Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Erməni ordusu qadınların ümidinə qaldı...

Image


Məlum olduğu kimi, Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir. Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bu faktı təsdiq edərək bildirib: “Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”.

Erməni mediasının məlumatına əsasən, artıq Ermənistanda qadınların hərbi xidmətə cəlb olunması üçün qanun layihəsi hazırlanır. Müdafiə nazirinin müavini Arman Sarkisyan müvafiq layihənin hazır olduqdan sonra ictimaiyyətin müzakirəsinə veriləcəyini vurğulayıb. Arman Sarkisyan qadınların orduda xidmətinin sırf könüllü xarakter daşıyacağını əlavə edib. Onun sözlərinə görə, bu fikrin yaranmasına səbəb müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə qadınların fəallığı olub. Nazir müavini qeyd edib ki, Müdafiə Nazirliyi əvvəllər qadınlar üçün atıcılıq kursları təşkil edib və nəticələr rəhbərliyi yaxşı mənada təəccübləndirib. Bu və digər amillər nəzərə alınaraq müvafiq qanunvericilik təşəbbüslərinin müzakirəsinə başlanılması qərara alınıb. Sarkisyanın sözlərinə görə, qadınlar üçün hərbi xidmət yalnız könüllü olacaq: “Bəzi hüquqi prosedurlardan keçdikdən sonra qanun layihəsi ictimaiyyətə təqdim olunacaq və bütün maraqlı tərəflər öz fikirlərini bildirmək imkanı əldə edəcəklər. Artıq təxmini layihəmiz var, lakin konkret danışmaq hələ tezdir”. Nazirlik rəsmisi əlavə edib ki, söhbət qadınların potensialından istifadə edərək, silahlı qüvvələrin döyüş hazırlığının artırılmasından gedir. Ekspertlər isə hesab edirlər ki, Ermənistan rəhbərliyi ordu sıralarında yaranan əsgər çatışmazlığını aradan qaldırmaq üçün qadınların xidmətindən istifadə etməyi düşünür. Ordunun qadınların ümidinə qalması Ermənistanın düşdüyü vəziyyəti açıq şəkildə ortaya qoyur. Erməni gənclər arasında ordudan yayınmaq halları da qadınlara ehtiyacı artırıb. Məsələ ilə bağlı erməni hərbi ekspert Mher Hakopyan bildirir: “Ermənistanda Müdafiə Nazirliyi qadın vətəndaşlarının könüllü hərbi xidmətə getmə imkanının yaradılması məsələsini müzakirə edir. Qadınlar indi də könüllü olaraq müqaviləli hərbi qulluqçu kimi qulluq edirlər. Qadınların könüllü olaraq məcburi hərbi xidmətə getməsinə gəlincə, bu bir qədər absurddur, o cümlədən ifadə baxımından absurddur. İndi siz necə təsəvvür edirsiniz, əgər qadın müqaviləli xidmət keçə bilərsə, müddətli hərbi qulluqçu olmağa gedəcək? Müddət isə məcburidir. 18 yaşına çatdıqdan sonra qız müqaviləli xidmət keçə bilər, onsuz da bu imkan var. Bəs qadınlar da müddətli xidmət keçməli olsalar, bunun harası könüllü oldu? Burada nəsə tam deyil”.
Erməni hərbi ekspert qadınların məcburi hərbi xidmətinin mümkünlüyünə toxunaraq bildirib: “Bu, ayrı və böyük mövzudur, sosial, fiziki, milli mentalitet və bir çox başqa cəhətləri var. Hər erməni kişi 18 yaşlı qızının hərbi xidmətə getməsinə icazə verməz. Sonra orada min bir sual yaranacaq. Bəli, ümumiyyətlə, mən məsələn, hansısa yaşayış yerinin yaxınlığında, bəlkə də axşam evə gəlmək imkanı ilə qadın xidmətinin təşkil edilməsinin tərəfdarıyam. Bu, ciddi müzakirə mövzusudur. Hər halda, qadınların kişilərin xidmət etdiyi kimi xidmət etməli olduğunu düşünmək ciddi deyil. Kimin komandir olacağını, hansı şəraitdə yaşayacağını bilmədən 18 yaşlı qızı evindən götürmək düzgün deyil. Burada çoxlu suallar var, amma bu barədə düşünmək olar. İsrailin təcrübəsini götürmək, yaxşı öyrənmək olar. Adamlar bundan keçiblər, niyə biz yeni velosiped icad edək?”.
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü, “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, general Qaqik Melkonyanın sözlərinə görə, hələ layihə yoxdur, parlamentə çatmayıb. Melkonyan qeyd edib ki, bu mühüm təşəbbüsdür, xidmət etmək istəyən qızlar çoxdur, buna görə xidmət üçün imkan yaradan qanun olmalıdır. Burada onu da qeyd edək ki, hazırda Ermənistan ordusunda ailə quran qadınlara hərbi xidmət stajına görə güzəştlər edilmir. Qadınların hesabına ordunu gücləndirmək istəyən Ermənistan başqa ölkələrdən silah alınmasına da xüsusi diqqət edir. Təbii ki, bütün bunların əsas hədəfi Azərbaycanla düşmənçilik siyasətinin davamıdır. Amma Azərbaycan ən yüksək səviyyədə öz xəbərdarlığını edib. Qeyd edək ki, prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu xüsusda bildirib: “Onu da bildirməliyəm ki, Ermənistana istənilən silah verilərsə, onlara kömək etməyəcək və mən Ermənistan tərəfinə bir neçə dəfə bunu demişəm. Demişəm ki, buna əbəs yerə vəsait xərcləməyin. Çünki birincisi, bu sizə kömək etməyəcək, ikincisi ölkənizdə olan revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. İllüziya yarada bilər ki, siz revanş edə bilərsiniz. Edə bilməyəcəksiniz! Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır. Ona görə biz, əlbəttə ki, lazımi tədbirləri görürük və imkan verə bilmərik ki, Ermənistan bizim üçün təhlükə yaratsın, heç vaxt imkan verə bilmərik”.

Bütün bunlar o deməkdi rki, erməni tərəfinin istənilən düşmənçilk addımına Azərbaycan ən sərt formada cavab verəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 17:13
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:06
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:48
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 15:45
90 min müəllimin əməkhaqqına əlavə ediləcək - nazir açıqladı...

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ