Cümə axşamı günü, 12 noyabr 2026
     

Xarici hərbi diplomatlar kütləvi Edilli məzarlığında - dünyaya hansı mesajlar olacaq...

Image


Oktyabrın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçuları olduğu ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığa səfər ediblər.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin kobud şəkildə pozulmasından danışıb. Bunun nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən şəxslərin əsir düşərək, işgəncə verilməklə öldürülməsi faktları barədə ətraflı məlumat verib.
Məzarlıqda 12 nəfərin qalıqlarının üzə çıxdığı qeyd olunub. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqlarının bilindiyi xüsusi vurğulanıb. Eyni zamanda skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı da hərbi attaşelərin diqqətinə çatdırılıb.
General-mayor H.Mahmudov erməni təcavüzü nəticəsində itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə hələ də heç bir xəbərin olmamasını da qeyd edib.
Edilliyə gedib-gəlmiş xarici ölkələrin hərbi attaşeləri, diplomatlar bu dəhşətləri gözləri ilə gördükdən sonra hansı addımları atmalıdırlar? Onlardan hansı addımları gözləmək olar ki, Azərbaycan üçün məqbul olsun?

  • “...Prosesin çox ciddi önəmi olacaq”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, onların bu dəhşətləri gözləri ilə görməsinin əhəmiyyəti böyükdür. “Bəli, Ermənistan tərəfin Azərbaycana qarşı törətdiyi cinayətlər təkcə bununla bitmir. Ümumiyyətlə, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq, təcavüzkar, soyqırım cinayətlərinin izləri çoxdur. Sadəcə olaraq, 30 ilə yaxın bir müddət ərzində işğalda saxlanılmış və cinayətlərin törədildiyi, cinayət izlərinin mövcud olduğu ərazilər Azərbaycanın nəzarəti altında olmadığına görə, Azərbaycan bu məsələlərlə bağlı dünyaya sübutlar təqdim edə bilmirdi. Amma bütün bunlara baxmayaraq, biz bunu 30 ilə yaxın bir müddət ərzində Azərbaycan dövlət rəhbərliyi və eləcə də  digər qurumlar səviyyəsində, xüsusilə də Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə beynəlxaq ictimaiyyətin, dünya ictimaiyyətinin, ayrı - ayrı dövlətlərin, təşkilatların diqqətinə çatdırırıq, onlara səslənirdik, çağırışlar edirdik ki, Ermənistan Azərbaycana qarşı cinayətlər törədir, ərazilərini darmadağın edir. Ermənistan təkcə Azərbaycanın vətəndaşlarına qarşı soyqırım cinayətləri törətməyib, eyni zamanda ekologiyasına qarşı ekosid, yəni ekologiya soyqırımı törədib. Şəhərlərimizə qarşı urbisid cinayətləri, dini, tarixi, mədəni abidələrinə qarşı kultursid cinayətləri törədib. Bütün istiqamətlərdə Azərbaycana qarşı kütləvi şəkildə müharibə cinayətləri, insanlıq əleyhinə olan cinayətlər və bir sıra digər ağır cinayətləri törədir və törətməkdədir. Çox təəssüflər olsun ki, dünya ictimaiyyəti bu prosesə laqeyd və etinasız yanaşma tərzini sona qədər davam etdirdi. Həmin o laqeydlik nəticəsində də İkinci Qarabağ müharibəsi reallaşdı. Çünki 2020-ci ildə artıq bir prosesin bir mərhələsini biz arxada qoyduq, ərazilərimizi işğaldan azad etdik, ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını təmin etdik. Amma artıq işğal altında olan ərazilərimiz Azərbaycanın nəzarəti altına keçib. Bundan sonra isə artıq növbəti mərhələ başlayıb. Bu da sübutların yığılması ilə bağlı məsələdir. Təbii ki, biz o qədər də inanmırdıq, ehtimal etmirdik, amma hər bir halda görünən tərəf budur ki, Ermənistan həqiqətən də ən ağır vəhşiliyi, ən amansız cinayətləri törədib. Qeyd etdiyim kimi, törətdiyi cinayətləri də xüsusi amansızlıqla törədiblər, bəlkə də dünyada analoqu, oxşarı olmayan bir şəkildə törədiblər. Hesab edirəm ki, bu   Edillidə ilk kütləvi məzarlıq deyildi. Qeyd etməliyik ki, bu ilin fevral ayında təsadüfi qazıntılar zamanı  Edillidə daha 7 cəsədin qalıqları ilə bağlı kütləvi məzarlıq aşkar edilib. Yenə də 12 nəfər Azərbaycan hərbçilərinin  olduğu kütləvi məzarlıq üzə çıxıb. Həmin şəxslərin amansızlıqla öldürülməsi ilə bağlı sübutlar var”.

X.Bəşirov vurğuladı ki, kütləvi məzarlıqlarda dəfn edilən insanlarımızı ermənilər xüsusi qəddarla, amansızlıqla öldürüblər. “Həmin o şəxslərin öldürülməsi üsulları ilə bağlı da sübutlar var ki, ayaqları və əlləri dəmir məftillərlə qandallanıb, bağlanıb, yaxın məsafədən güllələnərək, başlarına atəş açılaraq öldürülüblər. Bütün bununla bir daha erməni vəhşiliyinin və onun izlərinin olması ilə bağlı nümunələri  yenə də dünyanın diqqətinə çatdırmağa çalışırıq. Amma yenə diqqət etsək görərik ki, təkcə bununla bağlı deyil, Azərbaycan Prezident İlham Əliyev səviyyəsində çox böyük işlər görülüb. İkinci Qarabağ müharibəsinin bitməsindən, 10 noyabr tarixli bəyannamənin imzalanmasından təxminən 6 gün sonra 2016-cı ilin 16 noyabrından başlayaraq Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad etdiyimiz ərazilərə intensiv şəkildə səfərlər ediblər. Bu səfərlərdə əsas məqsəd, təbii ki, həmin o ərazilərin sahiblərinin həmin ərazilərə qayıtması ilə bağlı məsələdə var, amma əsas amil həm beynəlxalq ictimaiyyətin, o cümlədən də Ermənistan cəmiyyətinin diqqətini həmin ərazilərə, həmin ərazilərdə baş vermiş o vəhşiliklərə, onlarla bağlı nümunələrə yönəltməkdir. Əslində, bununla biz ermənilərin özü haqqında bütün dünyada formalaşdırdıqları "qədim xalq", "mədəni xalq", "ən qədim sivilizasiyaya malik olan xalq", “regionda sülhün, təhlükəsizliyin, sabitliyin tərəfdarı olan xalq" mifini dağıtmış olduq. Eyni zamanda sizin verdiyiniz sualla bağlı qeyd edim ki, biz ora təkcə attaşeləri aparmırıq, biz həm də ora dünyanın ayrı-ayrı dövlətlərinə aid olan diplomatik korpusların nümayəndələrini, ictimai fəalları, jurnalistləri və bir sıra digər nüfuzlu təşkilatların nümayəndələrini aparırıq. Onları həmin ərazilərə səfərlərə aparırıq ki, onlar o ərazilərdə törədilən vəhşiliklərin nümunələri görsünlər. Çünki biz ikinci Qarabağ müharibəsindən sonra düşmənlə diplomatik və  siyasi müstəvidə olduğu kimi, informasiya cəbhəsində də amansız mübarizə aparırıq. Düşmənin təxribat maşını hər gün, hər saat işləyir və Azərbaycana, Azərbaycanın yürütdüyü siyasətə qarşı dezinformasiya, feyk məlumatlar və təxribatçı, saxta informasiyalar yaymaqdadır. Təbii ki, biz bu proseslə bir tərəfdən həmin o təxribat maşınının işinə maneçilik törədirik, Azərbaycanın haqlı, ədalətli mövqeyini və bununla bağlı məlumatları dünyanın diqqətinə çatdırırıq. Digər tərəfdən, biz həm də özümüzün informasiya mübarizəmizi aparırıq, özümüz barədə, Azərbaycan xalqının regionda sülhə, təhlükəsizliyə və sabitliyə tərəfdar olması ilə bağlı məlumatları dünyanın diqqətinə çatdırırıq. İkinci Qarabağ müharibəsinə qədər dünyada mövcud olan erməni təxribat maşını keçmiş münaqişə ilə bağlı elə ciddi diplomatik və siyasi informasiya adası yaratmışdı ki, həmin o blokadanı biz yara bilmirdik. İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın bir sıra nəhəng media qurumlarına verdiyi dolğun, praqmatik fikirlərin mövcud olduğu o müsahibələrə diqqət etsək, həmin o müsahibələr nəticəsində prezident İlham Əliyev həm Azərbaycanın  informasiya cəbhəsindəki o blokadasını yardı, onu darmadağın etdi . Halbuki, o blokadanı Ermənistan, erməni diaspor və lobbi təşkilatları, onlara dəstək olan təşkilatlar yaratmışdılar. Artıq dünyanın əksər hissəsi, mütləq əksəriyyəti regionda baş verən o hadisələrdən məlumatlıdır, reallığın nədən ibarət olduğunu bilirlər. Ona görə də  hesab edirəm ki, hərbi attaşelər gördükləri bu dəhşətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdırlar. Həm xarici attaşelər, həm diplomatik korpus təmsilçiləri, həm jurnalistlər, bundan sonra da ora səfərlərini təşkil edəcəyimiz nüfuzlu şəxslər bu məsələni dünyaya çatdırmaqda fəal olmalıdırlar”.

O qeyd etdi ki, biz həm də döyüş meydanında düşməni darmadağın etmişik, diplomatik və siyasi müstəvidə mübarizəmiz davam edir, uğurlar biz tərəfdədir. X.Bəşirovun sözlərinə görə, bizim növbəti addımımız Ermənistanın Azərbaycana qarşı törətdiyi 30 illik cinayətlər - soyqırım, təcavüz, insanlıq əleyhinə olan, şəhərlərimizə və mülkü şəxslərimizə törədilmiş  müharibə cinayətləri ilə bağlı beynəlxalq hüquq müstəvisində iddialar qaldıracağıq. “Ermənistanın o cinayətkar ünsürləri ki, Azərbaycana qarşı bilavasitə cinayətlər törədiblər, həmin o şəxslərin cinayət məsuliyyətinə, ölüm hökmünə, ömürlük azadlıqdan məhrum etmə və digər ağır cəzalara cəlb edilməsi ilə bağlı planlarımız var. Bununla bağlı beynəlxalq tribunalın yaradılmasına hazırlaşırıq. 100 milyardlarla dollarlıq təzminatların ödənilməsi istiqamətində Azərbaycan Ermənistana qarşı sübutlar toplayır. Mənə elə gəlir ki, o prosesin çox ciddi önəmi olacaq” - deyə X.Bəşirli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ