Marqarita Simonyan Putinin haqqını belə qaytarır – dövlət himninə təhqiramiz münasibət...

Mətin Məmmədli: “Marqarita Simonyanın Rusiya himnini oxumaqdan nümayişkaranə imtina etməsi...”

img

Özünü nə qədər Rusiyapərəst göstərməyə cəhdlər etsə də, erməni xisləti hər zaman Marqarita Simonyanı ələ verir. Kreml təbliğatının əsas simalarından biri kimi qələmə verilən M.Simonyan Rusiyanın dövlət himnini oxumaqdan imtina edib. Rusiya dövlətinin atributlarından birinə hörmətsizlik edən Simonyanın bu davranışı Rusiya qanunvericiliyi ilə bir məsuliyyət yaradır, yoxsa yaratmır, bilmirik.

Bu, hüquqi məsuliyyətdir. Söhbət isə mənəvi məsuliyyətdən, borcdan gedir ki, Marqarita bunları ödəməlidir, amma ödəmək əvəzinə Rusiyanın dövlət atributlarına sayğısızlıq edir. Simonyanın Rusiyaya mənəvi borcu həddən artıq çoxdur. Çünki şəxsən Rusiya prezidenti Vladimr Putin Simonyana milyardlarla pul verir, “Rossiya Todey”ə külli miqdarda pul qoyurlar, Simonyan isə buna görə minnətdarlıq etmək əvəzinə borcunu belə qaytarır. Təbii o, burda o öz erməni xislətinə sadiq qalır. Simonyan niyə Rusiyaya bu şəkildə xəyanət edir, anti-Rusiya addımı atır?

  • “... nəzərə almaq lazımdır ki, Simonyan həm də bir ermənidir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, M.Simonyanın bu davranışı olduqca ibratəmiz hadisədir: “Hesab edirəm ki, Marqarita Simonyanın Rusiya himnini oxumaqdan nümayişkaranə şəkildə imtina etməsi olduqca ibrətamiz bir hadisədir. Sizin də qeyd etdiyiniz kimi, bugünə qədər Rusiya rəhbərliyi onun rəhbərlik etdiyi media holdinqə milyardlarla vəsait ayırır. Simonyan bu günlərə qədər Rusiya hakimiyyətinin yeritdiyi siyasətin tərəfdarlarından, təbliğatçılarından biri kimi tanınıb. Rusiyanın Ukraynada problemləri, məğlubiyyətləri artdıqca, ölkənin siyasi-iqtisadi baxımdan tənənzülü şiddətləndikcə, Simonyan kimilərinin əsl xisləti meydana çıxacaq. Yəni Simonyanın bu davranışında qeyri-adi bir məsələ də yoxdur. Çünki Simonyanlar, onun xislətdə olan insanlar vətəndaşı olduqları dövlətə, yəni Rusiya dövlətinə hər hansı bir dəyərlərlə bağlı deyillər, ən çox siyasi və maddi maraqlar əsasında bağlıdırlar”.

M.Məmmədlinin fikrincə, maddi bağlar zəiflədikcə, təbii ki, onların da dövlətə olan bağlılığı azalacaq. “Eyni zamanda da nəzərə almaq lazımdır ki, Simonyan həm də bir ermənidir və o, dövlət himnini oxumaqdan imtina etməklə özünün erməni xislətini nümayiş etdirib”-deyə M.Məmmədli qeyd etdi.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər