaq imkanını da əldən buraxmadı.

Cəmil Həsənli nədənsə bu yolu da tutmadı. Baxmayaraq ki, qızının “istedadı” ilə öyünmək haqqı ən azı müsavatçı həmkarı qədər idi.

“Özünü o yerə qoymamaq” yolunu tutdu və zərərçəkən pozası alıb tələb elədi ki, “çəkilişi aparan operator dərhal ortaya çıxsın!”.

İnsafən həm “operator”, həm də əsas “aktyor” və “aktrisalar” öz “işlərini” mükəmməl icra etmişdilər və ortaya dünya səviyyəsində bir “sənət nümunəsi” çıxarmışdılar.

İstedadlı işi etiraf etmək, istedadlı insanlara verilmiş “allah vergisini” qiymətləndirmək hamımızın borcudur.

Özünə “alim”, “siyasətçi” deyən Cəmil Həsənli kimilərinin diletant, öz peşəsindən xəbərsiz olduğunu da açıq şəkildə söyləmək də həmçinin.

 Filosoflardan biri deyib ki, XX əsrin cahilləri oxumaq, yazmaq bilməyənlər idisə, XX! əsrin cahilləri oxuduğunu, eşitdiyini anlamayanlardır.

“Tarix elmləri doktoru”, “dünya şöhrətli alim” Cəmil Həsənli bu cür oxuduğunu, eşitdiyini anlamayan cahillərdəndir.

Mən “milli şura”nın “möhtəşəm lideri”nin cahilliyini, nə qədər səviyyəsiz və savadsız olduğunu sübut etmək üçün onlarla, hətta yüzlərlə misallar göstərə bilərəm.

Ancaq yazının çox böyük olmamaması üçün hələlik onun  bu günlərdə səsləndirdiyi son cahillik nümunəsi ilə kifayətlənəcəyəm.

Yeri gəlmişkən, C.Həsənlinin “Osmanqızı tv”-də söylədiyi “son nağıla” keçməzdən əvvəl onun bir “keyfiyyətini” də etiraf etməliyəm.

Etiraf etməliyəm ki, ataların böyük əksəriyyətini məhv edəcək həmin dəhşətli hadisəyə qətiyyən əhəmiyyət verməyən “ana  müxalifət” lideri misilsiz “dəyanət” göstərdi və müxalifətçi cəbhədaşlarından böyük dəstək gördü.

Bu da təbiidir, çünki bugünkü Azərbaycan müxalifətinin sıraları belə “dəyanətli” adamlarla doludur.

Artıq bir qədər uzanan giriş sözünə yekun vurub keçirəm C.Həsənlinin növbəti “nağılına”.

Gəlin “dünya şöhrətli alimin”yerinə xəcalət çəkə-çəkə onun dediklərinə diqqət kəsilək və görək o Azərbaycan ədəbi dilinin “anasını ağlada-ağlada” Fransanı necə müdafiə edir:

“Fransanı “Minsk qrupu”nda həmsədr edən biz olmamışıq ki, Əliyevlər olub da. Eyni zamanda Türkiyə çıxardılıb həmsədrlikdən, eee, Heydər Əliyevin devrində Fransa həmsədr olubdu və bu günə qədər də, bu günə qədər də  həmsədr olaraq qalır. İlham Əliyev deməli eee, müharibəyə qədər, ya elə bu günə qədər eee, ölkənin prezidenti olub və belə bir müstəmləkəçi devləti eee, çıxartmayıb həmsədrlikdən, belə bir təşəbbüs qaldırmayıb. Eee,  bu məsələni hansısa beynəlxalq məclisdə qaldırmayıb”.

Dəyərli həmvətənim, bu sözləri deyən hansısa zəhmətkeş göyərti satan qardaşımız deyil, prezidentlik iddiasında olan, hətta bir dəfə seçildiyini söyləməkdən utanmayan tarix elmləri doktoru Cəmil Həsənlidir.

Ancaq ədalət naminə onu da deyək ki, o, öz sözlərini demir, öz şanlı lideri Əli Kərimlinin quraşdırdığı “nağılı” təkrar edir.

Yəni, bilmədiyini, anlamadığını danışan “ustadının” uydurduğu yalanı tutuquşu kimi nöqtəsinə-vergülünə toxunmadan “səngər” yoldaşı Gültəkin Hacıbəyli kimi səsləndirir.

Dediklərini bir daha təkrar etməyə ehtiyac yoxdur.

Ancaq bu cür “elm xadimləri” üçün  “savadsızlığı ləğv etmə” kursunu açmağa ciddi ehtiyac var və yaxın günlərdə belə bir qurumu yaratmaq artıq qaçılmaz  məcburiyyətdir.

Keçək “milli şura”nın iddiaları yerə-göyə sığmayan “lider”lərinin yaydıqları  növbəti şər-böhtanlara.

Birincisi, Fransanı 1997-cı ilin ilk günündə, yəni, yanvarın 1-də “Minsk konfransı”nın (“Minsk qrupu”nun yox) həmsədri təyin edən ATƏT-in fəaliyyətdə olan sədridir.

Əgər bu “milli şuraçılar” özlərinə əziyyət verib “Minsk konfransı həmsədrlərinin mandatı” adlı, 1 mart 1995-ci il tarixli sənədi oxusaydılar və həmişə olduğu kimi oxuduqlarını anlamamaq problemi yaşamasaydılar bəlkə belə ciddi qələtə yol verməyə bilərdilər.

Fransanın həmsədr təyin olunacağı barədə məlumatı Azərbaycan hakimiyyəti 1996-cı ilin son günü alıb və prezident Heydər Əliyev ATƏT-ə dərhal etiraz notası göndərib.

Tələb edib ki, Finlandiyanın yerinə ikinci həmsədr ermənilərin istədiyi Fransa deyil ABŞ təyin olunsun.

Böyük Heydər Əliyevin birinci tələbini nəzərə almayan ATƏT rəhbərliyi ertəsi gün, “tezbazar” Fransanı həmsədr təyin edib.

Ancaq ATƏT Ulu Öndərin ikinci tələbini nəzərə almaq məcburiyyətində qalıb.

Daha bir həmsədr postu təsis edilib və 1997-ci il, fevralın 14-də ABŞ üçüncü həmsədr təyin olunub.

Bu Cəmil Həsənlinin və dəstə yoldaşlarının birinci yalanının cavabı.

İkinci yalan daha məkrli və daha dəhşətlidir.

“Milli şuraçılar” cahilcəsinə iddia edirlər ki, guya Türkiyə Fransadan əvvəl “Minsk qrupu”nun həmsədri olub və Azərbaycan rəhbərliyi onun yerinə Fransanı bu posta gətirib.

Cahillər üçün kiçik arayış.

“Minsk konfransı” 1992-ci il, martın 24-də formalaşdırılıb. İlk sədri İtaliyalı Mario Rafaelli olub, “Minsk qrupu” deyilən dəstəni “icad edən” “super Mario”.

Ondan sonra İsveçli Yan Eliasson sədr təyin olunub.

1994-cü ilin sonunda Budapeştdə həmsədrliyə keçmək barədə qərar qəbul olunub və ilk həmsədrlər Rusiya və Finlandiya olub.

1997-ci ildən həmsədrlərin sayı 3-ə çatdırılıb və “Minsk qrupu”nun son günlərinə qədər ABŞ, Rusiya və Fransadan ibarət “mötəşəm üçlük” istirahət bilmədən, gecə-gündüz “çalışıblar”.

İndi bu “milli şura” cahillərindən və onların “şanlı lideri” Cəmil Həsənlidən soruşuram: Türkiyə nə vaxt həmsədr təyin olunmuşdu ki, Azərbaycan da onu dəyişdirib yerinə Fransanı gətirdi?

Bu bədbəxtlər anlaya bilmirlər ki, Azərbaycan nə qədər istəsə də ATƏT Türkiyəni heç vaxt həmsədr təyin etməzdi.

Çünki 11 üzv dövlət içərisində yalnız Türkiyənin birmənalı tərəf tutduğu iddia olunurdu və bəzi iclaslara tərəflər sayılan Azərbaycan və Ermənistanla yanaşı Türkiyə də dəvət olunmurdu.

Həqiqət belə olduğu halda “milli şuraçılar” bu “nağıl”ı necə uydurmuşdular?

Burda yenə də adını unutduğum amerika filosofunun eşitdiklərini, oxuduqlarını  anlamayan XX! əsrin cahilləri barədə söylədiklərini xatırlamaq və onun atasını “rəhmətlə yad etmək” məcburiyyətindəyəm.

1993-cü ilin yazında Rusiya, ABŞ və Türkiyə münaqişəni nizama salmaq üçün “Üçlər planı” deyilən bir təkliflər paketi hazırlamışdılar.

Bu plan barədə səthi məlumatı olan bu cahillər də hələ də güman edirlər ki, həmin 3 dövlət “Minsk qrupu”nun həmsədri olaraq bu təklifi veriblər.

Anlamırlar ki, həmin dövrdə “Minsk qrupu”nda həmsədrlik yox idi.

Bir sədr var idi və onun da adı Mario Rafaelli idi.

Fransanın tərəfsiz olmadığı və həmsədrlikdən uzaqlaşdırılması barədə Azərbaycan hakimiyyətinin təmsilçiləri dəfələrlə bəyanatlarla çıxış ediblər.

Ancaq Cəmil Həsənli kimilərindən fərqli olaraq onlar beynəlxalq sənədləri diqqətlə öyrənirlər və ATƏT-in belə bir addım atmayacağını da hamıdan yaxşı bilirlər.

Məhz bu səbəbdən Azərbaycan bütün gücünü “üçlüyün” verdiyi təklifləri neytrallaşdırmağa və “Minsk qrupu” deyilən dəstəni meydandan çıxarmağa yönəltdi və sonunda məqsədinə nail oldu.

Bir az əvvəl dediyim kimi mən Cəmil Həsənli və onun cahil həmkarlarının yüzlərlə bu cür yalanlarını xatırladıb onların nə qədər aşağı səviyyəli olduqlarını sübut edə bilərdim.

Ancaq etməyəcəm. Çünki həm özümün, həm də oxucuların vaxtına heyifim gəlir.

Ancaq cahillərlə mübarizəmiz bitməyəcək və bundan sonra bir az da kəskin şəkil alacaqdır.

Çünki xalqın çığırqan cahillərə inanması çox dövlətlərin başına bəlalar gətirib və Azərbaycanımızı belələrindən qorumaq hamımızın borcudur.

Sonda “ayıbına kor olmayan”, bilmədiyi məsələlər barədə ağzına gələni danışan Cəmil Həsənli kimilərinə Bismarkın məşhur sözlərini xatırlatmaq istəyirəm.

O deyirdi: “Şübhə yoxdur ki, axmaqlıq allah vergisidir, ancaq ondan da gərək sui-istifadə etməyəsən!”...

Abutalıb Səmədov



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ