Cümə axşamı günü, 12 noyabr 2026
     

İranda ordu xalqın tərəfinə keçir

Image


İranda iki həftədən çoxdur davam edən etirazlar hələ də səngimir. Lakin belə görünür ki, hakimiyyət bu məsələyə daha sərt güc yolu ilə son vermək istəyir. Yayılan məlumata görə, İranın təhlükəsizlik qüvvələri bir sıra şəhərlərdəki universitetlərə yerləşdirilib və 22 yaşlı Məhsa Əmininin əxlaq polisinin nəzarətində ölməsinə görə alovlanan etirazları yatırmaq üçün səyləri gücləndirib.

Əmininin ölümündən qaynaqlanan ümummilli iğtişaşlar və etirazçıların 1979-cu ildə qurulan İslam Respublikasının süqutunu tələb etməsi İranın ruhani liderləri üçün ən böyük problemə çevrilib. Şahidlərin dediyinə görə, polis paytaxt Tehran, Urmiyə, Təbriz və Rəşt şəhərlərində, əsasən də son günlər etirazların mərkəzi olan universitetlərin ətrafına toplanıb. Tehranda bir tələbə bu xüsusda “Amerikanın səsi” radiosuna bildirib: “Tehran Universitetinin ətrafında çox sayda təhlükəsizlik qüvvəsi var. Mən hətta kampusdan çıxmağa belə qorxuram. Çoxlu polis maşını tələbələri həbs etmək üçün küçədə gözləyir”. Hüquq müdafiəçiləri, İran İnqilab Keşikçiləri Korpusuna bağlı könüllülərdən ibarət “Bəsic” də daxil olmaqla, təhlükəsizlik qüvvələrinin basqıları zamanı minlərlə insanın həbs edildiyini və yüzlərlə insanın yaralandığını bildirib. İnsan haqları qrupları ölənlərin sayının 180-dən çox olduğunu deyib. İran rəsmiləri, ABŞ da daxil olmaqla, xarici düşmənləri İranda sabitliyi pozmaqda ittiham edərək, təhlükəsizlik qüvvələri arasında çoxsaylı ölümlər barədə məlumat verib. Mövcud durum İranın iqtisadi vəziyyətinə də təsir edir. Ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşır, inflyasiya artır, İran pulu xarici valyutalar, o cümlədən dollar qarşısında dəyərdən düşür. Yeri gəlmişkən qeyd edək ki, İranda dolların durmadan bahalaşması Azərbaycanın sərhədyanı ticarət obyektlərində satılan istehlak mallarının qiymətlərində də müşahidə olunur. Astara sərhəd-gömrük keçid məntəqəsinin önündə xırda sahibkarlıqla məşğul olan Astara rayonu Ərçivan qəsəbə sakini Elnur Süleymanov “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, qiymətlərin daha da artacağını düşünür: “Son məlumatlara görə, İran Astarasında 1 ABŞ dolları 350 min riala qalxıb. Təqribən bir həftə bundan əvvəl 1 ABŞ dolları 280 min rial idi. İrandan gətirilən istehlak mallarının gömrük rüsumu da qalxıb. Nəticədə malların satış qiyməti artıb. Mən belə başa düşürəm ki, İranda bahalaşma bununla bitməyəcək”. Onun sözlərinə görə, İranda tacirlər qiymət artımından narazıdır: “İrana xarici ölkələrdən gələn mallar da bahalaşır. Onlara mallar xarici valyuta ilə gəlir. Məsələn, Şri-Lankadan İrana gətirilən quru çay bahalaşıb. Soruşduq, bizə dedilər ki, Şri-Lankada yanacağın qiyməti həddindən artıq qalxıb. Buna görə də quru çay da bahalaşıb”. E.Süleymanov deyir ki, qiymət artımı onları çətinə salıb: “İrandan malları TIR-lar vasitəsilə gətiririk. Bizimlə işləyənlər deyirlər ki, İrandan gələn malların satışını dayandırın, yenə qiymət artımı gözlənilir. Belə getsə, sərhədyanı ərazilərdə ticarətlə məşğul olanların çoxu işini dayandıracaq. İranla işləmək çətinləşir. Ölkəmizdəki istehlak mallarının qiymətləri arasında fərq aradan qalxır. Fərq aradan qalxırsa, maraq da azalacaq”. Tehran treyderləri və “bonbast.com” saytı bildirir ki, oktyabrın 3-də 1 ABŞ dollarının qiyməti 331 min rial olub. İran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişi imzalayanda 1 dollar 32 min rial idi. Xatırladaq ki, 2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi. Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp öz ölkəsini bu sazişdən birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə sanksiyalar bərpa olunub.

Belə fonda vəziyyət daha da ağırlaşır və hökumətdən narazılıq artır. Bu arada yayılan məlumata görə, İran ordusunun şəxsi heyəti hökumət əleyhinə keçirilən ümumxalq etirazlarına dəstək verir. “Azad İran” Teleqram kanalında bildirir ki, İran xalqının ümummilli qiyamının davamında ölkənin bir neçə ordu zabiti etirazçılara dəstək verdiklərini açıqlayıb və polis qüvvələri, xüsusi təyinatlılar, “Bəsic” və SEPAH tərəfindən xalqa qarşı repressiyaları tənqid ediblər. İran ordusunun zabiti, təyyarələrə texniki xidmət üzrə mütəxəssis olan kapitan Səccad Əsgəri videomüraciət yayıb və İran İslam Respublikasının polis qüvvələrinin komandanı Hüseyn Əştəriyə müraciət edərək bildirib ki, o və döyüş yoldaşları haqlarını tələb etmək üçün son nəfəsinə qədər xalqın yanında olacaq. Hesab edilir ki, ordunun xalqın yanında olması İranda hakimiyyət dəyişikliyinə səbəb ola bilər. bu vəziyyətdə etirazlar, ötən il baş verən nümayişlərdən fərqli olaraq, ölkənin bütün şəhərlərinə yayılır. İranın xaricində də bir çox yerlərdə iranlı qadınlara dəstək aksiyaları keçirilir. Ölkədə etirazlarda ölənlərin sayının artmasına baxmayaraq, küçələrə axışanların da sayının çoxaldığı müşahidə edilir. Ölkənin bir çox ərazilərinə yayılan etiraz aksiyalarında qadınlar örpəklərini və hicablarını tonqallarda yandırırlar.         

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ