Bazar ertəsi günü, 09 noyabr 2026
     

"Nüvə Apokalipsisi" bu gedişlə qaçılmaz olacaq...

Image


“Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər”. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün Teleqram kanalında bildirib.

“Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur”. Qeyd edək ki, ötən bazar günü bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk AES-ə raketlərlə hücum etmək istəməsi ilə bağlı xəbərlər yayılıb. Xatırladaq ki, iyulun 9-da günortadan sonra Rusiya hava hücumundan müdafiə qüvvələri iki raketi vurub. Daha sonra onların fraqmentləri Bryansk vilayətinin ərazisində aşkar edilib. Bir sıra KİV istisna etmir ki, söhbət məhz Smolensk vilayətindəki atom elektrik stansiyasını və Kaluqa vilayətindəki hərbi aerodromu vura biləcək raketlərdən gedir. Dmitri Medvedyev əvvəllər ən sərt formada nüvə raketlərdən istifadənin zəruriliyindən danışıb. Bir neçə gün əvvəl o deyib: “İstənilən müharibəni nüvə silahından dərhal istifadə etməklə bitirmək olar”. Medvedyev İkinci Dünya müharibəsinin sonunda ABŞ-ın Xirosima və Naqasakiyə atdığı atom bombalarını xatırladıb. Beləliklə, nüvə silahı ilə bağlı təhdidlər artır. Bunlar fonunda Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalını, Zaporojye AES-dəki vəziyyəti şərh edib. Zelenski qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə etməyəcək. Ukrayna prezidenti “ABC News” telekanalına müsahibəsində bildirib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq üçün Zaporojye atom elektrik stansiyasını minalaya bilər. Bu arada BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye AES-də mümkün partlayışı təsdiqləyən dəlil görmədiyini bildirib, eyni zamanda obyektə daha şəffaf giriş tələb edib. Zelenski buna da toxunub: “Başqa partlayıcılar varmı? Bəli. Onlar indi partlayıcıları görə bilirlərmi? Xeyr. Ərazinin nə qədər hissəsinin minalarla çirklənməsi barədə nəticə çıxarmaq üçün... qərəzsiz olan kifayət qədər insan varmı? Xeyr”. Lakin ekspertlər diqqəti ona yönəldir ki, Rusiya-Ukrayna müharibəsi tərəflərin “qırmızı xət”ləri çox asanlıqla keçə biləcəyini göstərir.  Məsələn, “Kaxovka” su elektrik stansiyasnın partladılmasına qədər hərbi təhlilçilər düşünmürdülər ki, Rusiya və ya Ukrayna bu fəaliyyəti icra edə bilər. “Harpers Magazine” jurnalı bu fonda yazır ki, ABŞ-ın Rusiya ilə bağlı xarici siyasəti dünyanı nüvə müharibəsi təhlükəsi həddinə çatdırıb. Məqalədə amerikalı tarixçi və diplomat Corc Kennanın səsləndirdiyi fikirlərdən sitat gətirilib. O, 1997-ci ildə bildirmişdi ki, Vaşinqtonun “soyuq müharibə” atmosferini bərpa etmək səyləri Ağ Evin üzləşəcəyi ciddi səhv addım olacaq. Bildirilir ki, ABŞ nümayəndələri, bununla yanaşı, nüvə təhlükəsizliyi və təminatı sahəsindəki öhdəliklərini genişləndirmək istiqamətində səylərini davam etdiriblər. Məqalədə vurğulanır ki, Ağ Ev Rusiya ilə açıq münaqişəyə yaxınlaşır. Bütün bunlar ABŞ və Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib çıxarıb. Hazırki məqamda iki ölkə arasında nüvə qarşıdurması tarixdə görünməmiş şəkildə fəlakətli həddə çatıb.

Tanınmış polşalı analitik Roman Bekker də qeyd edir ki, Putinə yaxın olan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin nüvə silahından istifadənin tərəfdarı olduğu və demək olar ki, hər gün nüvə apokalipsisinin mümkünlüyündən danışması təsadüfü deyil: “Medvedyev, çətin ki, belə bəyanatları təsadüfən verir, o, Putinin düşüncə tərzini bilir. Bu yerdə Putinin bir neçə il əvvəl “Valday” Diskussiya Klubunun iclasındakı çıxışını xatırlaya bilərik. “Onlar (Qərbdə) hamısı öləcəklər, biz isə əzabkeşlər kimi cənnətə gedəcəyik”, - ifadəsinə necə münasibət göstərmək olar? Hələ o zamanlar bu cümlə nüvə müharibəsi təhlükəsinin mövcud olduğuna sübut idi. Düşünürəm ki, Kreml müharibədə uduzsa, o zaman “qırmızı düymə”yə basa bilər. Yenə deyirəm, bu bütün dünya üçün çox təhlükəlidir”. Qeyd edək ki, Rusiyanın taktiki nüvə silahları artıq Belarusdadır. Polşa isə Qərbdən nüvə silahlarını öz ərazisində yerləşdirməyi xahiş edib. Bu arada “Future of Life Institute” qeyri-kommersiya təşkilatının alimləri ABŞ və Rusiya arasında proqnozlaşdırıla bilən nüvə münaqişəsinin simulyasiyasını həyata keçiriblər. Buna əsasən, bir tərəf nüvə raketlərini buraxır, digər tərəf onları aşkar edir və zərbə nöqtəsinə qədər zərbə endirərək cavab verir. Norveçin qərbində ABŞ sualtı qayıqlarından atılan ballistik raketlər təxminən 10 dəqiqə ərzində Rusiyanı, Rusiya raketləri isə Kanadanın şimalından bir neçə dəqiqə ərzində ABŞ-ı vurmağa başlayır. Qeyd olunur ki, ilk zərbələr elektronika və elektrik şəbəkələrinə dəyəcək, bununla da hər metrdə on minlərlə volt gərginliyə malik elektromaqnit impulsuna səbəb olacaq. Sonrakı zərbələr komanda məntəqələrini və nüvə qurğularını məhv etməyə yönəlib. Yerdə yerləşdirilən qitələrarası ballistik raketlər buraxılış anından hədəfə çatana qədər təxminən yarım saat uçur. Bütün bunlar bütün planet üçün böyük təhdidə çevrilir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ