çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Zəngəzur dəhlizi gələn il işə düşəcək…

Image


Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının mayın 25-də Moskvada keçirilən görüşündə əldə edilmiş razılaşmaların həyata keçirilməsi məqsədilə Moskvada üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə üçtərəfli İşçi Qrupun 12-ci iclası keçirilib.

Bildirilir ki, iclas konstruktiv şəraitdə keçib.
Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının təşkili üsulları haqqında razılaşmada mühüm irəliləyişlər qeydə alınıb. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunması mühüm addımdır. O qeyd edib ki, Ermənistan Naxçıvan, Zəngəzur, Azərbaycan vasitəsilə Rusiyaya, Avropa  ölkələrinə, İrana keçmək imkanı əldə edəcək. Qeyd edək ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Azərbaycanın postmüharibə dövründə Ermənistan qarşısında irəli sürdüyü əsas tələblərdən biri olub. İndi bunun icrası istiqamətində Ermənistan artıq müvafiq addımlar atır. Bütün bunlar Azərbaycanın Horadiz-Ağbənd dəmir yolunu sürətlə inşa etdiyi bir vaxtda qeydə alınır. Bu xətt gələn il istifadəyə veriləcək və o, Zəngəzur dəhlizinin mühüm tərkib hissəsidir. Zəngəzur dəhlizi isə, Cənubi Qafqazda sülhün bərqərar olması ilə yanaşı, təchizat zəncirinin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu xüsusda bildirir ki, Zəngəzur dəhlizi üzərindən Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında reallaşdırılacaq regional kommunikasiya layihələri, işğaldan azad edilmiş ərazilərin mövcud potensialından tam istifadə edilməsi davamlı və dayanıqlı inkişaf, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq erasını təşviq etməsi üçün geniş imkanlar yaradır. Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə dağılmış nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni avtomobil yollarının, dəmir yollarının inşası istiqamətində mühüm işlər görülür: “Həmin ərazilərdə Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib. Baş plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz-Ağbənd dəmir yolu mühüm əhəmiyyət kəsb edir. Sözügedən layihənin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır”. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov isə diqqəti ona yönəldir ki, Zəngəzur dəhlizi layihəsi Ermənistanın özünü təhlükəsiz hiss etməsi üçün də vacibdir. Dəhlizin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq. O bildirib ki, bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün əhəmiyyətlidir: “Zəngəzur dəhlizi Türkiyənin şərqlə qərb arasındakı əlaqəsini təmin edəcək”. Səfirin sözlərinə görə, Zəngəzur dəhlizi Ermənistanın inkişafı, gələcəyi üçün əhəmiyyətlidir: “Ermənistan son 30 ildə bir çox layihədən məhrum oldu. Bu layihələr Ermənistan yox, Gürcüstandan keçərək Türkiyə, Qara dəniz və Aralıq dənizinə çatdı. Ermənistan bu layihədən də kənarda qalsa, həyata keçirə biləcəyi başqa proyekti qalmayacaq”.

Baş verənlərlə bağlı Rusiyanın “Vestnik Kavkaza” portalı yazır ki, dəhliz Kreml üçün də müstəsna önəm kəsb edir: “Rusiya üçün Zəngəzur dəhlizi Ermənistan və Türkiyəyə yeni quru yolu olacaq. İndi rus avtomobilləri bu ölkələrə Gürcüstan ərazisindən keçərək, pis hava şəraiti səbəbindən mütəmadi olaraq bağlanan Gürcüstan Hərbi Magistral yolunun qeyri-sabit dağlıq yolu ilə getməlidir. Dəmir yolu əlaqəsi, yenə də, yalnız Gürcüstandan keçməklə, Azərbaycandan da dolama yolla: əvvəlcə Bakıya, oradan isə Bakı-Tiflis-Qars beynəlxalq marşrutu ilə rellaşır. Zəngəzur dəhlizi Rusiya avtomobillərinin Ermənistan və Türkiyəyə ilboyu bütün hava şəraitində çıxışını təmin edəcək və respublikalarla dəmir yolu əlaqəsini təxminən 200 km azaldacaq. Və əksinə - Ermənistan və Türkiyə Rusiyaya daha stabil və daha qısa yolla sərnişin və yük daşıya biləcək. Bundan başqa, Ermənistan Naxçıvan vasitəsilə İranla dəmir yolu əlaqəsi açacaq. Azərbaycan təkcə Naxçıvan Muxtar Respublikası ilə çoxdan gözlənilən quru əlaqəni deyil, həm də tranzit rüsumlarına qənaət etməklə (Ermənistan və ya İran ərazisindən 40 km, Gürcüstandan keçən 250 km) Türkiyəyə daha bir çıxış əldə edəcək. Onunla birlikdə Azərbaycanın Xəzər limanları vasitəsilə Asiyadan Avropaya yük daşıyan bütün ölkələr, yəni ilk növbədə Çin bu çıxışı alacaq. Nəticədə Zəngəzur dəhlizi Cənubi Qafqaz vasitəsilə Şərq-Qərb istiqamətində qlobal yükdaşımaların ikinci (Bakı-Tiflis-Qarsdan sonra) nəqliyyat arteriyası olacaq. Onun işə salınmasından Rusiya, Azərbaycan, Ermənistan, İran və Türkiyə, eləcə də Xəzərin şərq sahilindən Avropa İttifaqına və əksinə malları tez və etibarlı şəkildə çatdırmalı olan istənilən qeyri-regional oyunçular birbaşa faydalanacaq.Zəngəzur nəqliyyat dəhlizinin çərçivə variantı Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən 2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsinə son qoymaq üzrə danışıqlar zamanı razılaşdırılıb”

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ