Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiyanın nüvə stansiyasına NATO-dan zərbə? - Medvedev prezident kimi cavab verdi…

Image


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında deyib ki, Smolensk vilayətindəki Desnoqorsk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Ukrayna və Şərqi Avropadakı bir sıra nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır.

Rusiya kanalları Ukrayna qüvvələrinin Smolensk AES-ə hücum etməyə cəhd etdiyini bildirib. Məlumata  görə, zərbənin Britaniyanın “Storm Shadow” qanadlı raketləri tərəfindən həyata keçirildiyi iddia edilir. Mərmilər saat 14:00 radələrində Bryansk vilayətinin Bıtoş kəndi üzərində Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Bütün bu yaşananlar fonunda, dünyanın nüvə müharibəsinin astanasında olduğu təsdiqlənirmi?

Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində soyuq müharibə cəbhəsində nüvə məsələsi həmişə aktual, həmişə dinamik bir fazada saxlanılmış mövzudur: “Yəni hələ ötən əsrin ikinci yarısından sonra, İkinci Dünya müharibəsindən sonra, Qərb və ABŞ başda olmaqla, Rusiya ilə aralarındakı “soyuq müharibə”nin əsas paradiqmasını nüvə silahı təşkil edirdi. Bu ölkələr nüvə silahına daha tez yiyələnmək məqsədi ilə yarışa girmişdi və bu məsələyə milyardlarla dollar vəsait xərclənirdi. Bilirsiz ki, ABŞ prezidenti Con Kennedi məhz bu soyuq müharibəyə son qoymaq məqsədilə belə bir proqramla çıxış etmişdi. O bildirmişdi ki, soyuq müharibəyə, nüvə silahına xərclənən pulu mədəniyyətin inkişafına, kosmosun tədqiqinə xərcləyəcək. Ancaq Con Kennedinin bu arzusu yarımçıq qaldı. Bilirsiz ki, ona qarşı 1962 - ci ildə Dallasda böyük bir sui - qəsd təşkil edildi. Bu müharibənin əsas tərkib hissəsini də nüvə silahı təşkil edirdi. Nüvə silahı üzərində qurulmuş prinsiplər vardı. Bu gün Amerika və Rusiya arasında “soyuq müharibə”nin növbəti bir fazasına qədəm qoymuşuq. Bu birbaşa odlu müharibədir. Amerika bu müharibənin başlanmasından ötrü xüsusi xidmət orqanlarının, kəşfiyyat orqanlarının iştirakı ilə çox böyük vəsait xərcləmişdi. Təbii, Amerika ciddi cəhdlə çalışırdı ki, strategiyada  tutulan planları həyata keçirsin. Buna da nail oldu. Bu gün Rusiya-Ukrayna müharibəsi Amerikanın Rusiyaya qarşı apardığı “soyuq müharibə”nin isti variantıdır. Amerika çox hiyləgərcəsinə planını cızdı və həyata keçirdi. Artıq Rusiyanın Ukraynadakı vəziyyəti gündən - günə gərginləşir. Rusiya sanki bütün dünyaya qarşı döyüşür. Müharibənin hər uzanan günü Rusiya üçün çox ciddi maliyyə hesabına başa gəlir. Bütün dünya Ukraynanın silahlanması, maliyyələşməsi ilə bağlı böyük cəhdlər göstərir, ən yeni silahlar verilir. Bütün bu silahların verilməsində, maliyyə dəstəyinin göstərilməsində əsas məqsəd Rusiyanı daha çox bataqlığa çəkməkdir. Rusiya artıq vəziyyətin gərginliyini başa düşür. Ona görə də, prezident Vladimir Putinin də dilindən tez - tez nüvə silahı ilə bağlı fikirlər eşidirik. Onun mühafizəçilərinin sırasında əlində diplomat mühafizəçilərin olması da ayrıca bir mesajdır. Amma açıq şəkildə də Putin bildirib ki, elə etməsinlər bütün dünya da, onlar da məhv olsun. Təbii ki, bütün bunlar ciddi alternativlərlə işlənilir. Burada elə bir vəziyyətdir ki, nüvə silahına doğru ciddi addımlar artır, təhdidlər artır. Rusiyanın əlində hazırda ciddi nüvə silahları var. Dünyanı dağıtmaq gücündə olan silahların işə düşməsini biz də heç vaxt arzulamarıq. Bu, bölgədə çox böyük fəlakətlərə səbəb ola bilər. Bəli, dünya nüvə silahı ilə bir-birinə hədə-qorxu gələn dövlətlərin əlində aciz qalıb. Bu gün nüvə silahının adı heç vaxt bu qədər hallandırılmayıb. Eyni zamanda heç vaxt belə bir təsəvvür yaranmayıb ki, dünya nüvə silahından istifadə edə bilər. Təbii ki, bu silahdan istifadənin də çox ciddi problemləri var. Bu asan məsələ deyil və bir nəfərin qəbul etdiyi qərar əsasında reallaşa bilməz. Dünya bu müharibəni yaşamaya bilər. Amma görünən budur ki, bütün dünya liderləri, Amerika, Rusiya kimi aparıcı dövlətlər bir - birinə qarşı nüvə silahı ilə təhlükəli hədə - qorxu ilə çıxış edirlər. Elə bir dövrdə  yaşayırıq ki, nüvə sözü hər şeydən çox işlənir. Bu çox təhlükəli tendesiyadır. Arzu edək ki, vəziyyət daha da ağırlaşmasın”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ