Cümə axşamı günü, 12 noyabr 2026
     

Xankəndidə milyarder Vardanyandan ikinci Robert Köçəryan düzəltməyə başlayıblar?..

Image


Məlum olduğu kimi, sentyabrın 1-dən Rusiya vətəndaşlığından imtina edən milyarder erməni oliqarx Ruben Vardanyan qanunsuz olaraq Xankəndiyə yerləşib. Qarabağa gəldiyi gündən R.Vardanyan intensiv təmaslara başlayıb.

Bu arada Qarabağ separatçılarının lideri Araik Arutyunyan milyarder R.Vardanyana “dövlət naziri” vəzifəsi təklif edib. A.Arutyunyanın sözlərinə görə, indi o, təkliflə bağlı Ruben Vardanyanın qərarını gözləyir: “Mən xeyriyyəçi, böyük təcrübə və biliyə malik ictimai xadim Ruben Vardanyanın "Artsax"a köçmək qərarını birincilərdən biri kimi müsbət qarşıladım və "Artsax" respublikasının dövlət naziri vəzifəsini tutmağı təklif etdim. Ümid edirəm ki, yaxın həftələrdə əməkdaşlığa başlayacağıq”.

Qeyd edək ki, “dövlət naziri” işğalçı rejimdə hökumət başçısı hesab olunur. Bu, separatçılar arasında ikinci “vəzifə” mahiyyəti daşıyır. Böyük ehtimalla, bir müddət sonra Araikin yerini Vardanyan tutacaq. Çünki İkinci Qarabağ müharibəsindən sonra Araikin separatçılar arasında nüfuzi çox aşağı düşüb. Üstəlik, Rusiya da ona hansısa formada stavka etmək istəmir. Ona görə də Vardanyanın timsalında yeni “personanı” pərvazlandırmaq istəyirlər. Vaxtilə separatçıların lideri Robert Köçəryan da, bir qədər fərqli olsa da, bu formada qabağa çəkldi. Azərbaycan ərazilərini işğal etdikdən sonra separatçılar arasında çəkisini süni şəkildə artırdılar. 1994-1996-ci illərdə Qarabağda separatçıların rəhbəri oldu.1997-ci ilin fevralında R.Köçəryan Ermənistanın baş naziri təyin edildi. 1998-ci ildə də prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirildi. Düzdür, 30 il əvvələ baxanda forma və digər məsələlər baxımından ortada böyük fərqlər var, reallıqlar başqadır. Ancaq biz nəzərə almalıyıq ki, yenə Qarabağ tənzimlənməsində əsas moderator Rusiyadır. Qarabağın müəyyən ərazisinə Rusiya sülhməramlıları nəzarət edir. Hərbi nöqteyi-nəzərdən Rusiya müəyyən praktiki rıçaqlara malikdir. Digər tərəfdən, Rusiyanın icazəsi olmasaydı R.Vardanyan nə bu ölkənin vətəndaşlığından çıxa bilərdi, nə də Qarabağa bəlli missiya ilə gələrdi. Bəlli məsələdir ki, bunların arasında müəyyən əlaqə var. Yoxsa Vardanyanın Qarabağda “nə iti azıb”? Bütün bunlar o deməkdir ki, forma dəyişsə də məzmun dəyişməyib.

O baxımdan sadalanan məqamlardan çıxış edərək oxşar ssenarinin Vardanyanın timsalında həyata keçirilmə ehtimalı nə dərəcədə mümkündür?

  • “Köçəryandan fərqli olaraq, Vardanyan Azərbaycan vətəndaşı olmayıb”

Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, Rusiyanın belə bir istəyi olsa da, bunun reallaşması mümkünsüzdür: “Ən azından ona görə ki, Rusiya 30 il əvvəl olduğu kimi, Cənubi Qafqazda mütləq təsir imkanlarına malik deyil. Bu illər ərzində çox şey dəyişib. Qərbin Gürcüstanda rolu artlb, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Azərbaycan işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Azərbaycanın bir sıra de-yure və de-fakto müttəfiqləri var. Biz bunu İkinci Qarabağ müharibəsi dönəmində faktiki gördük. Başqa bir tərəfdən, Ukraynada baş verənlərlə əlaqədar Rusiya çox çətin vəziyyətdədir. Köçəryandan fərqli olaraq, Vardanyan Azərbaycan vətəndaşı olmayıb. Ona görə də onun Qarabağda hansısa vəzifə tutması beynəlxalq hüquqa, Azərbaycan dövlətçiliyinin suverenliyinə ziddir. Ancaq o da bir həqiqətdir ki, Rusiyanın hər zaman belə ssenariləri olub və olacaq. Bunu danmaq olmaz. Ancaq hesab edirəm ki, dünyada gedən proseslər çöx çətin bir mərhələyə qədəm qoyur. Bu isə o deməkdir ki, Rusiyanın problemləri artacaq. Üstəlik Ermənistan, erməni lobbisi Qərbə doğru reveransları artırır. Belə olmasaydı, müharibədə məğlub olan Nikol Paşinyan növbəti seçkidə qələbə qazanmazdı. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Vardanyanın timsalında məlum planlar reallaşmayacaq. Bütün bunlarla yanaşı, biz addım-addım Qarabağın qalan hissəsinin də Azərbaycanın nəzarətinə keçməsini təmin etməliyik. Suverenliyimiz bərqərar olandan sonra belə oyuncaq, kənardan idarə olunan vardanyanlar hansısa fəaliyyət göstərə bilməyəcək”.

Bu baxımdan Əli Mustafayev hesab edir ki, Azərbaycan bu yöndə səylərini artırmalıdır.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ