Avroittifaqdan Azərbaycanın delimitasiya komissiyasının iclasının keçirilməsi təklifinə dəstək...

img

Brüssel bu ayın sonuna qədər “sərhəd komissiyası”nın iclasını keçirmək istiqamətində çalışır.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Biz diplomatik səylərimizi əsirgəmirik. Əlimizdə olan resursları səfərbər edirik", - deyə J.Borrel qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ermənistana dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasını əvvəlcədən planlaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirməyi təklif edib. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır.

Peşə etikası

Son xəbərlər