çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan Ermənistanın “Şimal-Cənub” dəhliz arzularını da puç etdi

Image


Bu günlərdə Ermənistanda iqtisadiyyat naziri Vahan Kerobyanın rəhbərliyi ilə beynəlxalq yükdaşımaları üçün multimodal yüksək sürətli marşrutun işə salınması və Çabahar İran limanının operator fəaliyyətinə daxil edilməsi məsələlərini müzakirə etmək üçün idarələrarası işçi qrup yaradılıb. İşçi qrupun yaradılması barədə Ermənistan baş naziri Nikol Paşinyan qərar verib.

 Məlumata əsasən, işçi qrupun vəzifələrinə Şərqi Asiya, Hindistan və İranı Gürcüstan və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə alternativ, Ermənistanın iştirakı ilə yeni yük dəhlizinin həyata keçirilməsinin müzakirəsi daxildir. Bundan başqa, İran tərəfi ilə 2021-ci ildə yerlərin icarəyə verilməsi və investisiyalar müqabilində Çabahar limanında operatorluq fəaliyyəti ilə bağlı əldə edilmiş razılaşmalar üzrə danışıqların davamlılığının təmin edilməsi işçi qrup tərəfindən həyata keçiriləcək. Beləliklə, Ermənistan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə alternativ yaratmaq, özü də orada əsas iştirakçılardan biri olmaq niyyətindədir. Amma bu dəfə də Azərbaycan ermənilərin arzusunu gözündə qoyacaq.  Bu barədə danışmazdan öncə qeyd edək ki, Ermənistanın iddialarına baxmayaraq, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin buradan keçməsi üçün ölkədə müvafiq infrastruktur hələdə yaradılmayıb. Düzdür, ekspertlər hesab edir ki, İran və Hindistan Ermənistanla bağlı iri nəqliyyat layihələri həyata keçirmək niyyətindədir. Amma Ermənistan 15 ilə yaxındır ki, “Şimal-Cənub” yolunun tikintisini başa çatdıra bilməyib. Bundan başqa, Qafandan Tatevə gedən alternativ Gorus-Qafan yolunun da səmərəliliyi azdır. Yolda yalnız 6-10 təkərli yük maşını istifadə edilə bilər, qoşqulu maşınlar isə oradan keçə bilməz. Ermənistan Nəqliyyatçılar İttifaqının rəhbəri Yeqişe Hovhannisyan bildirib ki, ölkə nəqliyyat layihələrindən istifadə etməli, bununla da Hindistan və İrana alternativ təqdim etməlidir: “Hindistan Ermənistan ərazisindən marşrutların açılmasında maraqlıdır. Ölkəmizdəki qəyyum vəziyyət də Hindistan üçün vacibdir. Bundan başqa, İranın Çabahar limanına  artıq yüz milyonlarla dollar sərmayə qoyulub və investisiyalar davam edəcək”. O, həmçinin əmindir ki, Hindistan və İran öz yol xəritələrindən əl çəkməyəcəklər, çünki Ermənistandan keçən yol onlara müəyyən qədər sərbəstlik verəcək və tədarükün diversifikasiyasına kömək edəcək. Amma belə bir vaxtda bəlli olub ki, Rusiya Prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayıblar. Rusiya dövlətinin başçısı tədbirə videobağlantı vasitəsilə qoşulub. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək. Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq. Bu dəmir yolu “Şimal-Cənub” dəhlizinin quru hissələrini birləşdirəcək ki, bu da “Transxəzər” marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək. Putin bundan öncə deyib ki, bu layihə təkcə Rusiya Federasiyası və İran deyil, həm də dünya ticarətinin bütün iştirakçıları üçün maraqlıdır, çünki logistika baxımından o, Süveyş kanalı və Qara dənizdəki boğazlara əhəmiyyətli əlavədir. Rusiya prezidentinin sözlərinə görə, belə bir qərar marşrutu ucuzlaşdırır, bu isə o deməkdir ki, malların yekun qiyməti daha aşağı olacaq.

Beləliklə, “Şimal-Cənub” dəhlizinin məhz Azərbaycandan keçən hissəsinn çəkilişi üçün müvafiq addımlar atılır. Bu da o deməkdir ki, dəhlizin Ermənistandan keçməsinə ehtiyac qalmayacaq. Həm də Ermənistandan fərqli olaraq, Azərbaycanda bütün zəruri infrastruktur da yaradılıb. Qeyd edək ki, “Şimal-Cənub” magistralının ümumi uzunluğunun 5-6 faizini təşkil edən hissələrə Ermənistanda dövlət artıq 300 milyon dollar xərcləyib. Tikintinin ümumi dəyərinə gəlincə, ən təxmini hesablamalara görə, tikinti Ermənistan büdcəsinə təxminən 4 milyard dollara başa gələcək. Buna isə Ermənistanın maliyyə gücü çatmır. Rusiyadan Hindistana qədər uzanan “Şimal-Cənub” nəqliyyat dəhlizində Cənubi Qafqaz regionu mühüm yer tutur. İndiki halda regionda yalnız Azərbaycan “Şimal-Cənub” dəhlizinin həyata keçirilməsi istiqamətində zəruri addımlar atır. Xüsusən də Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi  “Şimal-Cənub” dəhlizinin reallaşmasında, eləcə də Azərbaycan vasitəsilə Rusiya və İran arasında ticarət dövriyyəsinin artmasında mühüm rol oynayıb. Ancaq dəhlizin tam işə düşməsi üçün Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt dəmir yoluna birləşməlidir. Hazırda bu istiqamətdə də mühüm addımlar atılır. Bu dəhliz vasitəsilə yalnız bir istiqamətdən deyil, iki istiqamətdən Avropaya və əks istiqamətə göndərilən yüklər tranzit olaraq ölkəmizin üzərindən daşınacaq. Birinci istiqamət Astara (Azərbaycan) dəmir yolu vasitəsilə reallaşacaq. İkinci istiqamətdə isə Körfəz ölkələrindən İranın Bəndər Abbas limanına daxil olan yüklər yenə də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmizin ərazisindən Avropaya daşınacaq.  Bu, bütün iştirakçılar üçün ən sərfəli hal sayılır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ